3 azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti MİkroiQTİsadiyyat (Dərslik)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə65/79
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#37032
növüDərs
1   ...   61   62   63   64   65   66   67   68   ...   79

224 
 
adamlarına,  başqa  ölkələrdən,  habelə  beynəlxalq  bank  –
maliyyə  təşkilatlarından  iri  həcmli  investisiyaların  müx-
təlif  istehsal-xidmət  sahələrinə  cəlb  olunmasına  maksi-
mum əlverişli şərait yaradılmışdır.  
Çin  modelində,  dünya  təcrübəsində  geniş  yayılmış 
sərbəst iqtisadi zonaların ölkənin tələblərinə və özünəməx-
sus    xüsusiyyətlərinə  daha  uyğun  formalarının  yaradılıb 
fəaliyyət  göstərməsinə  böyük  diqqət  yetirilmişdir.  Çinin 
dəniz  sahili  boyu  yerləşən  ərazilərində  sərbəst  (xüsusi) 
iqtisadi zonaların təşkili, bu yerlərdə ixrac istiqamətli kənd 
təsərrüfatının,  sənayenin,  maliyyə-bank  qurumlarının,  tu-
rizmin  inkişafına  güclü  təkan  vermiş  və  ölkənin  valyuta 
ehtiyatlarının  artmasına  səbəb  olmuşdur.  Güzəştli  şərtlər 
əsasında bu zonalarda xarici investorların səmərəli işgüzar 
fəaliyyəti,  sonralar  ölkənin  digər  rayonlarında  uğurla  da-
vam etdirilmişdir. Nisbətən qısa tarixi bir dövr ərzində tə-
sərrüfat  həyatının  müxtəlif  sahələrində  qazanılmış  nailiy-
yətlər,  Çin  modelinin  ölkənin  özünəməxsus  cəhətləri  ilə 
seçilən  reallığı  üçün  əhəmiyyəti  ilə  yanaşı,  eyni  zamanda 
başqa  ölkələrə,  xüsusilə  də  Şərq  dövlətlərinə  müəyyən 
mənada nümunə ola biləcəyi şübhəsizdir. 
 
Cənubi  Koreya  modeli  mahiyyət  etibarilə  yapon 
modelinin bir variantı olsa da, lakin burada bazar münasi-
bətlərinin  nisbətən  zəif  inkişafı,  höküməti  məqsədyönlü 
sürətdə  “Çebol”  adlanan  iri  korporasiyalar  təşkil  etməyə 
istiqamətləndirmişdir. Bu korporasiyalar ölkədə formalaş-
mış  maliyyə-sənaye  qruplarının  bazası  kimi  bazar  iqtisa-
diyyatının  daha  da  inkişaf  etdirilməsində  mühüm  rol  oy-
namaqdadırlar. 
 
Bu model, əhalinin milli-psixoloji xüsusiyyətlərinə, 
insanların intizam hissi və zəhmətsevərlik səylərinə tapşı-


225 
 
rılan  işə  ciddi  məsuliyyətlə  yanaşmaları  ilə  fərqlənir.  Di-
nin,  milli  ənənələrin  müasir  iş  üsulları  ilə  uğurlu  əlaqə-
ləndirilməsi,  şübhəsiz  modelin  daha  səmərəli  nəticələr 
verməsini təmin edir.   Eyni zamanda Cənubi  Koreya  mo-
deli  iqtisadiyyatın  yeniləşdirilməsi,  ixrac  edilən  müxtəlif 
məhsulların  rəqabət  qabiliyyətinin  yüksəldilməsi,  vergi, 
gömrük,  valyuta  siyasəti,  xırda-orta  biznesin  fəaliyyətini 
optimal tənzimlənməsi məsələlərini də nəzərdə tutur.  
c)  Gələcəkdə  bazar  münasibətləri  iqtisadi  sistemin 
müasir  dövrdə  dünyanın  müxtəlif  ölkələrində  fəaliyyət 
göstərən  amerika  və  yapon,  alman  və  çin,  isveç  və  digər 
modellərindən,  yaxud  bu  modellərin  ayrı-ayrı  cəhətlərin-
dən  istifadə  olunması  mümkündür.  Bəzən  müxtəlif  səviy-
yələrdə  “bazarın  iflas”  ideyası  istiqamətində  müəyyən 
fikirlər  səslənsə  də,  lakin  hələlik  bu  sistem  və  onun  ayrı-
ayrı  modelləri  fəaliyyətdə  olduğundan,  gələcək  perspek-
tivdə yeni, daha mükəmməl, habelə son iqtisadi-sosial nə-
ticələrinə  görə  yüksək  səmərəli  modellərin  (variantların) 
formalaşması imkanları da mümkündür.  
 
Mütəxəssislərin  əksəriyyətinin  fikrincə,  bazar  mü-
nasibətləri  iqtisadi  sisteminin  gələcək  ən  optimal  variantı 
hazırda fəaliyyət göstərən müxtəlif modellərin hər birinin 
üstün cəhətlərini özündə birləşdirən qarışıq tipli model ola 
bilər. Bu model dövlət və xüsusi mülkiyyət, habelə xarici 
investorların da iştirakını nəzərdə tutan bir əsasda, iqtisadi 
resurslardan  daha  səmərəli  istifadə  olunması  şərtiylə 
istehsal-xidmət,  bölgü,  mübadilə,  istehlak  mərhələlərində 
birgə əlaqələndirilmiş qarşılıqlı fəaliyyəti əhatə etməlidir. 
Dünya  iqtisadiyyatının  inteqrasiya  yolu  ilə  irəlilə-
diyi,  milli  iqtisadiyyatların  vahid  təsərrüfat  sistemi  kimi 
formalaşması  proseslərinin  tədricən  genişlənib-dərinləş-


226 
 
diyi  bir  şəraitdə  qarışıq  model,  perspektiv  sosial-iqtisadi 
inkişaf istiqamətinin səmərəli meyllərini özündə əks etdi-
rir. Belə bir qarışıq tipli iqtisadi model, şübhəsiz müəyyən 
fərq və nisbətlər daxilində, eyni zamanda konkret şərait və 
özünəməxsus cəhətləri nəzər almaqla, həm yüksək inkişaf 
etmiş,  həm  inkişaf  etməkdə,  həm  də  keçid  mərhələsində 
olan ölkələr uğurlu ola bilər. 
Müasir  dünyanın  hərbi  və  iqtisadi  təhlükəsizlik,  ər-
zaq  və  yanacaq  –  enerji  təchizatı,  elmi-texniki  kəşf  və 
nailiyyətlərdən  birgə  istifadə,  daxili  və  xarici  bazarların 
getdikcə liberallaşması, işsizlik və inflyasiya proseslərinin 
tənzimlənməsi,  yüksək  ixtisaslı  –  peşəkar  kadrların  hazır-
lanması  və  onların  potensialından  səmərəli  istifadə  olun-
ması, təbii fəlakətlərə və terrorçuluğa qarşı birgə mübarizə 
kimi  qlobal  sosial  –  iqtisadi  problemlər  reallığında,  bəşə-
riyyətin gələcək iqtisadi sistem, habelə onun mümkün va-
riantlarının, modellərinin axtarışları davam etməkdədir.  
Bu baxımdan postsənaye, yaxud yeni sənaye iqtisa-
diyyatı,  informasiya-məlumat  iqtisadiyyatı,  postmu-
dern cəmiyyəti iqtisadiyyatı, virtual iqtisadiyyat, şəbə-
kə  iqtisadiyyatı,  intellektual  iqtisadiyyat,  yeni  iqtisa-
diyyat,  ekoiqtisadiyyat  konsepsiyaları  müasir  elmi  –
nəzəri fikrin ifadəsi kimi mühüm əhəmiyyətə malikdir. 
Bazar münasibətləri iqtisadi sisteminə keçid dövrünü 
əsasən başa çatdırmış Azərbaycan Respublikasında, sosial 
–  iqtisadi  inkişafın  müxtəlif  modellərinin  ünsürlərindən, 
xüsusilə  alman  və  isveç  variantlarından,  ölkənin  özünə-
məxsus xüsusiyyətlərini nəzərə almaqla, yaradıcılıqla isti-
fadə olunmuşdur. 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə