3 downloaded from KitabYurdu org M ü Ə L l I f V ə Ə s ə r L ə r I h a q q I n d a



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə83/109
tarix21.04.2018
ölçüsü5,03 Kb.
#39613
1   ...   79   80   81   82   83   84   85   86   ...   109

BİTKİLƏRİN MƏNŞƏYİ
251
yosun  qalıqları  tapılmışdır.  Maraqlısı  budur  ki,  bu  çox  qədim  canlılar  belə 
kompleks  və  dövrümüzdə  yaşayan  nümunələrindən  fərqsiz  formalara 
malikdirlər. “Science news”da dərc olunan bir məqalədə belə deyilir:
3.4 milyard il əvvələ aid mavi-yaşılımtıl yosun və bakteriya fosillərinin hər 
ikisi də Cənubi Afrikadakı qayalarda tapılmışdır. Daha da maraqlısı budur 
ki,  sianobakteriya  (mavi-yaşıl  dəniz  yosunu)  ilə  müasir  sianobakteriya, 
demək olar ki, bir-birlərinə uyğundurlar.
340
Alman bioloq Hoymar Von Ditfurt isə “ibtidai”yosunun kompleks quruluşu  
haqqında belə izah verir:
Bu  günə  qədər  tapılmış  ən  qədim  fosillər  nüvəsiz  yosun  növündən  olan 
minerallar daxilindəki fosilləşmiş cisimlərdir və bunların 3 milyard ildən 
daha çox yaşı var. Nə qədər ibtidai olsalar da, bunlar belə olduqca kompleks 
və ustalıqla nizamlanmış həyat tərzini təmsil edirlər.
341
Təkamülçü  bioloqlar  sözügedən  yosunların  zaman  ərzində  digər  dəniz 
bitkilərini  əmələ  gətirdiklərini  və  450  milyon  il  əvvəl  “quruya  çıxdıqlarını” 
qəbul edirlər. Başqa sözlə, heyvanların “sudan quruya keçid” ssenarisi olduğu 
kimi, bitkilərin də “sudan quruya keçid” ssenarisi var. Ancaq bu keçid ssenarisi 
də  heyvanlarınkı  kimi  əsassız  və  ziddiyyətlidir.  Təkamülçü  mənbələr  hər 
dəfə “yosunlar özlərini quruya atıb buraya uyğunlaşdılar” kimi nağılabənzər 
və  elmdənkənar  izahlarla  mövzunun  üstündən  keçməyə  çalışırlar. Ancaq  bu 
çevrilməni qeyri-mümkün edən çox sayda amil var. Bunlardan ən mühümlərinə 
qısa nəzər salaq:
1- Quruma təhlükəsi: Suda yaşayan bir bitkinin quruda yaşaması üçün əvvəla 
səthi artıq su itkisindən qorunmalıdır. Əks-təqdirdə bitki quruyar. Qurudakı 
bitkilərin qurumadan qorunmaq üçün xüsusi sistemləri vardır. Bu sistemlərdə 
çox  mühüm  detallar  var.  Məsələn,  bu  qoruma  elə  bir  yolla  edilməlidir  ki, 
oksigen və karbondioksid kimi mühüm qazlar heç bir maneə ilə qarşılaşmadan 
bitkinin  içinə  girib  çölə  çıxa  bilsinlər,  eyni  zamanda  buxarlanmanın  təmin 
edilməsi də əsasdır. Əgər belə bir sistem bitkidə yoxdursa, bitkinin bu sistemin 
inkişaf etməsini gözləyəcək milyon illərlə vaxtı da yoxdur. Bu təqdirdə bitki bir 
müddət sonra quruyar və məhv olar.
2- Qidalanma: Su bitkiləri ehtiyacları olan suyu və mineralları birbaşa içində 
olduqları sudan alırlar. Ona görə, quruya çıxıb yaşamağa çalışan su yosununun 
qidalanma problemi də ortaya çıxacaqdır. Bunu həll etmədən həyatına davam 
etməsi qeyri-mümkündür.
3- Çoxalma: Su yosununun qurudakı qısa ömrü əsnasında çoxalmaq üçün heç 
fürsəti  də  olmaz.  Çünki  çoxalma  hüceyrələrini  yaymaq  üçün  sudan  istifadə 
edirlər. Quruda çoxalmaları üçün quru bitkilərində olduğu kimi, çox hüceyrəli 
çoxalma orqanlarına malik olmalıdır. Qurudakı bitkilərin çoxalma hüceyrələri 
downloaded from KitabYurdu.org


HƏYATIN GERÇƏK MƏNŞƏYİ
252
isə  onları  qurumaqdan 
qoruyan xüsusi hüceyrələrlə 
örtülüdürlər. 
Quruya 
çıxan  su  yosununun  da 
bu  çoxalma  hüceyrələri 
quruma  təhlükəsinə  qarşı 
heç  bir  şəkildə  qoruna 
bilməyəcəkdir. 
4- Oksigenin 
məhvedici 
təsirindən 
qorunma: 
Quruya 
keçdiyi 
iddia 
edilən  su  yosunu  oksigeni 
o  vaxta  qədər  suda  həll 
olunmuş şəkildə qəbul edir. 
Təkamülçülərin  iddiasına 
görə,  quruya  keçdiyi  anda 
oksigeni  daha  əvvəl  heç 
qəbul  etmədiyi  şəkildə, 
yəni 
birbaşa 
havadan 
almaq məcburiyyətində qalır. Məlumdur ki, normal şərtlər daxilində havadakı 
oksigenin  üzvi  madələrə  məhvedici  təsiri  var.  Quruda  yaşayan  canlıların  bu 
təsirdən zərər almamaları üçün xüsusi sistemləri var. Su yosunu isə su bitkisidir, 
ona görə oksigenin mənfi təsirlərindən qorunmaq üçün lazımi hormonlara malik 
deyil. Buna görə, quruya keçdiyi anda oksigenin zərərli təsirindən xilas olması 
mümkün  deyil.  Belə  bir  sistemin  əmələ  gəlməsini  “gözləməsi”  də  mümkün 
deyil, çünki bu şəkildə yaşaya bilməz.
Yosunların sudan quruya keçidi iddiasını ziddiyyətli edən başqa bir cəhət də 
belə bir keçidi tələb edən təbii bir amilin olmamasıdır. 450 milyon il əvvəlki 
yosunların  təbii  mühitlərini  düşünək.  Dənizlərin  suyu  onlar  üçün  ideal 
mühitdir. Məsələn, su onları həddindən artıq isti temperaturdan qoruyub təcrid 
edir və ehtiyacları olan hər cür qeyri-üzvi mineralla təmin edir. Eyni zamanda 
da fotosintez yolu ilə günəş şüalarını sorur, suda həll olan karbondioksiddən 
özlərinə lazım olan karbonhidratları (şəkər və nişasta) hazırlaya bilirlər. Ona 
görə də su yosunlarının quruda yaşamalarına tələbat yaradan, təkamülçü ifadə 
ilə bunun üçün “seçici üstünlük” təmin edən heç bir vəziyyət yoxdur. 
Bütün bunlar yosunların quruya çıxaraq quru bitkilərini əmələ gətirdikləri kimi 
təkamül nəzəriyyəsinin tamamilə elmdənkənar fərziyyə olduğunu göstərir.
Okeanda sərbəst halda üzən dəniz yosunları
downloaded from KitabYurdu.org


BİTKİLƏRİN MƏNŞƏYİ
253
Yura  dövrünə  aid  olan  təxminən  180  milyon 
illik  bu  bitki  əvvəlki  dövrlərdə  heç  bir  əcdadı 
olmadan özünəməxsus və qüsursuz quruluşu ilə 
ortaya çıxmışdır.
Karbonifer  dövrünə  aid  olan 
bu  300  milyon  illik  at  dırnağı 
bitkisi  dövrümüzdə  yaşayan 
nümunələrindən fərqlənmir.
140 milyon 
il yaşındakı 
Archaefructus növünə 
aid bu fosil bilinən 
qədim angiosperm 
(çiçəkli bitki) 
qalığıdır. Bu günkü 
oxşarlarından fərqlı 
olmayan bu bitki 
çiçəkləri və meyvəsi 
ilə qüsursuz quruluşa 
sahibdir.
downloaded from KitabYurdu.org


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə