3 downloaded from KitabYurdu org M ü Ə L l I f V ə Ə s ə r L ə r I h a q q I n d a



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə78/109
tarix21.04.2018
ölçüsü5,03 Kb.
#39613
1   ...   74   75   76   77   78   79   80   81   ...   109

HƏYATIN GERÇƏK MƏNŞƏYİ
236
isə  çanaq  sümüyünün  ətrafındakı  sümüklərə  dəstək  olduğu,  bu  səbəbdən, 
büzdüm sümüyü olmadan rahat oturmağın mümkün olmadığı məlum oldu. 
Bundan əlavə, bu sümüyün çanaq hissəsindəki orqanların və buradakı müxtəlif 
əzələlərin də birləşdiyi sümük olduğu müəyyən edildi.  
Sonrakı illərdə yenə “rudiment orqanlardan” hesab edilən qalxanabənzər 
vəzin  T  hüceyrələrini  hərəkətə  gətirərək  orqanizmin  limfa  sistemini 
aktivləşdirdiyi, epifiz vəzin lütein hormonuna təsir edən melatonin hormonu 
ifraz  etdiyi  kəşf  edildi.  Tiroid  vəzinin  körpələrdə  və  uşaqlarda  orqanizmin 
normal  inkişafını  təmin  etdiyi  və  maddələr  mübadiləsi  və  orqanizmin 
aktivliyinin tənzimlənməsində rol oynadığı müəyyən edildi. Hipofiz vəzinin ön 
payının da tiroid, böyrəküstü vəz, çoxalma vəzləri kimi bir çox hormon vəzinin 
düzgün fəaliyyət göstərməsini və skeletin inkişafını tənzimlədiyi aşkar edildi. 
Darvin  tərəfindən  “rudiment  orqan”  adlandırılan  gözdəki  aypara 
formasındakı çıxıntının isə gözün təmizlənməsi və nəmləndirilməsində mühüm 
rol oynadığı məlum oldu.
Rudiment orqanlar iddiasında təkamülçülərin çox mühüm məntiqi səhvi də 
vardı. Məlum olduğu kimi bəzi təkamülçülər canlılardakı rudiment orqanların 
keçmişdəki əcdadlarından miras qaldığını iddia edirdilər. Halbuki “rudiment 
orqan” hesab edilən bəzi orqanlar insanın əcdadı olduğu iddia edilən canlılarda 
Təkamülçü bioloqların “rudiment orqanlar” hesab 
etdikləri  apandiksin  (üstdə)  bədənin  müdafiə 
sistemində mühüm iş gördüyü bilinmişdir. Büzdüm 
sümüyü kimi tanınan onurğanın ən altdakı sümüyü 
isə  yenə  “rudiment  orqan”  deyil,  əhəmiyyətli 
əzələlərin birləşmə yeridir.
downloaded from KitabYurdu.org


İMMUNİTET, «RUDİNMENT ORQANLAR» və EMBRİOLOGİYA
237
yoxdur!  Məsələn,  təkamülçülər  tərəfindən  insanın  əcdadı  hesab  edilən  bəzi 
meymunlarda appendiks yoxdur. Rudiment orqanlar tezisinə qarşı çıxan bioloq 
H.Enok bu məntiqi səhvi belə ifadə edir:
İnsanların  appendiksi  var.  Ancaq  daha  qədim  əcdadları  olan  ibtidai 
meymunlarda appendiks yoxdur. Appendiks təəccüblü şəkildə daha ibtidai 
quruluşa  malik  olan  məməlilərdə,  məsələn,  opossumlarda  yenidən  üzə 
çıxır. Elə isə təkamül nəzəriyyəsi bunu necə açıqlaya bilər?
315
 
Bütün  bunlarla  bərabər,  funksiyasını  itirmiş  bir  orqanın  zaman  ərzində 
kiçilərək yox olması məntiqi cəhətdən ziddiyyətlidir. Bu ziddiyyəti dərk edən 
Darvin “Növlərin mənşəyi” kitabında belə etiraf edir:
Bununla  yanaşı,  başqa  bir  çətinlik  də  var.  Bir  orqan  artıq  funksiyasını 
itirdiyi üçün çox kiçildikdən sonra iz qoyaraq necə kiçilə bilir və nəticədə 
necə tamamilə yoxa çıxır? Bir orqan bir dəfə funksiyasını itirdikdən sonra 
istifadəsiz  qalmasının  həmin  orqana  müsbət  təsiri  ola  bilməz.  Burada 
mənim verə bilməyəcəyim bir açıqlamaya ehtiyac var.
316
Qısaca  desək,  təkamülçülər  tərəfindən  ortaya  atılan  rudiment  orqanlar 
ssenarisinin  həm  öz  daxilində  məntiqi  səhvləri  var,  həm  də  elmi  cəhətdən 
səhvdir.  İnsanlarda  “əcdadlarından  miras  qalmış”  heç  bir  rudiment  orqan 
yoxdur.
“Rudiment orqanlara” daha bir zərbə: atın ayağı
Rudiment orqanlar nağılına ən son zərbəni atın ayağı üzərində aparılmış 
bir tədqiqat vurdu. “Təbiət” (Nature) jurnalının 20-27 dekabr 2001-ci il tarixli 
sayında  dərc  edilən  “Biomexanika:  təhlükəli  vibrasiyalara  qarşı  amortizator” 
(Biomechanics: Damper for bad vibrations) adlı məqalədə belə deyilir:
Atların ayaqlarındakı bəzi əzələ lifləri heç bir funksiyası olmayan təkamül 
prosesinin  qalıqları  kimi  görünür. Ancaq  əslində  bu  əzələ  lifləri  at  qaçarkən 
ayağın içində əmələ gələn zərərli titrəmələrin qarşısını alırlar.
Məqalə belə davam edir:
Atların  və  dəvələrin  ayaqlarında  6  millimetrdən  daha  qısa  əzələ  liflərinə 
bağlı olan 600 millimetrdən daha uzun vətərləri olan əzələləri var. Bu cür 
qısa əzələlər heyvan hərəkət etdikcə uzunluğunu ancaq bir neçə millimetr 
dəyişdirə bilir və bunlar böyük məməlilərin o qədər də işinə yarayan kimi 
görünmür. Vətərlər passiv yaylar kimi funksiya yerinə yetirir və qısa əzələ 
liflərinin lazımsız olduğu təkamül prosesində funksiyasını itirmiş daha uzun 
liflərin  qalıqları  olduğu  hesab  edilmişdir.  Ancaq  Uilson  və  həmkarları... 
bu liflərin sümük və vətərləri potensial şəkildə zərər verən titrəmələrdən 
qoruduğunu irəli sürürlər...
Təcrübələr qısa əzələ liflərinin bir ayağın yerə vurulmasının ardınca əmələ 
downloaded from KitabYurdu.org


HƏYATIN GERÇƏK MƏNŞƏYİ
238
gələn  zərərli  titrəmələri  yavaşlatdığını  göstərmişdir.  Qaçan  bir  heyvan 
ayağını yerə vurduqda bu zərbə ayağın titrəməsinə səbəb olur, titrəmələrin 
tezliyi  nisbi  yüksəkdir.  Məsələn,  atlarda  30-40  hz  –  ayaq  yerdə  ikən  bu 
zərbələr yavaşladılmasa, artıq titrəmə dövranı baş verir.
Titrəmələr zərər verə bilər, çünki sümük və vətərlər yorğunluq vəziyyətindən 
tez  təsirlənirlər.  Sümük  və  vətərlərdəki  yorğunluq  təkrarən  baş  verən 
təzyiqdən  qaynaqlanan  zərərin  toplanmasıdır.  Sümük  yorğunluğu  həm 
atletlərdə,  həm  də  yarış  atlarında  mənfi  təsirlər  meydana  gətirən  zərbə 
qırılmalarının səbəbidir və vətər yorğunluğu ən az bəzi vətər infeksiyalarının 
səbəbi ola bilər. Uilson və həmkarları çox qısa əzələ liflərinin əmələ gələn 
titrəmələri yavaşladaraq həm sümükləri, həm də vətərləri qoruduğunu irəli 
sürürlər.
317
Qısaca  desək,  atların  anatomiyasının  daha  diqqətlə  təhlil  edilməsi 
təkamülçülərin  funksiyasız  olduğunu  iddia  etdikləri  orqanların  çox  mühüm 
funksiyaları olduğunu üzə çıxarmışdır. 
Başqa  sözlə,  elmi  irəliləyiş  təkamülün  dəlili  kimi  dəyərləndirilən 
xüsusiyyətlərin  əslində  yaradılış  həqiqətinin  dəlili  olduğunu  göstərmişdir. 
Təkamülçülər obyektiv hərəkət etməli və elmi kəşfləri ağılla dəyərləndirməlidirlər. 
“Təbiət” (Nature) jurnalında bu mövzu belə şərh edilir:
Uilson  və  həmkarları  təkamül  prosesi  ərzində  funksiyasını  itirmiş  bir 
orqanın  qalığı  kimi  görünən  bir  əzələnin  mühüm  rolu  olduğunu  tapdı. 
Onların bu elmi fəaliyyəti digər rudiment orqanların da (insan appendiksi 
kimi) göründüyü kimi funksiyasız olub-olmadığı sualını doğurur.
318
Əldə  edilən  bu  nəticələr  təəccüblü  deyil.  Təbiətlə  əlaqədar  nə  qədər  çox 
şey öyrənsək, o qədər çox yaradılış dəlilini görürük. Maykl Behenin bildirdiyi 
kimi,  “dizaynın  olduğu  nəticəsinə  bilmədiklərimizə  deyil,  son  50  il  boyu 
öyrəndiklərimizə görə gəlirik”.
319
 Buradan darvinizmin cahillikdən qaynaqlanan 
iddia olduğu məlum olur.
Rekapitulyasiya xətası
Bu  gün  Türkiyədəki  bəzi  təkamülçü  KİV-lərdə  uzun  müddət  əvvəl  elmi 
ədəbiyyatdan  çıxarılmış  “Rekapitulyasiya”  nəzəriyyəsi  elmi  həqiqət  kimi 
göstərilir.  Rekapitulyasiya  termini  təkamülçü  bioloq  Ernst  Hekkelin  XIX 
əsrin  sonlarında  ortaya  atdığı  “Ontogenez  filogenezin  təkrarıdır”  (Ontogeny 
recapitulates phylogeny) nəzəriyyəsinin xülasəli şəkildə ifadəsidir.
Hekkel  tərəfindən  irəli  sürülən  bu  nəzəriyyə  canlı  rüşeymlərinin  inkişaf 
prosesi  ərzində  “əcdadlarının”  keçirdiyi  təkamül  prosesini  təkrarladıqlarını 
iddia edirdi. Məsələn, insan rüşeyminin ana bətnindəki inkişafı ərzində əvvəlcə 
balıq, sonra sürünən xüsusiyyətləri göstərdiyini, ən sonda insana çevrildiyini 
downloaded from KitabYurdu.org


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə