3 downloaded from KitabYurdu org M ü Ə L l I f V ə Ə s ə r L ə r I h a q q I n d a



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə85/109
tarix21.04.2018
ölçüsü5,03 Kb.
#39613
1   ...   81   82   83   84   85   86   87   88   ...   109

SADƏLƏŞDİRİLMƏZ KOMPLEKSLİK
257
təbii amilin məhsulu hesab edilir? Elə burada darvinizmin əl atdığı anlayış 
“reduksiya  edilə  bilən”  anlayışıdır.  Sözügedən  sistemlərin  daha  bəsit  hala 
reduksiya  olunduğu  və  sonra  da  mərhələli  şəkildə  inkişaf  etdikləri  iddia 
edilir.  Hər  mərhələ  canlıya  daha  artıq  üstünlük  verir,  beləliklə,  canlı  təbii 
seçmə vasitəsilə seçilir. Daha sonra təsadüfən kiçik bir inkişaf da olacaq, bu da 
canlıya üstünlük qazandıracaq, canlı seçiləcək və bu proses davam edəcəkdir. 
Bu sayədə darvinizmin iddiasına görə, əvvəlcədən gözü olmayan canlı növü 
qüsursuz gözə sahib olacaq, əvvəl uça bilməyən başqa növ də qanadlanıb uça 
biləcəkdir.
Bu    hekayə  təkamülçü  mənbələrdə  çox  inandırıcı  və  mümkün  olan  bir 
şey kimi danışılır. Halbuki bir az düşündükdə ortada çox böyük xəta olduğu 
görülür. Bu xətanın birinci tərəfi kitabın əvvəlki səhifələrində təhlil etdiyimiz 
mövzudur: mutasiyaların təkmilləşdirici deyil, məhvedici mexanizm olması. 
Yəni canlıların məruz qaldığı təsadüfi mutasiyaların bu canlılara “üstünlük” 
təmin etməsi, həm də bunu min dəfələrlə etmələri bütün elmi müşahidələrə 
zidd olan xəyaldır.
Ancaq xətanın bir də çox mühüm bir tərəfi də var. Diqqət edilsə, darvinist 
nəzəriyyə bir cəhətdən başqa bir cəhətə (məsələn, qanadsız canlıdan qanadlı 
canlıya) doğru gedən mərhələlərin hamısının tək “üstünlüklü” olduğunu tələb 
edir. A-dan Z-yə doğru gedən bu təkamül prosesində B, C, Ç, D…, U, Ü, V və 
Y kimi bütün “ara” mərhələlər canlıya mütləq üstünlük təmin etməlidir. Təbii 
seçmə  və  mutasiyanın  şüurlu  şəkildə  əvvəlcədən  hədəf  müəyyən  etmələri 
mümkün  olmadığına  görə,  bütün  nəzəriyyə  canlı  sistemlərinin  üstünlük 
qazandıran kiçik mərhələlərə “reduksiya edilə biləcəyi” fərziyyəsinə əsaslanır.
Elə Darvin bu səbəbdən: “əgər bir-birini izləyən çox sayda kiçik dəyişikliklə 
kompleks bir orqanın əmələ gəlməsinin qeyri-mümkün olduğu sübut edilsə, 
nəzəriyyəm tamamilə məhv olacaqdır”, - demişdir.
Darvin XIX əsrin ibtidai elmi səviyyəsi çərçivəsində canlıların reduksiya 
olunan quruluşa malik olduqlarını düşünə bilər. Ancaq XX əsrin elmi kəşfləri 
əslində canlılardakı bir çox sistem və orqanın sadələşdirilməz olduğunu aşkar 
etmişdir.  “Sadələşdirilməz  komplekslik”  adlanan  bu  fakt  darvinizmi  elə 
Darvinin narahat olduğu kimi, “qəti şəkildə” məhv edir.
Bakteriya qamçısı
Sadələşdirilməz komplekslik anlayışını elm dünyasının gündəminə gətirən 
ən mühüm şəxs ABŞ-dakı Lihay Universitetindən biokimyaçı Maykl C.Behedir. 
Behe 1996-cı ildə nəşr olunmuş “Darvinin qara qutusu: Təkamülün biokimyəvi 
təkzibi”  (Darwin’s  black  box:  The  biochemical  challenge  to  evolution)  adlı 
kitabında canlı hüceyrəsinin və digər bəzi biokimyəvi formaların sadələşdirilməz 
downloaded from KitabYurdu.org


HƏYATIN GERÇƏK MƏNŞƏYİ
258
kompleks quruluşunu təhlil edir və bunların təkamüllə açıqlanmasının qeyri-
mümkün olduğunu açıqlayır. Behenin fikrinə görə, canlıların mənşəyinin həqiqi 
açıqlaması “yaradılışdır”. 
Behenin  kitabı  darvinizmə  böyük  zərbədir.  Belə  ki,  Notr  Dam 
Universitetindən fəlsəfə professoru Piter van İnvagen bu kitabın əhəmiyyətini 
belə vurğulamışdır:
Əgər  darvinistlər  elmi  həqiqətlərlə  dolu  olan  bu  kitaba  əhəmiyyət 
verməyərək, səhv anlayaraq və ya ona gülüb keçərək qarşılayarlarsa, bu vəziyyət 
bu gün darvinizmin elmi nəzəriyyə olmaqdan çox ideologiya olduğu haqqında 
getdikcə yayılan şübhələr üçün mühüm dəlil olacaqdır.
348
Behenin  kitabında  sadələşdirilməz  kompleks  sistemlərə  aid  çəkdiyi 
misallardan biri bakteriya qamçısıdır.
Bu  orqan  bəzi  bakteriyalar  tərəfindən  maye  mühitdə  hərəkət  etmək 
üçün istifadə edilir. Orqan bakteriyanın hüceyrə qılafına yapışmışdır və canlı 
ritmik şəkildə dalğalandırdığı bu qamçıdan fırça kimi istifadə edərək istədiyi 
istiqamətdə və sürətlə üzə bilir.
Bakteriyaların qamçısı olduğu uzun müddətdən bəri məlumdur. Ancaq son 
10 il ərzindəki müşahidələr bu qamçının quruluşunu aşkar etdikcə elm dünyası 
təəccüb  içində  qalmışdır.  Çünki  qamçının  əvvəlcə  hesab  edildiyi  kimi,  bəsit 
titrəmə mexanizmi ilə deyil, çox mürəkkəb “orqanik (üzvi) motor” ilə işlədiyi 
məlum olmuşdur.
Bakteriyanın  hərəkətli  motoru  elektrik  motorları  ilə  eyni  mexaniki 
xüsusiyyətə malikdir. Burada iki əsas hissə var: hərəkətli hissə (rotor) və sabit 
hissə (stator)
Bu elektrik motorudur. Amma bu 
elektrik motoru bir ev alətində və 
ya bir nəqliyyat vasitəsində deyil, 
bu  bir  bakteriyanın  üzərində 
mövcuddur. 
Bakteriyalar 
milyon  illərlə  sahib  olduqları 
bu  motor  sayəsində  “qamçı” 
adlanan  orqanlarını  hərəkət 
etdirir və suda üzürlər. Bakteriya 
qamçısının 
motoru 
1970-ci 
illərdə  kəşf  edilmiş  və  elm 
aləmini 
təəccübləndirmişdi. 
Çünki 
təxminən 
250 
ayrı 
molekulyar  hissədən  ibarət  olan 
bu  “sadələşdirilməz  kompleks” 
orqanın  Darvinin  iddia  etdiyi 
təsadüf 
mexanizmləri 
ilə 
açıqlanması mümkün deyil.
downloaded from KitabYurdu.org


SADƏLƏŞDİRİLMƏZ KOMPLEKSLİK
259
Bu  üzvi  motor  mexaniki  hərəkətləri  əmələ  gətirən  digər  sistemlərdən 
fərqlidir. Hüceyrə içindəki ATF molekulları şəklində saxlanılan hazır enerjidən 
istifadə  etmir.  Bunun  əvəzinə  xüsusi  enerji  mənbəyi  var:  bakteriya  qılafdan 
gələn turşu axınından aldığı enerjidən istifadə edir. Motorun öz daxili quruluşu 
isə həddindən artıq kompleksdir. Qamçını təşkil edən təqribən 240 ayrı zülal 
var. Bu qüsursuz mexanik hissələr öz yerlərinə yerləşdirilmişdir. Elm adamları 
qamçını təşkil edən bu zülalların motoru bağlayıb açan siqnalları göndərdiklərini, 
atom səviyyəsində hərəkətə imkan verən buğumlar əmələ gətirdiklərini və ya 
qırmancı hüceyrə qılafına bağlayan zülalları hərəkətə gətirdiklərini müəyyən 
etmişlər. Motorun fəaliyyətini sadələşdirərək izah etmək məqsədi ilə aparılan 
modelləşdirmələr  belə  sistemin  mürəkkəbliyinin  başa  düşülməsi  üçün 
kifayətdir.
Sadəcə  bakteriya  qamçısının  bu  kompleks  quruluşu  bütün  təkamül 
nəzəriyyəsini məhv etmək üçün kifayətdir. Çünki qamçı heç cür sadələşdirilə 
bilinməyən quruluşdadır. Qamçını təşkil edən molekulyar hissələrin bir dənəsi 
belə olmasa və ya qüsurlu olsa, qamçı işləməz və ona görə bakteriyaya heç bir 
faydası olmaz. Bakteriya qamçısı ilk dəfə mövcud olduğu andan etibarən tam 
şəkildə işləməlidir. Bu həqiqət qarşısında təkamül nəzəriyyəsinin “mərhələ-
mərhələ” inkişaf iddiasının mənasızlığı bir daha açıq şəkildə üzə çıxır. Belə 
ki, bu günə qədər heç bir təkamülçü bioloq bakteriya qamçısının mənşəyini 
açıqlamaq üçün cəhd belə etməmişdir.
Bakteriya  qamçısı  təkamülçülərin  “ən  ibtidai  canlılar”  hesab  etdikləri 
bakteriyalarda belə qeyri-adi dizayn olduğunu göstərən mühüm həqiqətdir. 
Canlıları  hərtərəfli  tədqiq  etdikcə  Darvinin  XIX  əsrin  ibtidai  elmi  səviyyəsi 
çərçivəsində sadə hesab etdiyi orqanların nə qədər kompleks olduğu məlum 
olur.
İnsan gözünün dizaynı
İnsan  gözü  təqribən  40  ayrı  həssas  hissənin  birləşməsindən  ibarət 
kompleks  sistemdir.  Bu  hissələrdən  sadəcə  birinin  üzərində  düşünək. 
Məsələn, göz bülluru... Biz çox vaxt fərqinə varmırıq, amma cisimləri aydın 
görməyimizi  təmin  edən  şey  göz  büllurunun  hər  saniyə  heç  dayanmadan 
“avtomatik fokuslama” etməsidir. İstəsəniz, bununla bağlı kiçik təcrübə keçirə 
bilərsiniz: şəhadət barmağınızı havada tutun. Sonra bir barmağınızın ucuna, 
bir də arxasındakı divara baxın. Baxışınızı barmağınızdan divara doğru hər 
çevirdikdə “tənzimləmə” olduğunu hiss edəcəksiniz.
Bu tənzimləməni göz büllurunun ətrafındakı kiçik əzələlər yerinə yetirir. 
Hər baxış dəyişdirdikdə bu əzələlər işə düşür və göz büllurunun qabarıqlığını 
dəyişdirərək  işığın  düzgün  bucaq  altında  qırılmasını  və  istədiyiniz  cismi 
downloaded from KitabYurdu.org


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə