3 azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti MİkroiQTİsadiyyat (Dərslik)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə63/79
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#37032
növüDərs
1   ...   59   60   61   62   63   64   65   66   ...   79

218 
 
lət xəttilə ayrılan investisiyaların, habelə müxtəlif təyinatlı 
dövlət  orqanları  xərclərinin  xüsusi  çəkisinin  aşağı  olması 
meyli  ilə  səciyyələnir.  Bu  istiqamətdən  və  onun  müxtəlif 
ünsürlərdən ayrı-ayrı ölkələrdə, xüsusilə daha yüksək inki-
şaf  etmiş  ölkələrdə  istifadə  olunmuşdur.  O  cümlədən  də 
ABŞ-da, İngiltərədə, Fransada, Kanadada istifadə olunmuş 
və olunmaqdadır. 
 Sosial  –  yönümlü  istiqamət,  ölkənin  təsərrüfat  hə-
yatında dövlət bölməsinin payı az olan qarışıq iqtisadiyya-
tın  geniş  fəaliyyəti;  dövlət  tənzimlənməsinin  əhatəliyi; 
əhalinin  bütün  təbəqələrinin  sosial  müdafiəsi  və  onların 
pulsuz, yaxud güzəştli şərtlərlə təhsil alması, tibbi xidmət-
lərdən  istifadə  etməsi  ilə  xarakterizə  olunur.  Bu  istiqamət 
II  dünya  müharibəsindən  sonra  Almaniya  Federativ  Res-
publikasında  tətbiq  edilərək,  dağılmış  bir  ölkənin  təsərrü-
fat həyatının bərpasında və nisbətən qısa  müddətdə əhali-
nin həyat səviyyəsinin əhəmiyyətli dərəcədə  yüksəldilmə-
sində mühüm rol oynamışdır. Tanınmış iqtisadçı və siyasi 
dövlət  xadimi  Erhadın  adı  ilə  bağlı  olan  sosial  yönümlü 
istiqamət, eyni zamanda alman yaxud  neoliberal model də 
adlanır.  Bu  yolun  müxtəlif  prinsip  və  ünsürlərindən  ayrı-
ayrı ölkələrdə, xüsusilə, bazar münasibətləri iqtisadi siste-
minə  keçid  mərhələsində  olan  ölkələrdə,  o  cümlədən  də 
Azərbaycan Respublikasında istifadə olunmuşdur. 
Sosial-demokrat  istiqamət  öz  mahiyyəti  və  prinsip-
ləri  etibarilə  sosial  yönümlü  bazar  iqtisadiyyatına  oxşar 
olsa  da,  lakin  bu  modelin  bir  sıra  özünəməxsus  cəhətləri 
vardır. Həmin xüsusiyyətlərindən ölkənin təsərrüfat həya-
tında  dövlət  bölməsinin  (mülkiyyətinin)  mühüm  yer  tut-
masını;  dövlət  büdcəsinin  əhəmiyyətli  rol  oynamasını; 
əmək münasibətlərinin ümummilli və dövlət maraqları sə-


219 
 
viyyəsində  tənzimlənməsini;  hökumətin  sosial  siyasətinin 
əhalinin bütün təbəqələrinin mənafeyinin nəzərə almasını; 
işsizliyin  azaldılması  və  işçilərin  peşə-sənət  ixtisaslarının 
təkmilləşdirilməsi  istiqamətindəki  tədbirlərin  həyata  keçi-
rilməsini qeyd etmək olar. Müxtəlif ölkələrin tarixi inkişaf 
mərhələlərində,  məsələn  əsasən  Skandinaviya  dövlətlərin-
də,  habelə  İspaniya,  Yunanıstan,  Portuqaliyada  bu  istiqa-
mətdən  istifadə  olunsa  da,  bütün  dünyada  İsveç  modeli 
kimi  məşhurlaşmışdır.  Çünki  İsveç  iqtisadiyyatı  bu  istiqa-
mətin  tətbiqi  nəticəsində  daha  çox  uğurlar  qazanaraq,  so-
sial-iqtisadi  inkişaf  səviyyəsinə  (iqtisadi  inkişaf  indeksinə) 
görə, hazırda dünyada ən öndə gedən dövlətlər sırasındadır. 
b)
 
Qeyd  etmək  lazımdır  ki,  bazar  münasibətləri  iq-
tisadi  sisteminin,  ayrı-ayrı  ölkələrin  milli  inkişaf  xüsusiy-
yətlərini  əks etdirən modelləri (variantları) vardır. Həmin 
model  və  variantlar  bir-birindən  istehsalın  təşkilinə,  onun 
maddi – texniki bazasına, təbii sərvətlərinə, iqtisadi resurs 
imkanlarına,  qarşılaşdıqları  sosial-iqtisadi  problemlərə 
əhalinin psixoloji durumuna, ümum mədəni inkişaf səviy-
yəsinə görə fərqlənirlər. Bu konkret iqtisadi  – sosial inki-
şaf modellərinin bir neçəsini nəzərdən keçirək: 
Amerika  modeli,  ölkədə  işgüzar  sahibkarlıq  fəaliy-
yətinin genişləndirilməsi, onun müxtəlif vasitələrlə həvəs-
ləndirilməsi,  əhalinin  daha  fəal,  təşəbbüskar  hissəsinin 
varlanması  üçün  real  imkanlar  yaradılması  prinsiplərinə 
əsaslanır. ABŞ-da belə bir qayda hökm sürür ki, özün yaşa 
və  başqalarının  da  yaşamasına  imkan  yarat.  Ölkə  əhalisi-
nin  aztəminatlı  hissəsinin  (təxminən  8-12  faizinin)  müəy-
yən  güzəştlər  almasına  baxmayaraq,  bütövlükdə  onların 
sosial bərabərliyi məsələsi bir məqsəd kimi qarşıya qoyul-
mur.  Bu  modelin  əsasını,  dövlətin  iqtisadiyyatı  duşunül-


220 
 
müş  tənzimləməsi  və  ölkənin  təsərrüfat  həyatının  sərbəst 
sahibkarlıq  fəaliyyəti  təməlində  qurulması,  əmək  məhsul-
darlığının  yüksəldilməsinə,  insanların  şəxsi  uğur  qazan-
maq yolunda çalışqanlıq səylərinin artmasına əlverişli şə-
rait  yaradır.  Son  100  il  ərzində  ABŞ  iqtisadiyyatının  qa-
zandığı uğurlar, onun nəhəng təsərrüfat həyatının ayrı-ayrı 
bölmələrində  müəyyən  çətinlik  və  nöqsanların  meydana 
çıxmasına  baxmayaraq  iqtisadi  sisteminin  konkret  milli 
timsalı  olan  bu  modelin  (variantın)  optimallığını  təsdiq 
edir. 
İsveç  modeli,  ilk  –  növbədə  ölkənin  milli  gəlirinin 
əhalinin  aztəminatlı  təbəqəsinin  xeyrinə  yenidən  bölgüsü 
hesabına həyata keçirilən güclü sosial siyasət ilə fərqlənir. 
İsveçdə əsas fondların cəmi 4%-nin dövlətin əlində olma-
sına  baxmayaraq,  dövlətin  büdcə  və  digər  xərcləri  onun 
ümumi daxili məhsulunun (ÜDM) həcminin yarıdan çoxu-
nu ötür. Əsasən əhalinin həyat səviyyəsinin yüksəldilməsi-
nə  yönəldilən  bu  vəsait,  başqa  ölkələrdə  müqayisədə  ver-
gilərin  daha  böyük  rol  oynaması  və  sanballı  həcmi  ilə 
bağlıdır.  İsveç  modelinə  əsasən  bütövlükdə  cəmiyyətin 
istehsal – xidmət təyinatlı müxtəlif vəzifələrini bazar prin-
siplərinə uyğun fəaliyyət göstərən xüsusi müəssisələr (şir-
kətlər,  iri  birliklər),  sosial  vəzifələrini  isə  dövlət  və  onun 
müvafiq orqanları yerinə yetirməlidirlər.  
Alman  modeli,  xırda  və  orta  sahibkarlığa,  bu  tipli 
şirkətlərə, onların inkişafına hərtərəfli dövlət qayğısı gös-
tərməklə  seçilir.  Bu  model  Almaniyada  XX  əsrin  30-cu 
illərindən  başlayaraq,  iri  inhisarların  fəaliyyətinin  məh-
dudlaşdırılmasından  sonra  ölkənin  sabit  inkişafını  təmin 
etmək üçün xırda və orta sahibkarlığa daha əlverişli şərait 
yaratmaq  siyasəti  ilə  bağlı  olmuşdu.  Dövlət  qiymət  və 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə