3 azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti MİkroiQTİsadiyyat (Dərslik)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə64/79
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#37032
növüDərs
1   ...   60   61   62   63   64   65   66   67   ...   79

221 
 
gömrük tarifləri siyasəti vasitəsilə ölkədəki iqtisadi tarazlı-
ğı tənzimləmək, orta-xırda müəssisələrə-şirkətlərə (mittel-
ştandlara)  öz  təsərrüfat  fəaliyyətlərini  daha  əlverişli  bir 
iqtisadi mühitdə aparmağa imkan yaratmışdı. II dünya mü-
haribəsindən  sonra  daha  da  təkmilləşdirilərək,  sosial  yö-
nümlü inkişafa istiqamətləndirilmiş alman modeli, məğlub 
bir  ölkənin  təsərrüfat  həyatını  tezliklə  bərpa  edərək,  dün-
yanın yüksək inkişaf etmiş dövlətləri sırasına çıxarmışdır. 
Avstriya modeli, xüsusi sahibkarlığa və işgüzar biz-
nes  fəaliyyətinə  geniş  imkanlar  yaratmaq,  habelə  xarici 
investorlara əlverişli fəaliyyət mühiti təmin etməklə səciy-
yələnir. Ölkənin təbii sərvətlərinin və iqtisadi resurslarının 
məhdudluğu,  onun  keçdiyi  tarixi  inkişaf  yolunun  özünə-
məxsus  xüsusiyyətləri,  burada  bütün  il  boyu  geniş  turizm 
şəbəkəsinin, istirahət-müalicə ocaqlarının yüksək səviyyə-
də  fəaliyyətini  şərtləndirmişdir.  Dövlətin  başlıca  vəzifəsi 
isə  xüsusi  sahibkarlıq  əsasında  fəaliyyət  göstərən  ölkənin 
təsərrüfat  həyatının  iqtisadi  tənzimlənməsi  proseslərinə 
nəzarəti  həyata  keçirməkdir.  Ümumiyyətlə  Qərbi  Avropa 
ölkələrinin  iqtisadi  sistemi  “sosial  yönümlü  bazar”  kimi 
səciyyələndiyindən,  ABŞ  və  Yaponiyada  özünü  daha  qa-
barıq  formalarda  göstərən  şəxsi  fərdiyyətçilik  prinsiplə-
rini, Avropa dövlətlərində fərdiyyətçiliklə yanaşı, eyni za-
manda  həmrəyliyin  (iş  birliyinin,  birgə  fəaliyyətin)  opti-
mal tarazlı nisbəti əvəz etmişdir. 
Yapon modeli, vaxtilə “qapalı” xarakter daşıyan tə-
sərrüfat həyatının tədricən liberallaşdırılması və “açıq iqti-
sadiyyat”  yolu  ilə  irəliləyərək,  müasir  dünya  təsərrüfatına 
qovuşması,  onun  tərkib  hissəsinə  çevrilməsi  ilə  səciyyə-
lənir.  Ölkənin  təsərrüfat  modelinin  ən  mühüm  cəhətlərin-
dən  biri,  onun  uzunmüddətli  və  şərikli  iqtisadi  əlaqələr 


222 
 
əsasında formalaşaraq, qarşılıqlı inam prinsiplərinə uyğun 
fəaliyyət  göstərməsidir.  Qərbi  Avropa  ölkələrindən  fərqli 
olaraq, Yaponiya iqtisadiyyatında dövlət bölməsinin rolu-
nun  məhdudluğu  və  hərbi  xərclərin  onun  ümumi  daxili 
məhsulunda (ÜDM) 1 faizi ötməməsi, əhalinin gəlirlərinin 
18-20 faizinin  yığım kimi banklarda toplanması, şübhəsiz 
ölkə  iqtisadiyyatının  davamlı  inkişafını  təmin  edən  amil-
lərdir. Eyni zamanda bu model, yüksək əmək məhsuldarlı-
ğına,  strateji  planlaşdırma  ünsürlərindən  istifadəyə,  milli 
iqtisadiyyatın ümumi inkişaf göstəricilərinin əlaqələndiril-
məsinə  əsaslanır.  Ölkədə  əmək  haqqının  artım  tempinin 
əmək  məhsuldarlığının  artım  sürətindən  aşağı  olması  və 
bu  göstəriciyə  görə  Yaponiyanın  digər  yüksək  inkişaf 
etmiş  dövlətlərindən  geri  qalması,  düşünülmüş  bir  addım 
olub  obyektiv-subyektiv  səbəblərlə  bağlıdır.  Yaponiyanın 
təbii  sərvətlərini,  xüsusilə  yanacaq-enerji  mənbələrinin 
son  dərəcə  məhdud  olmasına  baxmayaraq,  dünya  baza-
rında  rəqabət  qabiliyyətini  qoruyub  saxlamaq  üçün  ixrac 
olunan  müxtəlif  təyinatlı  məhsulların  qiymətinin  nisbətən 
ucuz olması zərurətdən irəli gəlir. Belə bir taktika isə yeni 
dizayn  və  zövq  xüsusiyyətlərinə  malik  yapon  məhsulla-
rının  ixracını  artırır,  onların  dünya  bazarında  mövqeyini 
gücləndirir.  Bu  mənada  yapon  modeli  müəyyən  fərdi 
yaxud şəxsi qurbanlar tələb edərək ölkənin ümumi strateji 
və  milli  mənafeyini  daha  üstün  tutmaq  prinsipinə  əsas-
lanır. Yapon dövləti özünün vergi, gömrük, büdcə siyasəti 
ilə iqtisadiyyatın tənzimlənməsi, xüsusilə də onun istehsal 
–  xidmət  dairələrinin  ən  yeni  texnika  və  texnologiya 
əsasında  qurulmasının  başlanğıc  mərhələsində,  olduqca 
fəal bir rol oynayır. 
Çin modeli, ölkədə ardıcıl mərhələlərlə aparılan sis-


223 
 
temli  iqtisadi  islahatların  uğurlu  nəticəsi  kimi  formalaş-
mışdır.  Ölkənin  keçdiyi  özünəməxsus  tarixi  inkişaf  yolu-
nun  xüsusiyyətlərini,  xalqın  mənəvi-psixoloji  mentalitet 
dəyərlərini hərtərəfli nəzərə alan Çin modeli, bütün dünya-
da öz təkrarsızlığı ilə böyük maraq doğurur. Ölkənin siya-
si  sisteminin,  ideoloji  kursunun,  Kommunist  Partiyasının 
rəhbər rolunun, sosializm cəmiyyəti qurmağın son məqsəd 
olduğunun  əslində  dəyişmədiyi  bir  şəraitdə,  təsərrüfat  hə-
yatının  bazar  münasibətləri  iqtisadi  sisteminin  prinsiplə-
rinə  uyğunlaşdırılması  yolunda  ciddi  addımlar  atılmış  və 
nailiyyətlər qazanılmışdır. 
Çin Xalq  Respublikasının iqtisadiyyatında aparılmış 
təkamül xarakterli struktur (quruluş) dəyişiklikləri, qiymət 
mexanizminin,  xarici  ticarətin,  inflyasiyanın,  bank  siste-
minin  tənzimlənməsi  və  təkmilləşdirilməsi  tədbirləri  im-
kan vermişdir ki, ölkə keçid dövrünün bir sıra ağrılı prob-
lemlərindən, o cümlədən istehsalın sürətlə aşağı düşməsin-
dən  yan keçə bilsin. Çin  modeli, bazar iqtisadi sisteminin 
müxtəlif təsərrüfatçılıq formalarından istifadə etmək üçün 
geniş  imkanlar  yaratmaqla  yanaşı,  eyni  zamanda  bu  for-
malar özünü real həyatda doğrultmadıqda onların cəsarətlə 
başqaları  ilə  əvəz  olunmasını  həvəsləndirir,  hətta  əvvəlki 
formalara qayıtmağa da yol verir. Yeni təsərrüfatçılıq for-
maları ilk növbədə ayrı-ayrı müəssisələrdə sınaqdan keçi-
rilib, onların səmərəliliyi təsdiq olunduqdan sonra, bu for-
malar  tədricən  qrup  müəssisələrdə,  sahələrdə,  regionlarda 
həyata keçirilmişdir. 
Ölkənin  təsərrüfat  həyatında  dövlət  mülkiyyətinin 
aparıcı rolu və dövlət tənzimlənməsi prinsiplərindən geniş 
istifadə olunmaqla  yanaşı, eyni zamanda xırda-orta sahib-
karlıq  fəaliyyəti  ilə  məşğul  olanlara,  xüsusilə  xarici  iş 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə