3 downloaded from KitabYurdu org M ü Ə L l I f V ə Ə s ə r L ə r I h a q q I n d a



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə88/109
tarix21.04.2018
ölçüsü5,03 Kb.
#39613
1   ...   84   85   86   87   88   89   90   91   ...   109

SADƏLƏŞDİRİLMƏZ KOMPLEKSLİK
265
olunması” prinsipi ilə işləyir.
Xərçəng  gözünün  ilk  diqqətçəkən  xüsusiyyəti  səthinin  çox  sayda 
kvadratdan ibarət olmasıdır. Bu kvadratlar yan səhifədəki şəkildə göründüyü 
kimi bərabərtərəflidir. Amerikalı bioloq Hartlayn “Elm” (Science) jurnalındakı 
bir məqaləsində belə deyir:
Xərçəng  bu  günə  qədər  gördüyüm  düzbucaqlıya  bənzəməyən  canlıdır. 
Amma  mikroskop  altında  xərçəngin  gözü  qüsursuz  qrafika  kağızına 
bənzəyir.
355
Xərçəng  gözünün  üzərindəki  bu  kvadratların  hər  biri  əslində  kvadrat 
prizmanın ön səthidir. Bu quruluş arıların pətəklərinə bənzədilə bilər. Bir pətəyi 
gördükdə əvvəlcə, sadəcə altıbucaqlı səthlə qarşılaşırsınız. Ancaq bu altıbucaqlı 
səthlər əslində içəriyə doğru dərinliyi olan altıbucaqlı prizmaların səthləridir. 
Xərçəng gözünün fərqi formasının altıbucaqlı deyil, kvadrat olmasıdır.
Daha maraqlısı budur ki, xərçəng gözündəki bu kvadrat prizmaların hər 
Xərçəngin  düzgün  kvadrat  səthlərdən  ibarət 
olan  gözü  var.  Bu  düzgün  kvadratlar  əslində  bir 
kvadrat prizmanın ön səthidir. Xərçəng gözündəki 
bu  kvadrat  prizmaların  hər  birinin  iç  səthi  güzgü 
şəklindədir. Bu güzgüyə oxşar səthlər işığı qüvvətli 
şəkildə  əks  etdirir.  Bu  güzgü  səthlərindən  əks 
olunan işıq arxa tərəfdəki tor qişa üzərində qüsursuz  
şəkildə cəmlənir. Gözün içindəki bu prizmalar elə 
bir bucaqla yerləşdirilmişdir ki, hamısı işığı xətasız 
olaraq bir nöqtəyə əks etdirir.
downloaded from KitabYurdu.org


HƏYATIN GERÇƏK MƏNŞƏYİ
266
birinin daxili səthi “güzgü” formasındadır. Bu güzgüyəbənzər səthlər işığı güclü 
şəkildə əks etdirir. Bu dizaynın ən mühüm xüsusiyyəti isə bu güzgü səthlərdə əks 
olunan işığın arxa tərəfdəki tor qişa üzərində qüsursuz şəkildə fokuslanmasıdır. 
Gözün içindəki bu prizmalar elə bucaq altında yerləşdirilmişdir ki, hamısı işığı 
xətasız şəkildə bir nöqtəyə əks etdirir.
Buradakı yaradılışın nə qədər qeyri-adi olduğu açıq-aşkar ortadadır. Hər 
biri qüsursuz kvadrat prizma olan hüceyrələrin içi güzgü xüsusiyyətinə malik 
toxuma ilə örtülüdür. Habelə bu hüceyrələrin hər biri işığı eyni nöqtəyə əks 
etdirmək üçün çox dəqiq həndəsi hesabla yerlərinə yerləşdirilmişdir.
Xərçəng gözünün bu quruluşunun ilk dəfə hərtərəfli şəkildə tədqiq edən 
elm adamı İngiltərə Sasseks Universitetindən tədqiqatçı Maykl Lenddir. Lend 
bu  göz  quruluşunun  heyrətamiz  və  heyranedici  yaradılışa  malik  olduğunu 
bildirmişdir.
356
Xərçəng  gözündəki  bu  yaradılışın  təkamül  nəzəriyyəsi  üçün  çox  böyük 
problem  olduğu  aydındır.  Əvvəla,  göz  “sadələşdirilməz  komplekslik” 
xüsusiyyətinə  malikdir.  Əgər  bu  gözün  ön  hissəsindəki  kvadrat  hüceyrələr 
olmasa və ya bu hüceyrələrin əks etdirmə xüsusiyyəti olmasa və ya arxadakı tor 
qişa təbəqəsi olmasa, göz heç cür funksiyasını yerinə yetirə bilməyəcəkdir. Ona 
görə, xərçəng gözünün “mərhələli şəkildə” əmələ gəlməsi irəli sürülə bilməz. Bu 
qədər mükəmməl formanın bir anda təsadüfən əmələ gəldiyini irəli sürmək isə 
tamamilə ağıldankənardır. Aydındır ki, Allah xərçəngin gözünü bu mükəmməl 
sistemi ilə birlikdə yaratmışdır.
Xərçəng gözünün təkamül iddiasını əsassız edən başqa xüsusiyyətləri də 
var. Bu gözün hansı canlılarda mövcud olduğunu təhlil etdikdə çox maraqlı 
mənzərə  ilə  qarşılaşırıq.  Xərçəng  nümunəsi  üzərində  təhlil  etdiyimiz  “əks 
etdirmə  tipindən  olan  göz  quruluşu”  ancaq  “qabıqlı  dəniz  canlıları  sinfi” 
adlandırılan  dəniz  canlılarının  “uzun  ön  ayaqlılar”  kimi  tanınan  ailəsində 
mövcuddur. Bu ailəyə dəniz xərçəngləri və krevetlər də daxildir.
Qabıqlı dəniz canlıları sinfinin digər üzvlərində isə “əks etdrmə növündən 
olan göz quruluşundan” tamamilə fərqli prinsiplə işləyən “sınma tipindən olan 
göz quruluşuna” rast gəlinir. Bu göz quruluşunda gözün içində yüzlərlə kiçik 
pətək var. Amma pətəklər xərçəng gözündəki kimi kvadrat deyil, altıbucaqlı 
və ya yuvarlaqdır. Daha da mühüm olan budur ki, bu pətəklərin içində işığı 
əks etdirən deyil, sındıran göz büllurları yerləşir. Göz büllurları işığı sındıraraq 
arxadakı tor qişa təbəqəsi üzərində fokuslayır.
Qabıqlı  dəniz  canlıları  sinfindəki  növlərin  əksəriyyətində  sözügedən 
“işığı sındıran” göz quruluşu mövcuddur. Qabıqlı dəniz canlılarının ancaq 
iki növü olan dəniz xərçəngi və krevetdə isə bir az əvvəl də təhlil etdiyimiz 
kimi, “işığı əks etdirən” güzgülü göz vardır. Halbuki təkamülçülərin qəbul 
downloaded from KitabYurdu.org


SADƏLƏŞDİRİLMƏZ KOMPLEKSLİK
267
etdiyinə görə, qabıqlı dəniz canlıları sinfinə aid olan bütün canlılar bir ortaq 
əcdaddan  təkamül  yolu  ilə  törəməlidir.  Əgər  bu  iddianı  qəbul  etməli  olsaq, 
“işığı əks etdirən” güzgülü göz quruluşunun da “işığı sındıran” büllurlu göz 
quruluşundan təkamül yolu ilə törədiyini qəbul etməliyik. 
Lakin belə bir proses qeyri-mümkündür. Çünki hər iki göz quruluşu da öz 
sistemləri daxilində mükəmməl şəkildə işləyir və heç bir “ara keçid”  mərhələ işə 
yaramır. Qabıqlı dəniz canlısının gözlərindəki göz büllurunun yavaş-yavaş yox 
olması və əvvəlcə mərcəyin yerləşdiyi yerdə güzgülü səthlərin əmələ gəlməsi 
canlını hələ ilk mərhələdə görmə qabiliyyətindən məhrum edər və ona görə də 
təbii seçmə mexanizmi tərəfindən aradan çıxarılmasına səbəb olar.
Aydındır  ki,  hər  iki  göz  quruluşu  iki  ayrı  plan  üzrə  dizayn  olunmuş  və 
ayrı-ayrı yaradılmışdır. Bu gözlərdə o qədər qüsursuz geometrik nizam var ki, 
onların təsadüfən mövcud olduğunu düşünmək böyük cəfəngiyatdır.
Qulaqdakı dizayn
Canlılardakı  sadələşdirilməz  kompleks  orqanlara  digər  maraqlı  nümunə 
isə duyğu orqanlarımızdan biri olan qulaqlarımızdır.
Eşitmə prosesi, məlum olduğu kimi, havada yayılan titrəmələrlə başlayır. 
Bu  titrəmələr  qulaq  seyvanında  güclənir.  Tədqiqatlar  qulaq  seyvanının 
“konka”  adlanan  hissəsinin  bir  növ  meqafon  funksiyasını  yerinə  yetirdiyini 
və səs dalğalarını xarici qulaq yolunda sıxlaşdırdığını göstərir. Bu şəkildə səs 
dalğalarının şiddəti artır.
downloaded from KitabYurdu.org


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə