3 downloaded from KitabYurdu org M ü Ə L l I f V ə Ə s ə r L ə r I h a q q I n d a



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə92/109
tarix21.04.2018
ölçüsü5,03 Kb.
#39613
1   ...   88   89   90   91   92   93   94   95   ...   109

SADƏLƏŞDİRİLMƏZ KOMPLEKSLİK
275
asılı olmayan çox sayda hissənin uyğunluq içərisində işləməsi ilə funksiyasını 
yerinə yetirir və heç cür bəsitə reduksiya edilə bilməz. Bu həqiqət canlılardakı 
üstün xüsusiyyətləri təsadüfi proseslərlə açıqlamağa çalışan darvinizmi təkzib 
edir. Darvin: “Əgər bir-birini təqib edən çox sayda kiçik dəyişikliklə kompleks 
bir orqanın əmələ gəlməsinin qeyri-mümkün olduğu sübut edilsə, nəzəriyyəm 
tamamilə məhv olacaq”, - deyib. Müasir biologiya isə bu qeyri-mümkünlüyü 
saysız-hesabsız nümunə ilə sübut edir və darvinizmi “tamamilə” məhv edir.
downloaded from KitabYurdu.org


276
   
   
T
ƏKAMÜL NƏZƏRİYYƏSİ VƏ
                      ENTROPİYA QANUN
U
F
izikanın  ən  əsas  qanunlarından  biri  olan  Termodinamikanın  ikinci 
qanunu kainatda təbii amillərin təsirinə məruz qalan bütün sistemlərin 
zaman keçdikcə dağılıb məhv olduğunu söyləyir. Canlı-cansız hər şey 
zaman keçdikcə aşınır, çürüyür, parçalanır, dağılır və məhv olur. Bu, 
geç-tez hər varlığın qarşılaşacağı mütləq sondur və həmin qanuna əsasən, bu 
prosesdən qaçış yoxdur.
Bu hər kəsin həyatı boyunca müşahidə etdiyi haldır. Məsələn, bir avtomobili 
səhraya aparıb qoysanız və bir neçə ay sonra gedib baxsanız, əlbəttə ki, onun 
əvvəlkindən  daha  təkmil,  daha  yaxşı  formaya  düşdüyünü  görməzsiniz. 
Əksinə, şinlərinin partladığını, şüşələrinin qırıldığını, kapotunun paslandığını, 
motorunun  çürüdüyünü  görəcəksiniz.  Eyni  proses  canlı  varlıqlarda  daha 
sürətlə baş verir.
Termodinamikanın  ikinci  qanunu  bu  təbii  prosesin  fiziki  düstur  və 
hesablamalarla ifadə edilmə formasıdır.
Bu  məşhur  fikiza  qanunu  Entropiya  qanunu  olaraq  da  adlandırılır. 
Entropiya  fizikada  bir  sistemin  ehtiva  etdiyi  nizamsızlığın  ölçüsüdür.  Bir 
sistemin nizamlı, mütəşəkkil və planlı formadan nizamsız, dağınıq və plansız 
formaya düşməsi o sistemin entropiyasını artırır. Bir sistemdəki nizamsızlıq 
nə qədər çoxdursa, o sistemin entropiyası da o qədər yüksəkdir. Entropiya 
qanunu bütün kainatın müntəzəm olaraq daha nizamsız, plansız və dağınıq 
formaya doğru getdiyini ortaya qoymuşdur.
Termodinamikanın ikinci qanunu və ya digər adı ilə Entropiya qanunu 
nəzəri və təcrübi cəhətdən doğruluğu qəti şəkildə sübut edilmiş qanundur. 
Belə ki, əsrimizin ən böyük elm adamı olaraq qəbul edilən Albert Eynşteyn bu 
qanunu “bütün elmlərin birinci qanunu” kimi tərif etmişdir:
Entropiya  qanunu  tarixin  bundan  sonrakı  ikinci  dövründə  dominantlıq 
edəcəkdir. Albert  Eynşteyn  bu  qanunun  bütün  elmlərin  birinci  qanunu 
olduğunu söyləmişdir. Ser Artur Edinqton ondan bütün kainatın ən üstün 
metafizik qanunu kimi bəhs edir.
363
Təkamül  nəzəriyyəsi  isə  bütün  kainatı  ehtiva  edən  bu  əsas  fiziki  qanunu 
downloaded from KitabYurdu.org


TƏKAMÜL NƏZƏRİYYƏSİ və ENTROPİYA QANUNU
277
görməməzliyə  vuraraq  irəli  sürülmüş  iddiadır.  Təkamül  nəzəriyyəsi  bu 
qanunla 
ziddiyyət  təşkil  edən  mexanizm  irəli  sürür.  Təkamül  nəzəriyyəsinə  əsasən, 
dağınıq, nizamsız, cansız atomlar və molekullar zaman keçdikcə öz-özlərinə 
təsadüflərlə  birləşərək  nizamlı  və  planlı  zülalları,  DNT,  RNT  kimi  olduqca 
kompleks  molekulyar  formaları,  sonradan  daha  mürəkkəb  quruluşa  və 
dizayna  malik  milyonlarla  canlı  növünü  meydana  gətirmişdir.  Təkamülə 
əsasən, hər mərhələdə daha planlı, daha nizamlı, daha kompleks və mütəşəkkil 
formaya doğru gedən bu xəyali proses Entropiya qanununun ortaya qoyduğu 
həqiqətlərə tamamilə ziddir. Bu səbəbdən, təkamül kimi prosesin fərz edilən 
heç bir mərhələsinin baş verməsi mümkün deyil. Təkamülçü elm adamları da 
bu açıq ziddiyyəti anlayırlar. C.H.Raş belə deyir: 
Təkamülün kompleks prosesi daxilində həyat Termodinamikanın ikinci 
Bir  avtomobili  təbii  şəraitdə  tərk  etsəniz,  mütləq  köhnələr,  paslanar  və  çürüyər. 
Eynilə şüurlu bir tənzimləmə olmadığı təqdirdə kainatda bütün sistemlər dağılmağa 
başlayar. Bu qaçılmaz təbiət qanunundur.
downloaded from KitabYurdu.org


HƏYATIN GERÇƏK MƏNŞƏYİ
278
qanununda bildirilən proseslə açıq-aşkar ziddiyyət təşkil edir.
364
Təkamülçü  elm  adamı  Rocer  Levin  də  “Science  jurnalındakı  bir 
məqaləsində təkamülün termodinamika müəmmasını belə ifadə edir:
Bioloqların qarşılaşdıqları problem təkamülün Termodinamikanın ikinci 
qanunu ilə açıq-aşkar ziddiyyət təşkil etməsidir. Sistemlər zaman keçdikcə 
daha nizamsız hala gəlib dağılmalıdırlar.
365
Özü də təkamül nəzəriyyəsinin tərəfdarlarından olan Corc Stavropolos 
canlıların  öz-özünə  meydana  gəlməsinin  termodinamik  baxımdan  qeyri-
mümkün  olduğunu  və  fotosintez  kimi  kompleks  canlı  mexanizmlərin 
mənşəyini təbiət qanunları ilə açıqlamağın mümkün olmadığını məşhur elmi 
jurnal olan “American scientist”də bu ifadələrlə qəbul edir:
Normal  şərtlərdə  Termodinamikanın  ikinci  qanununa  əsasən,  heç 
bir  kompleks  üzvi  molekul  əsla  öz-özünə  əmələ  gələ  bilməz,  əksinə, 
parçalanar.  Əslində  bir  şey  nə  qədər  kompleksdirsə  bir  o  qədər  qeyri-
sabitdir və gec-tez parçalanaraq dağılır. Fotosintez bütün həyati proseslər 
və həyatın özü mürəkkəb və ya qəsdən mürəkkəbləşdirilmiş açıqlamalara 
baxmayaraq, hələ də termodinamik və ya başqa qəti elm sahəsi vasitəsilə 
aşkar edilməmişdir.
366
Göründüyü  kimi,  təkamül  iddiası  tamamilə  fiziki  qanunlara  zidd 
şəkildə  irəli  sürülmüş  iddiadır.  Termodinamikanın  ikinci  qanunu  təkamül 
nəzəriyyəsinin qarşısına elmi və məntiqi baxımdan keçilməz sədd çıxarmışdır. 
Bu səddi aşacaq heç bir elmi və əsaslı açıqlama verə bilməyən təkamülçülər 
isə  bu  problemi  ancaq  təxəyyüllərində  aşa  bilirlər.  Məsələn,  Ceremi  Rifkin 
təkamülün bu fiziki qanunu sehirli güclə aşdığına inandığını bildirir:
Entropiya  qanunu  təkamülün  bu  planetdəki  həyat  üçün  mövcud  olan 
bütün enerjini dağıdacağını deyir. Bizim təkamül anlayışımız isə bunun 
tam tərsidir. Biz təkamülün sehirli şəkildə yer üzündə daha böyük ölçü və 
nizam əmələ gətirdiyinə inanırıq.
367
Bu sözlər təkamülün elmi tezisdən çox doqmatik inanc forması olduğunu 
ifadə edir.
Açıq sistem xətası
Bəzi  təkamül  tərəfdarları  Termodinamikanın  ikinci  qanununun  ancaq 
“qapalı  sistemlərə”  aid  olduğunu,  “açıq  sistemlərin”  isə  bu  qanuna  tabe 
olmadığını  müdafiə  edirlər.  Halbuki  bu  iddia  bəzi  təkamülçülərin  həmişəki 
kimi  nəzəriyyələrini  çıxılmaz  vəziyyətə  salan  elmi  həqiqətləri  təhrif  etmə 
səyindən ibarətdir. Belə ki, bir çox elm adamı bu iddianın əsassız olduğunu, 
termodinamika ilə ziddiyyət təşkil etdiyini açıq şəkildə bildirir. Bunlardan biri 
Harvard Universitetindən olan elm adamı Con Ross “Chemical and engineering 
downloaded from KitabYurdu.org


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə