3 downloaded from KitabYurdu org M ü Ə L l I f V ə Ə s ə r L ə r I h a q q I n d a



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə79/109
tarix21.04.2018
ölçüsü5,03 Kb.
#39613
1   ...   75   76   77   78   79   80   81   82   ...   109

İMMUNİTET, «RUDİNMENT ORQANLAR» və EMBRİOLOGİYA
239
irəli sürürdü. 
Halbuki  sonrakı  illərdə  bu  nəzəriyyənin  tamamilə  təxəyyül  məhsulu 
olan  bir  ssenari  olduğu  məlum  olmuşdur.  İnsan  rüşeyminin  ilk  dövrlərində 
üzə çıxdığı iddia edilən “qəlsəmələrin” əslində insanın orta qulaq kanalının, 
paratiroidlərinin  və  qalxanabənzər  vəzlərinin  başlanğıcı  olduğu  məlum 
olmuşdur. Rüşeymin “yumurta sarısı kisəsinə” bənzədilən hissəsinin də əslində 
uşaq  üçün  qan  hazırlayan  kisə  olduğu  aşkar  edilmişdir.  Hekkelin  və  onun 
davamçılarının “quyruq” adlandırdıqları hissə isə insanın onurğa sümüyüdür 
və ayaqlardan əvvəl meydana gəldiyi üçün “quyruq” kimi görünür.
Bunlar elm dünyasında hər kəsə məlum olan həqiqətlərdir. Təkamülçülər 
də bunu qəbul edirlər. Qabaqcıl darvinistlərdən olan Corc Qeylord Simpson və 
U.Bek: “Hekkel təkamül prosesini səhv göstərib. Bu gün canlıların embrioloji 
inkişafının keçmişlərini əks etdirmədiyi artıq məlumdur”, - deyə yazırlar.
320
16 oktyabr, 1999-cu il tarixli “New scientist” jurnalında dərc olunmuş bir 
məqalədə Hekkelin Biogenetika qanunu haqqında belə deyilir:
(Hekkel) bunu Biogenetika qanunu adlandırdı və bu fikir rekapitulyasiya 
kimi məşhurlaşdı. Əslində Hekkelin dəyişilməz görünən qanununun qısa 
müddət  sonra  səhv  olduğu  aşkar  oldu.  Məsələn,  insan  rüşeyminin  əsla 
balıqlar  kimi  qəlsəmələri  yoxdur  və  heç  vaxt  yetkin  sürünənə  və  ya 
meymuna bənzəyən inkişaf mərhələsindən keçmir.
321
Ernst  Hakel  çək-
diyi saxta embrio 
rəsmləri  ilə  elm 
aləmini  bir  əsr 
boyu aldatdı.
downloaded from KitabYurdu.org


HƏYATIN GERÇƏK MƏNŞƏYİ
240
“American scientist”də dərc olunan bir məqalədə isə belə deyilir:
Biogenetika  qanunu  (Rekapitulyasiya  nəzəriyyəsi)  artıq  tamamilə  məhv 
olmuşdur. 1950-ci ildə dərsliklərdən çıxarılmışdır. Əslində elmi mübahisə 
kimi XX əsrin 20-ci illərində sonu çatmışdı.
322
Məsələnin  daha  da  maraqlı  cəhəti  isə  Ernst  Hekkelin  əslində  ortaya 
atdığı  Rekapitulyasiya  nəzəriyyəsini  dəstəkləmək  üçün  rəsm  saxtakarlıqları 
etməsidir. Hekkel balıq və insan rüşeymlərini bir-birinə bənzətmək üçün saxta 
rəsmlər çəkmişdir. Bunun üzə çıxmasından sonra özünü müdafiə etmək üçün 
dediyi sözlər isə digər təkamülçülərin də buna bənzər saxtakarlıqlar etdiyini 
bildirməkdən ibarət idi:
Etdiyim bu saxtakarlıq etirafından sonra özümü rüsvay olmuş və qınanmış 
hesab  etməliyəm.  Lakin  mənim  təsəllim  budur  ki,  mənim  kimi  təqsirkar 
yüzlərlə  həmkarımın,  bir  çox  etibarlı  müşahidəçi  və  məşhur  bioloqun 
nəşr etdirdiyi ən yaxşı biologiya kitablarında, tezislərində və jurnallarında 
mənim kimi etdikləri saxtakarlıqlar, qeyri-düzgün məlumatlar, az-çox təhrif 
edilmiş rəsmlər var.
323
Məşhur  elmi  jurnal  olan  “Elm”in  (Science)  5  sentyabr,  1997-ci  il  sayında 
Hekkelin rüşeym rəsmlərinin saxtakarlıq olduğunu açıqlayan bir məqalə dərc 
olundu.  “Hekkelin  rüşeymləri:  saxtakarlıq  yenidən  aşkar  edildi”  başlıqlı 
məqalədə belə deyilir:
Londondakı  Müqəddəs  Corc 
Xəstəxanası Tibb Məktəbindən 
təkamülçü  Maykl  Riçardson: 
“(Hekkelin 
rəsmlərinin) 
verdiyi 
təsəvvür, 
yəni 
rüşeymlərin  bir-birinə  çox 
bənzəməsi yalandır”, - deyir... 
O  və  həmkarları  Hekkelin 
çəkdiyi  növdəki  və  yaşdakı 
canlıların 
rüşeymlərini 
yenidən  təhlil  edərək  və 
fotoşəkillərini 
çəkərək 
müqayisə  etmişlər.  Riçardson 
“Anatomiya və embriologiya” 
(Anatomy  and  embryology) 
jurnalında  yazdığı  məqalədə: 
“rüşeymlər 
təəccüblü 
dərəcədə  fərqlidirlər”,  -  deyə 
qeyd edir.
Hakelin saxta rəsmləri
downloaded from KitabYurdu.org


İMMUNİTET, «RUDİNMENT ORQANLAR» və EMBRİOLOGİYA
241
Son  illərdə  aparılan  müşahidələr  müxtəlif  canlıların  rüşeymlərinin  Hakelin 
göstərdiyi kimi oxşar olmadıqlarını göstərir. Üstdəki məməli, sürünən və yarasa 
rüşeymləri arasındakı fərq bunun açıq nümunəsidir.
Məşhur elmi jurnal olan 
“Science” 5 sen-tyabr, 
1997-ci ildə buraxilan 
nömrəsində Hakelin 
rüşeym rəsmlərinin 
saxtakarlıq əsəri olduğunu 
açıqlyan məqalə dərc 
olundu. Məqalədə 
rüşeymlərin həqiqətdə 
bir-birlərindən cox fərqli 
olduğu bildirilir.
downloaded from KitabYurdu.org


HƏYATIN GERÇƏK MƏNŞƏYİ
242
Hekkelin  rüşeymləri  oxşar  göstərmək  üçün  bəzi  orqanları  qəsdən 
rəsmlərində göstərmədiyini və ya xəyali orqanlar əlavə etdiyini bildirən “Elm” 
(Science) jurnalı məqalənin ardında bu məlumatları verir:
Riçardson  və  qrupunun  bildirdiyinə  əsasən,  Hekkel  təkcə  orqanlar  əlavə 
etmək və ya çıxarmaqla kifayətlənməmiş, eyni zamanda müxtəlif növləri bir-
birlərinə bənzər göstərmək üçün ölçüləri ilə də oynamış, bəzən rüşeymləri 
həqiqi  ölçülərindən  on  dəfə  fərqli  göstərmişdir.  Habelə  Hekkel  fərqləri 
gizlətmək üçün növlərin adını yazmamış və bircə növü sanki bütün heyvan 
qrupunun təmsilçisi kimi göstərmişdir. Riçardson və qrupunun bildirdiyinə 
görə, əslində bir-birlərinə çox yaxın olan balıq növlərinin rüşeymlərində 
belə  görünüş  və  inkişaf  prosesi  baxımından  çox  böyük  fərqlər  var. 
Riçardson: “Hekkelin rəsmləri biologiyadakı ən böyük saxtakarlıqlardan 
biridir”, - deyir.
“Elm”  (Science)  jurnalındakı  məqalədə  Hekkelin  bu  məsələ  ilə  bağlı 
etiraflarının  bu  əsrin  əvvəlindən  etibarən  ört-basdır  edildiyindən  və  saxta 
rəsmlərinin dərs kitablarında elmi həqiqət kimi öyrədilməyə başlanmasından 
da belə bəhs edir:
Hekkelin etirafları rəsmlərinin 1901-ci ildə “Darvin və Darvindən sonra” 
(Darwin and after Darwin) adlı kitabda nəşr olunmasından sonra itdi. Rəsmlər 
ingiliscə biologiya dərsliklərində həddindən artıq çoxaldıdı.
324
Qısaca desək, Hekkelin rəsmlərinin saxtakarlıq olduğu hələ 1901-ci ildə üzə 
çıxmış, amma bütün elm dünyası bu rəsmlərlə bir əsr boyu aldadılmışdır.
downloaded from KitabYurdu.org


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə