3 downloaded from KitabYurdu org M ü Ə L l I f V ə Ə s ə r L ə r I h a q q I n d a



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə100/109
tarix21.04.2018
ölçüsü5,03 Kb.
#39613
1   ...   96   97   98   99   100   101   102   103   ...   109

HƏYATIN GERÇƏK MƏNŞƏYİ
296
Çünki  bircə  fərdin  belə  təsadüf  nəticəsində  bu  xüsusiyyəti  qazanması 
ağlasığımaz  ehtimalların  eyni  anda  baş  verməsini  tələb  edir...  Tənəffüsü 
təmin  edən  və  hər  mərhələdə  fərqli  şəkildə  katalizator  kimi  fəaliyyət 
göstərən fermentlər mexanizmin əsasını təşkil edir. Bu ferment ardıcıllığını 
bir hüceyrə tamamilə ehtiva etməlidir, bəzilərini ehtiva etməsi faydasızdır. 
Çünki fermentlərin bəzilərinin olmaması hər hansı nəticə verməz. Burada 
elmi  düşüncəyə  olduqca  zidd  olmaqla  bərabər  daha  doqmatik  açıqlama 
və fərziyyə irəli sürməmək üçün bütün tənəffüs fermentlərinin bir dəfəyə 
hüceyrənin içində və oksigenlə təmasda olmadan əvvəl tam şəkildə mövcud 
olduğunu istər-istəməz qəbul etməyə məcburuq.
395
Bütün  bu  sətirlərdən  başa  düşürük  ki,  təkamül  əslində  elmi  tədqiqatlar 
nəticəsində üzə çıxan nəzəriyyə deyil. Əksinə, bu nəzəriyyə materialist fəlsəfənin 
tələbatlarına görə əvvəlcə, dəyirmi masa ətrafında uydurulmuş və daha sonra 
elmi həqiqətlərə baxmayaraq, qəbul etdirilməyə çalışılan tabuya çevrilmişdir. 
Təkamülçülərin yazdıqlarından başa düşürük ki, bütün bu səylərin “məqsədi” 
var  və  bu  məqsəd  nəyin  bahasına  olursa  olsun  canlıların  yaradılmadığını 
müdafiə etməyi tələb edir.
Zərbələrdən qaçmamaq
Bir  az  əvvəl  vurğuladığımız  kimi,  maddənin  fövqündə  olan  (və 
ya  fövqəltəbii)  şeyin  mövcud  olduğunu  qətiyyətlə  inkar  edən  düşüncə 
materializmdir.  Elm  isə  belə  bir  doqmanı  qəbul  etməyə  məcbur  deyil.  Elm 
təbiəti tədqiq etmək və nəticələr çıxarmaqla məsuliyyət daşıyır. 
Elm sözügedən həqiqəti, yəni canlıların yaradıldığı həqiqətini aşkar etmişdir. 
Bu, elmi kəşflər tərəfindən ortaya qoyulan açıqlamadır. Canlılardakı qeyri-adi 
kompleks formaları tədqiq etdikdə onların əsla təbiət qanunları ilə və təsadüflərlə 
açıqlanmayacaq qədər qeyri-adi xüsusiyyətlərə malik olduqlarını görürük. Hər 
qeyri-adi xüsusiyyət onu meydana gətirən üstün ağılın göstəricisidir. Canlılar 
da üstün güc ilə yaradılmışdır. Bu güc maddənin fövqündə olan ağıla aiddir. Bu 
ağıl bütün təbiətin hakimi və sonsuz gücə malik olan Rəbbimiz Allahın ağlıdır. 
Qısaca desək, həyat və canlılar yaradılmışdır. Bu materializm kimi doqmatik 
inanc deyil, elmi müşahidə və təcrübələrin aşkar etdiyi açıq həqiqətdir.
Bu  həqiqətin  materializmə  inanmağa  və  materializmi  elm  hesab  etməyə 
öyrəşmiş elm adamlarına şok təsiri verdiyini görürük. Bu şok bu gün dünyada 
təkamül nəzəriyyəsinə qarşı çıxan ən mühüm şəxslərdən biri olan Maykl Bihi 
tərəfindən necə ifadə edilir:
Həyatın  üstün  ağıl  tərəfindən  dizayn  olunduğu  anlayışı  həyatı  sadə 
təbiət qanunlarının nəticəsi kimi qəbul etməyə alışmış bizlərdə şok təsiri 
yaratmışdır. Amma digər əsrlər də buna bənzər şok təsiri yaşamışdılar və 
şoklardan qaçmaq üçün bir səbəb də yoxdur.
396
downloaded from KitabYurdu.org


ELM və MATERİALİZMİ BİR-BİRİNDƏN FƏRQLƏNDİRMƏK
297
Bəşəriyyət dünyanın düz olması və ya kainatın mərkəzində yerləşdiyi kimi 
doqmalardan  xilas  olmuşdur.  Həyatın  dizayn  olunmadan,  öz-özünə  əmələ 
gəldiyi kimi materialist və təkamülçü doqmadan da xilas olur.
Bu vəziyyət qarşısında əsl elm adamının üzərinə düşən vəzifə isə materialist 
doqmadan əl çəkərək, həyatın və canlıların mənşəyi mövzusunu əsl elm adamına 
yaraşan şəkildə obyektiv və səmimi olaraq dəyərləndirməkdir. Əsl elm adamı 
“şoklardan qaçmamalı”, XIX əsrin köhnə materialist doqmalarına bağlanaraq 
qeyri-
mümkün ssenariləri müdafiə etməməlidir.
downloaded from KitabYurdu.org


298
S
ON SÖZ
B
u kitab boyu ancaq elmi dəlillərə əsaslanaraq həyatın həqiqi mənşəyini 
təhlil  etdik.  Ortaya  çıxan  nəticə  açıq  şəkildə  göstərir  ki,  canlılar 
darvinizmin  və  əsasən  də  materialist  fəlsəfənin  iddia  etdiyi  kimi, 
təsadüflərlə  meydana  gəlməmişdir.  Canlı  növləri  təsadüflərlə  bir-
birlərindən təkamül yolu ilə törəməmişdir. Əksinə, bütün canlılar ayrı-ayrı və 
qüsursuz şəkildə yaradılmışdır. XXI əsr sona çatarkən elmin həyatın mənşəyinə 
dair verdiyi yeganə həqiqi cavab var: Yaradılış.
Əsas odur ki, elmin gəldiyi bu nəticə ilə bəşəriyyətə tarixin əvvəlindən bəri 
din yolu ilə bildirilən həqiqət təsdiqlənmişdir.
Allah bütün kainatı və içindəki bütün canlıları yoxdan yaratmışdır. İnsanı 
da heç bir şey deyilkən yaradan və saysız-hesabsız nemətlər bəxş edən Allahdır. 
Bu həqiqət tarixin əvvəlindən bəri Allahın insanlara göndərdiyi elçilərlə və ilahi 
kitablarla bildirilmişdir. Hər peyğəmbər göndərildiyi cəmiyyətə Allahın bütün 
canlıları  və  insanı  yaratdığını  bildirmişdir.  Tövrat,  Zəbur,  İncil  və  Quranda 
eyni yaradılış həqiqəti insanlara xəbər verilir. İlk üçü təhrif olunmuş bu ilahi 
kitabların arasında qiyamətə qədər hökmü davam edəcək yeganə kitab heç bir 
təhrifə uğramamış Qurani-Kərimdir.
Quranda  Allah  bütün  kainatı  və  canlıları  yoxdan  yaratdığını  və  onları 
qüsursuz  şəkildə  tənzimlədiyini  bir  çox  ayəsində  xəbər  verir.  Bir  ayədə 
yaratmanın Rəbbimizə aid olduğu belə bildirilir:
Həqiqətən,  Rəbbiniz  göyləri  və  yeri  altı  gündə  xəlq  edən,  sonra  ərşi 
yaradıb hökmü altına alan, (bir-birini) sürətlə təqib edən gündüzü gecə 
ilə (gecəni də gündüzlə) örtüb bürüyən, günəşi, ayı və ulduzları əmrinə 
boyun əymiş halda yaradan Allahdır. Bilin ki, yaratmaq da, əmr etmək 
də Ona məxsusdur. Aləmlərin Rəbbi olan Allah nə qədər ucadır! (Əraf 
surəsi, 54)
Allah bütün kainatı yoxdan yaratdığı kimi, hal-hazırda yaşadığımız dünyanı 
downloaded from KitabYurdu.org


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə