3 azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti MİkroiQTİsadiyyat (Dərslik)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə66/79
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#37032
növüDərs
1   ...   62   63   64   65   66   67   68   69   ...   79

227 
 
MÖVZU 14. 
 
İSTEHSAL XƏRCLƏRİ VƏ FƏRDİ TƏKRAR 
İSTEHSAL 
 
a)
 
İstehsal xərclərinin mahiyyəti. 
b)
 
İstehsal xərclərinin quruluşu. 
c)
 
Kapital anlayışı və onun tarixi formaları. 
ç) Kapitalın dövranı və dövriyyəsi. 
d)
 
Əsas və dövriyyə kapitalı. 
 
a)
 
İnsanların istehsal fəaliyyətinin ilk mərhələsindən 
başlayaraq indiyə qədər, cəmiyyətin istehsal və istehlak tə-
yinatlı  məhsullarının  neçəyə  başa  gəlməsi,  habelə  hazır-
lanması xərcləri həmişə diqqət mərkəzində durmuşdur. 
İstehsalsız  cəmiyyət  yaşayıb  inkişaf  edə  bilmədiyi 
kimi, xərcsiz də istehsal mümkün deyildir. İnsanların tələb 
və  ehtiyaclarının  getdikcə  artması  təbii  bir  proses  oldu-
ğundan, həmin meyl xərclərin də artırılmasını zəruri edir. 
Bu  mənada  istehsalın  artımı  və  inkişafı  ilə  onun  xərcləri 
arasında  ziddiyyət  yaranır.  Cəmiyyət  miqyasında  xərcləri 
artırmaq  yolu  ilə  məhsul  istehsalının  və  xidmətlər  göstə-
rilməsinin həcmini artırmaq mümkündür. 
Təsadüfi  deyildir  ki,  iqtisadçılar  və  mütəxəssislər 
qeyd  edirlər  ki,  xərclər  istehsalın  kölgəsi  kimi  onu  təqib 
edir. İstehsalçılar arasında rəqabət mübarizəsində  mühüm 
bir  amil  rolunu  oynayan  xərclər,  eyni  zamanda  istehsalın 
genişləndirilməsi yolunda təsirli bir səddə çevrilir. Cəmiy-
yətin  çoxsaylı  tələblərini  ödəmək  üçün  isə  müxtəlif  təyi-
natlı, müasir zövqlərə cavab verən, nisbətən ucuz məhsul-


228 
 
lar  istehsal  edilməsi,  yaxud  xidmətlər  göstərilməsi  lazım-
dır. Deməli, cəmiyyət və onun üzvləri həyat üçün zəruri-
sayılan nemətlərin, habelə yaşayış üçün lazım olan müxtə-
lif  xidmətlərin  hansı  xərclər  hesabına  başa  gəlməsinə  heç 
vaxt  biganə  münasibət  göstərməmişdir.  Əksinə,  istehsal 
olunan  əmtəələrə  və  göstərilən  xidmətlərə  sərf  olunmuş 
xərclərin  miqdarı  (həcmi),  bu  xərclərin  azaldılması  yol-
ları  insanları  həmişə  məşğul  etmişdir.  Çünki  cəmiyyətin 
iqtisadi  resursları,  o  cümlədən  torpaq,  su,  iş  qüvvəsi,  ma-
liyyə vəsaitləri, faydalı qazıntıları, texniki imkanları əslin-
də məhduddur. Bu səbəbdən, hər bir konkret istehsalçı öz 
təsərrüfatçılıq fəaliyyətini səmərəli aparmaq üçün istehsal 
xərclərinin ən əlverişli variantını seçmək zərurəti ilə üzlə-
şir və onu həll etməyə çalışır. 
Bəs  istehsal  xərcləri  nədir?  Bazar  münasibətləri  şə-
raitində hər hansı bir məhsulun (xidmətin) istehsalına sərf 
olunmuş iqtisadi resurslar (xammal, material, avadanlıq, iş 
qüvvəsi)  həmin  amillərin  alınmasına  xərclənmiş  pulun 
(vəsaitin) miqdarı ilə ölçülür. 
İqtisadi  nəzəriyyə  elmində  həmişə  istehsal  xərcləri 
kateqoriyasına  ciddi  diqqət  yetirilmişdir.  Məsələn,  klassik 
iqtisadi  nəzəriyyə  məktəbinin  nümayəndələri  A.Smit  və 
D.Rikardo istehsal xərclərinə istehsal qiyməti kimi baxmış-
lar.  R.Torrens,  C.Mill,  C.Mak-Kullox  kimi  ingilis  alimləri 
istehsal  xərclərini  «yığılmış  əmək  xərcləri»  kimi  səciyyə-
ləndirmişlər.  Avstriya  iqtisadi  məktəbinin  nümayəndəsi 
F.Vizer öz subyektiv nəzəriyyəsində istehsal xərclərini ən 
yüksək faydalılıqla əlaqələndirmişdir. Marksist mövqeydə 
dayanmış  iqtisadçılar  istehsal  xərclərini  əmək-dəyər  nəzə-


229 
 
riyyəsi baxımından izah edərək, onu məhsul istehsalına sərf 
olunmuş  canlı  və  maddiləşmiş  əməyin  cəmi,  toplusu  kimi 
qiymətləndirmişlər.  A.Marşall  istehsal  xərclərini  müəy-
yənləşdirərkən  həm  obyektiv,  həm  də  subyektiv  cəhətləri 
birləşdirməyə  çalışaraq,  bunu  “fəhlələrin  zəhmətinə  və 
kapitalistlərin imtinasına, risqinə əsaslanan iqtisadi bir an-
layış kimi qiymətləndirmişdir”.  
Müasir iqtisadi nəzəriyyə istehsal xərclərinin  forma-
laşmasında  əvvəllər  olduğu  kimi  əmək  amilinə  yalnız  is-
tehsal prosesində üstünlük vermək mövqeyindən deyil, ey-
ni  zamanda  qeyri-istehsal  və  xidmət  dairəsində  çalışan-
ların da əməyinin mühüm rol oynadığını nəzərə alır. Belə 
yanaşma  isə  istehsal  xərclərinin  formalaşması  və  hesab-
lanması mexanizminə, şübhəsiz öz təsirini göstərir. 
Digər  tərəfdən  sahibkara  və  kapital  sahibinə  olan 
münasibətdə də dəyişikliklər baş vermişdir. İstehsalın təş-
kilatçısı sayılan hər bir sahibkar, sərf etdiyi kapitalı, öz qa-
biliyyəti və bacarığı ilə istehsal  xərclərinin fəal iştirakçısı 
kimi  onun  son  nəticəsindən  faydalanaraq  normal  mənfəət 
(gəlir) əldə etməlidir.  
b) Quruluşuna görə istehsal xərcləri - daxili və xari-
ci xərclərə ayrılır. 
 
Daxili  xərclər  dedikdə,  sahibkarın  müəssisəyə,  şir-
kətə,  fermaya,  müəyyən  bir  xidmət  sahəsinə  sərf  etdiyi 
vəsait (kapital), çəkdiyi xərclər başa düşülür. Hər hansı bir 
istehsal-xidmət  dairəsinə  məxsus  iqtisadi  ehtiyatlardan 
(məsələn  binadan,  içərisindəki  avadanlıqdan)  və  eyni  za-
manda  sahibkarın  öz  əməyindən,  onun  bacarığından  isti-
fadə  olunur.  İstehsalda  istifadə  edilmiş  bu  ehtiyatlar  da 


230 
 
istehsal xərclərinə aid edilir. Çünki sahibkar bunları başqa 
şəkildə  tətbiq  edərək,  yaxud  öz  vəsaitini  bankda  əmanət 
kimi  saxlayaraq  mənfəət  götürə  bilərdi.  İstehsal  prosesin-
də  istifadə  edilən  iqtisadi  ehtiyatlar  daxili  xərclər  kimi 
səciyyələnir. 
İstehsal  prosesində  müəssisənin  əmək  ehtiyatlarına, 
xammala, yanacağa, yarımfabrikatlara, enerjiyə, nəqliyya-
ta,  müxtəlif  təchizatlara  sərf  etdiyi  vəsait,  kənara  çəkilən 
xərclər olub, xarici xərclər adlanır
İstehsal xərcləri: ümumi, orta, sabit və dəyişən isteh-
sal xərclərinə ayrılır. 
Ümumi  xərclər  (total  costs-TC)  –  müəssisənin,  şir-
kətin  məhsul  istehsalı  üçün  zəruri  olan  bütün  xərclərinin 
cəmidir. 
Orta  xərclər  (averaqe    costs  –  AC)  –  istehsal  olun-
muş hər məhsul vahidinə çəkilən xərclərdir. 
Sabit  xərclər  (fixed  costs  –  FC)-  istehsal  olunmuş 
məhsulun  həcmindən  asılı  olmayaraq  dəyişməz  qalır.  Bu-
raya istehsal binasına, maşınlara, avadanlıqlara, icarə haq-
qına, vergilərə, inzibati işçi heyətinə çəkilən xərclər daxil-
dir. 
Dəyişən xərclər (varialle costs – VC) – istehsal edil-
miş, hazırlanmış məhsulun həcmindən asılı olaraq dəyişir. 
Buraya xammal, materiallar, yanacaq, enerji, işçilərə veri-
lən əmək haqqı daxildir. 
Ümumi və orta xərclərin necə formalaşdığını, habelə 
bu  prosesdə  sabit  və  dəyişən  xərclərin  rolunu  aşağıdakı 
cədvəldən görmək olar: 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə