3 downloaded from KitabYurdu org M ü Ə L l I f V ə Ə s ə r L ə r I h a q q I n d a



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə96/109
tarix21.04.2018
ölçüsü5,03 Kb.
#39613
1   ...   92   93   94   95   96   97   98   99   ...   109

TƏKAMÜL NƏZƏRİYYƏSİ və ENTROPİYA QANUNU
285
bilmir, “maddənin özünü təşkil etməsi” anlayışı xəyaldan ibarət olaraq qalır.
Özünütəşkiletmə: materialist doqma
Təkamülçülərin “özünü təşkiletmə” məfhumu ilə müdafiə etdikləri iddia 
cansız maddənin öz-özünü nizamlayıb, təşkil edib kompleks canlı varlıq meydana 
gətirəcəyinə əsaslanan inancdır. Bu, tamamilə elmə zidd inancdır. Çünki bütün 
müşahidə və təcrübələr maddənin belə bir qabiliyyətinin olmadığını göstərir. 
Məşhur ingilis astronom və riyaziyyatçı prof. Fred Hoyl maddənin öz-özünə 
həyatı əmələ gətirə bilməyəcəyini belə bir nümunə ilə izah edir:
Əgər  həqiqətən  maddənin  içində  onu  həyata  təşviq  edən  daxili  prinsip 
olsaydı,  bunu  laboratoriyada  asanlıqla  göstərməliydi.  Məsələn,  bir 
tədqiqatçı  ibtidai  şorbanı  təmsil  edən  üzmə  hovuzundan  təcrübə  üçün 
istifadə  edə  bilərdi.  Belə  bir  hovuzu  istədiyiniz  hər  cür  cansız  kimyəvi 
maddə ilə doldurun. Ona istədiyiniz hər cür qazı pompalayın və ya üzərinə 
hər cür radiasiyanı verin. Bu təcrübəni bir il boyu davam etdirin və (həyat 
üçün lazımlı olan) 2000 fermentdən neçəsinin sintezləndiyini yoxlayın. Mən 
sizə cavabı indidən verim və bu təcrübəyə vaxtınızı sərf etməyin: əsla heç 
bir şey tapa bilməzsiniz, bəlkə bir neçə amin turşusu və digər bəsit kimyəvi 
maddələr əmələ gələr.
380
Təkamülçü bioloq Endru Skott isə eyni həqiqəti belə qəbul edir:
Bir  az  maddə  götürün,  qarışdırın,  isidin  və  gözləyin.  Bu,  həyatın 
mənşəyinin müasir versiyasıdır. Yerin cazibə qüvvəsi, elektromaqnetizm, 
zəif və güclü nüvə qüvvələri kimi “əsas” güclər işin ardını həll edəcəkdir... 
Bəs  bu  hekayənin  nə  qədəri  tutarlı  dəlillərə  əsaslanır  və  nə  qədəri  ümid 
üzərində qurulmuş fərziyyələrdir? Əslində ilk kimyəvi maddələrdən canlı 
hüceyrələrə  qədər  gedən  mərhələlərin  bütün  mexanizmləri  ya  mübahisə 
mövzusudur, ya da tamamilə qaranlıq içindədir.
381
Bəs təkamülçülər nə üçün hələ də “maddənin özünü təşkil etməsi” kimi 
qeyri-elmi ssenarilərə inanırlar? Nə üçün canlı sistemlərdə açıq-aşkar görünən 
şüuru və yaradılışı inkar etmək üçün bu qədər israr edirlər?
Bu  sualların  cavabı  təkamül  nəzəriyyəsinin  əsl  təməli  olan  materialist 
fəlsəfədə gizlənmişdir. Materialist fəlsəfə ancaq maddənin varlığını qəbul edir, 
bu təqdirdə canlılara da ancaq maddəyə əsaslanan açıqlama gətirməlidir. Nə 
qədər elmə zidd olsa da, təkamül nəzəriyyəsi buna görə irəli sürülmüşdür və 
sırf bunun üçün müdafiə edilir. Nyu York Universitetində kimya professoru və 
DNT mütəxəssisi olan Robert Şapiro təkamülçülərin “maddənin öz-özünü təşkil 
etməsi” ilə bağlı inanclarını və bunun kökündə duran materialist doqmanı belə 
açıqlayır:
Bizi  bəsit  kimyəvi  maddələrin  mövcud  olduğu  qarışıqdan  ilk  aktiv 
downloaded from KitabYurdu.org


HƏYATIN GERÇƏK MƏNŞƏYİ
286
replikatora  (DNT  və  ya  RNT-yə)  daşıyan  təkamül  xarakterli  prinsipə 
ehtiyacımız  var.  Bu  prinsip  “kimyəvi  təkamül”  və  ya  “maddənin  özünü 
təşkil etməsi” (self organization) adlandırılır. Amma əsla hərtərəfli şəkildə 
tərif edilməmiş və ya varlığı sübut edilməmişdir. Belə bir prinsipin varlığına 
dialektik materializmə bağlılıq xatirinə inanırlar.
382
Əvvəldən bəri təhlil etdiyimiz həqiqətlər isə termodinamika sahəsində də 
təkamülün qeyri-mümkünlüyünü və praktiki elmə qarşı dirçəldilməyə çalışılan 
doqma olduğunu açıq şəkildə ortaya qoyur.
downloaded from KitabYurdu.org


287
M
ƏLUMAT NƏZƏRİYYƏSİ VƏ
 MATERİALİZMİN SONU
Y
uxarıda  da  qeyd  etdiyimiz  kimi,  təkamül  nəzəriyyəsinin  əsasında 
materialist fəlsəfə durur. Materializm var olan hər şeyin yalnız maddə 
olduğu fərziyyəsinə əsaslanır. Bu fəlsəfəyə görə, maddə sonsuzdan 
bəri var, həmişə var olacaq və maddədən başqa bir şey də yoxdur. 
Materialistlər bu iddialarına dəstək təmin etmək üçün “reduksiya”  adlandırılan 
məntiqdən  istifadə  edirlər.  Reduksiya  maddə  kimi  görünməyən  şeylərin  də 
əslində maddi faktorlarla açıqlana biləcəyi düşüncəsidir.
Bunu  açıqlamaq  üçün  zehin  nümunəsini  verək.  Məlum  olduğu  kimi, 
insanın zehni “əllə tutulan, gözlə görünən” bir şey deyil. Bundan əlavə, insan 
beynində  “zehin  mərkəzi”  də  yoxdur.  Bu  vəziyyət  bizi  istər-istəməz  zehinin 
maddə üstü anlayış olduğu nəticəsinə aparır. Yəni “mən” dediyimiz, düşünən, 
sevən, əsəbiləşən, kədərlənən, zövq alan və ya əzab çəkən varlıq, bir kreslo, bir 
masa və ya bir daş kimi maddi varlıq deyil.
Materialistlər  isə  zehnin  maddəyə  reduksiya  edilməz  (sadələşdirilərək 
maddəyə  çevrilə  bilməz)  olduğu  iddiasındadırlar.  Materialist  iddiaya  görə 
bizim  düşünməyimiz,  sevməyimiz,  kədərlənməyimiz  və  bütün  digər  zehni 
fəaliyyətlərimiz,  əslində  beynimizdəki  atomlar  arasında  meydana  gələn 
kimyəvi  reaksiyalardan  ibarətdir.  Bir  insanı  sevməyimiz  beynimizdəki  bəzi 
hüceyrələrdəki  kimyəvi  reaksiya,  bir  hadisə  qarşısında  qorxmağımız  bir 
başqa  kimyəvi  reaksiyadır.  Məşhur  materialist  filosof  Karl  Vogt  bu  məntiqi: 
“Qaraciyər necə öd mayesi ifraz edirsə, beyin də düşüncə ifraz edir”, - deyə 
bildirmişdir.
383
  Halbuki  əlbəttə,  öd  mayesi  bir  maddədir,  amma  düşüncənin  maddə 
olduğunu göstərən heç bir dəlil yoxdur.
Reduksiya məntiq icra etmədir. Ancaq  məntiq icra etmə düzgün təməllərə 
də, yanlış təməllərə də əsaslana bilər. Bu səbəbdən, bizim üçün əhəmiyyətli olan 
sual budur: Materializmin təməl məntiqi olan “Reduksiya” elmi məlumatlarla 
downloaded from KitabYurdu.org


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə