3 downloaded from KitabYurdu org M ü Ə L l I f V ə Ə s ə r L ə r I h a q q I n d a



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə80/109
tarix21.04.2018
ölçüsü5,03 Kb.
#39613
1   ...   76   77   78   79   80   81   82   83   ...   109

243
B
İTKİLƏRİN MƏNŞƏYİ
Y
er üzündəki canlılar elm adamları tərəfindən beş (bəzən altı) aləmə 
bölünür.  Buraya  qədər,  əsasən,  canlıların  ən  böyük  aləmi  olan 
heyvanlar aləmindən (Animalia) bəhs etdik. Canlıların mənşəyindən 
bəhs etdiyimiz əvvəlki bölmədə isə digər iki aləm olan prokariotlar 
və protistalardan olan zülalları, genetik məlumatı, hüceyrənin quruluşunu və 
bakteriyaları təhlil etdik. Bu yerdə üzərində durulmalı digər mühüm mövzu 
bitkilər aləminin (Plantae) mənşəyidir.
Heyvanların  mənşəyini  təhlil  edərkən  qarşılaşdığımız  mənzərənin 
eynisini  bitkilərin  mənşəyində  də  görürük.  Bitkilər  olduqca  kompleks 
quruluşa malikdir və bu quruluşlarının təsadüfi amillərlə meydana gəlməsi, 
bir-birlərinə  çevrilməsi  də  mümkün  deyil.  Fosil  qeydlləri  də  müxtəlif  bitki 
siniflərinin yer üzündə bir anda və özünəməxsus formaları ilə ortaya çıxdığını 
və heç bir təkamül prosesinin izinin olmadığını göstərir.
Bitki hüceyrəsinin mənşəyi
Bitkilərin  və  heyvanların  hüceyrələri  “eukariot”  kimi  tanınan  hüceyrə 
tipini  təşkil  edir.  Eukariot  hüceyrələrin  ən  əsas  xüsusiyyətləri  bir  hüceyrə 
nüvəsinə malik olmaları və genetik məlumatlarını kodlayan DNT molekulunun 
da  bu  nüvənin  içində  yerləşməsidir.  Digər  tərəfdən,  bakteriyalar  kimi  bəzi 
təkhüceyrəli canlıların isə hüceyrə nüvəsi yoxdur və DNT molekulu hüceyrənin 
içində sərbəst 
halda yerləşir. Bu ikinci tipdən olan hüceyrələrə “prokariot” hüceyrə deyilir. 
Bu  hüceyrə  quruluşu  bakteriyalar  üçün  ideal  formadır,  çünki  bakteriya 
populyasiyalarının həyatları baxımından olduqca mühüm proses olan “plazmid 
ötürülməsi”  (hüceyrədən  hüceyrəyə  DNT  ötürülməsi)  prokariot  hüceyrənin 
sərbəst DNT quruluşu sayəsində mümkün olur. 
Təkamül  nəzəriyyəsi  isə  canlıları  “ibtidaidən  aliyə”  doğru  ardıcıllığa 
düzmək  məcburiyyətində  olduğu  üçün  prokariotların  “ibtidai”  hüceyrə 
downloaded from KitabYurdu.org


HƏYATIN GERÇƏK MƏNŞƏYİ
244
olduğunu, eukariotların isə bu hüceyrələrdən təkamül yolu ilə törədiyini güman 
edir. 
Bu  iddianın  əsassızlığına  keçməzdən  əvvəl  prokariot  hüceyrələrin  heç 
də “ibtidai” olmadığını bildirməkdə fayda var. Bir bakteriyanın 2000-ə yaxın 
geni var. Hər bir gen isə 100-ə qədər hərfdən (şifrə) təşkil olunmuşdur. Bu da 
bakteriyanın DNT-sindəki məlumatın ən az 200 000 hərf uzunluğunda olması 
deməkdir.  Bu  hesablamaya  əsasən,  bir  bakteriyanın  DNT-sindəki  məlumat 
hər  biri  10  min  sözdən  ibarət  20  romana  bərabərdir.
325
  Ona  görə  də  hər  bir 
bakteriyanın DNT-sində şifrəli olan bu məlumatlardakı hər hansı bir dəyişiklik 
bakteriyanın bütün iş sistemini pozacaq qədər təhlükəlidir. Bakteriyaların gen 
şifrələrində bir çatışmazlığın olması isə iş sistemlərinin pozulması və beləliklə, 
onların ölümü deməkdir.
Təsadüfi  dəyişiklikləri  təkzib  edən  bu  həssas  quruluşdan  əlavə, 
bakteriyalar ilə eukariot hüceyrələr arasında heç bir “ara forma” olmaması da 
təkamülçü  iddianı  əsassız  edir.  Prof.  Əli  Dəmirsoy  bakteriya  hüceyrələrinin 
eukariot hüceyrələrə və bu hüceyrələrdən ibarət kompleks canlılara çevrilməsi 
ssenarisinin əsassızlığını bu sözləri ilə etiraf edir:
Təkamüldə  açıqlanması  ən  çətin  olan  mərhələlərdən  biri  də  bu  ibtidai 
canlılardan  orqanoidlərdən  ibarət  kompleks  hüceyrələrin  necə  meydana 
gəldiyini elmi cəhətdən açıqlamaqdır. Bu iki forma arasında heç bir həqiqi 
ara  keçid  forma  tapılmamışdır.  Təkhüceyrəlilər  və  çoxhüceyrəlilər  bu 
Yer üzündə həyatın 
əsasını bitkilər 
təmin edir. Bitkilər 
həm qida kimi, həm 
də atmosferdəki 
oksigeni təmin 
etmələrinə görə 
həyatın lazimi 
şərtidir.
downloaded from KitabYurdu.org


BİTKİLƏRİN MƏNŞƏYİ
245
kompleks  formaya  bütünlükdə  malikdirlər,  hər  hansı  şəkildə  daha  sadə 
formalı orqanoidləri olan və ya bunlardan birinin daha ibtidai olduğu bir 
qrupa  və  ya  canlıya  rast  gəlinməmişdir.  Yəni  hüceyrələrin  orqanoidləri 
tamamilə təkmil formadadır. Sadə və ibtidai formaları yoxdur.
326
“Təkamül  nəzəriyyəsinin  israrlı  müdafiəçisi  olan  prof.  Əli  Dəmirsoyu 
bu qədər açıq etiraflar etməyə məcbur edən şey nədir?” sualı doğa bilər. Bu 
sualın cavabı bakteriya hüceyrəsi ilə bitki hüceyrəsi arasındakı böyük quruluş 
fərqlərinə baxdıqda açıq şəkildə görünür:
1) Bakteriya hüceyrəsinin hüceyrə divarı polisaxarid və zülaldan ibarətdir, 
bitki  hüceyrəsinin  hüceyrə  divarı  bunlardan  tamamilə  fərqli  forma  olan 
sellülozadan təşkil olunmuşdur.
2) Bitki hüceyrəsində qılafla əhatə olunmuş kompleks quruluşa malik bir çox 
orqanoid var ikən bakteriya hüceyrəsində heç bir orqanoid yoxdur. Bakteriya 
hüceyrəsində sadəcə sərbəst halda hərəkət edən çox kiçik ribosomlar var. Bitki 
hüceyrəsindəki ribosomlar isə daha böyükdür və qılafa bağlıdır. Bundan əlavə, 
hər iki ribosom növü də müxtəlif yollarla zülal sintezini həyata keçirir.
3) Bakteriya hüceyrəsindəki və bitki hüceyrəsindəki DNT-lərin quruluşları 
bir-birindən fərqlidir.
4) Bitki hüceyrəsindəki DNT molekulu ikiqat qılaf ilə qorunur, bakteriya 
hüceyrəsindəki DNT molekulu hüceyrənin içində sərbəst şəkildədir.
5) Bakteriya hüceyrəsindəki DNT molekulu quruluş cəhətdən qapalı ilmə 
formasındadır, yəni dairəvidir. Bitki hüceyrəsindəki DNT molekulu isə dar və 
uzun formadadır.
6)  Bakteriya  hüceyrəsindəki  DNT  molekulu  bir  hüceyrəyə  aid  məlumat 
daşıyır, bitki hüceyrəsindəki DNT molekulu bütünlüklə bitkiyə aid məlumatlar 
daşıyır. 
Məsələn, meyvəli ağacın kökləri, gövdəsi, yarpaqları, çiçəkləri və meyvəsinə 
aid bütün məlumatlar ağacın bütün hüceyrələrinin hər birinin nüvəsindəki DNT-də 
Prokariot hüceyrələrin (solda) bir müddət sonra eukariot hücüyrələrinə çevrildiyi 
yönündəki təkamülçü fərziyyənin heç bir elmi əsası yoxdur. 
downloaded from KitabYurdu.org


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə