3 downloaded from KitabYurdu org M ü Ə L l I f V ə Ə s ə r L ə r I h a q q I n d a



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə75/109
tarix21.04.2018
ölçüsü5,03 Kb.
#39613
1   ...   71   72   73   74   75   76   77   78   ...   109

HOMOLOGİYA XƏTASI
227
Təqribən  eyni  forma  və  funksiyalara  malik  zülallara  (homoloji  zülallar) 
filogenetik cəhətdən fərqli,  hətta bir-birindən çox fərqli canlı siniflərində 
getdikcə  artan  sayda  rast  gəlinir.  (Məsələn,  onurğalılardakı,  bəzi 
onurğasızlardakı və hətta bəzi bitkilərdəki hemoqlobin kimi).
297
Cənubi Karolina Universiteti Tibb fakültəsindən biokimya üzrə tədqiqatçı 
dr. Kristian Şveyb molekulyar sahədə təkamülə dəlil tapmaq üçün uzun illər 
sərf etmiş elm adamıdır. Xüsusilə insulin və relaksin növündən olan zülallar 
üzərində  təhlillər  apararaq  canlılar  arasnda  təkamül  qohumluğu  qurmağa 
çalışmışdır. Lakin fəaliyyətlərinin heç birində təkamülə hər hansı bir dəlil əldə 
edə  bilmədiyini  dəfələrlə  etiraf  etməyə  məcbur  olmuşdur.  “Elm”  (Science) 
jurnalındakı bir məqaləsində belə deyir:
Molekulyar  təkamül  qohumluqların  üzə  çıxarılması  üçün  demək  olar 
ki,  paleontologiyadan  daha  üstün  metod  kimi  qəbul  edilməyə  başlandı. 
Bir  molekulyar    təkamülçü  kimi  bununla  fəxr  etməliyəm. Amma  əksinə, 
növlərin nizamlı inkişafını göstərməli olan molekulyar oxşarlıqların bir çox 
istisnası olması narahatlıq törədir. Bu istisnalar o qədər çoxdur ki, əslində 
istisnaların və qəribəliklərin daha mühüm məna daşıdıqlarını düşünürəm.
298
Şveybin relaksinlər üzərində apardığı tədqiqatlar maraqlı nəticələr ortaya 
qoymuşdur:
Yaxın  qohum  olduğu  bildirilən  növlərin  relaksinləri  arasındakı  böyük 
fərqlərlə bərabər donuzun və balinanın relaksinləri tamamilə eyni çıxmışdır. 
Siçanlardan, Yeni Qvineya donuzundan, insandan və donuzdan götürülən 
molekullar  bir-birlərindən  təqribən  55%  fərqlənirlər.  Buna  baxmayaraq, 
insulin insanı şimpanzedən daha çox donuza yaxınlaşdırır.
299
Şveyb  insulin  və  relaksindən  başqa  digər  bir  çox  zülal  düzülüşlərini 
müqayisə  etdikdə  də  eyni  həqiqətlə  qarşılaşmışdır.  Relaksin  və  insulin 
növlərinin ortaya qoyduğu istisnalardan başqa təkamülün irəli sürdüyü şəkildə 
nizamlı molekulyar inkişafı təkzib edən bir çox zülal növü olduğunu bildirən 
Şveyb belə deyir:
Relaksin  və  insulin  ailələri  molekulyar  təkamülün  klassik  “bir  nəsil 
Molekulyar  səviyyədə  heç  bir 
orqanizm  başqa  birinin  atası 
deyildir.  O  birindən  daha 
ibtidai və ya daha inkişaf etmiş 
deyildir.
downloaded from KitabYurdu.org


HƏYATIN GERÇƏK MƏNŞƏYİ
228
ağacından  təkamüllə  törəmə”  izahı  qarşısındakı  yeganə  istisna  deyil. 
Anormal  zülal  bənzərliyi  nümunələrindəki  anormallıqlar  ancaq  təxəyyül 
gücü ilə məhdudlaşdırıla bilən saya çatır.
300
Şveyb canlılardakı lizosimlərin, sitoxromların və bir çox hormonun da amin 
turşusu düzülüşlərinin müqayisə edilməsinin təkamülçülər üçün “gözlənilməz 
nəticələr  və  anormallıqlar”  üzə  çıxardığını  bildirir.  Şveyb  bütün  bu  dəlillərə 
əsaslanaraq zülalların hamısının heç bir təkamül keçirmədən əvvəlki formalarına 
malik olduğunu və molekullar arasında eynilə fosillərdəki kimi heç bir ara keçid 
formasının olmadığının tərəfdarıdır.
Maykl Denton da molekulyar biologiya sahəsində əldə edilən tapıntılara 
əsaslanaraq belə şərh verir:
Molekulyar səviyyədə hər canlı sinfi özünəməxsusdur, fərqlidir və digərləri 
ilə  əlaqəsi  yoxdur.  Ona  görə,  molekullar  eynilə  fosillər  kimi  təkamülçü 
biologiya tərəfindən uzun müddət axtarılan nəzəri ara keçidlərin olmadığını 
göstərmişdir... Molekulyar səviyyədə heç bir orqanizm digərinin “əcdadı” 
deyil, digərindən daha “ibtidai” və ya “təkmil” də deyil... Əgər bu molekulyar 
dəlillər bundan bir əsr əvvəl əldə olsaydı... üzvi təkamül düşüncəsi heç vaxt 
qəbul edilməyəcəkdi.
301
“Həyat ağacı” məhv olmağa məhkumdur
1990-cı  illərdə  canlıların  genetik  şifrələri  haqqında  aparılan  tədqiqatlar 
təkamül  nəzəriyyəsinin  bu  sahədə  düşdüyü  çıxılmaz  vəziyyəti  bir  az  da 
dərinləşdirdi. Bu tədqiqatlarda daha əvvəl təkcə zülal düzülüşləri üzərində 
aparılan müqayisələr əvəzinə “ribosomal rRNT (RNT)” düzülüşləri müqayisə 
edilmiş  və  buna  əsaslanaraq  “təkamül  ağacı”  qurmaq  istəmişdilər.  Amma 
təkamülçülər nəticələr qarşısında ümidsizliyə düşmüşdülər.
Fransız  bioloqlar  Herve  Filip  və  Patrik  Forterin  1999-cu  il  tarixli 
məqalələrində yazdıqlarına əsasən “Sekanslar (DNT düzülüşləri) əldə edildikcə 
bir çox zülalın bir çox zülal filogeniyasının bir-biri ilə və eyni zamanda rRNT 
ağacı ilə ziddiyyət təşkil etdiyi üzə çıxmışdır”.
302
“rRNT” müqayisələri ilə bərabər canlıların genlərindəki DNT şifrələri də 
müqayisə  edilmiş,  amma  yenə  təkamül  nəzəriyyəsinin  irəli  sürdüyü  “həyat 
ağacı”na zidd olan nəticələr ortaya çıxmışdır. Molekulyar bioloqlar olan Ceyms 
Leyk,  Reyvi  Ceyn  və  Mariya  Rivera  1999-cu  ildəki  məqalələrində  bunu  belə 
açıqlayırlar:
Elm adamları müxtəlif canlıların müxtəlif genlərini təhlil etməyə başladılar 
və onların bir-biri ilə olan əlaqələrinin rRNT təhlilinə əsasən qurulmuş təkamül 
həyat ağacı ilə ziddiyyət təşkil etdiyi məlum oldu.
303
Nəticədə nə zülallar, nə rRNT, nə də genlər üzərində aparılan müqayisələr 
downloaded from KitabYurdu.org


HOMOLOGİYA XƏTASI
229
təkamül  nəzəriyyəsinin  fərziyyələrini  təsdiqləyir.  İllinoys  Universitetindən 
məşhur  bioloq  Karl  Vus  “filogeniya”  (təkamül  qohumluğu)  anlayışının 
molekulyar kəşflər nəticəsində əhəmiyyətini itirdiyini belə qəbul edir:
İndiyə qədər qurulan bir çox fərdi zülal filogeniyalarından heç bir əhəmiyyətli 
canlı  filogeniyası  meydana  gəlməmişdir.  Filogenetik  uyğunsuzluqlar 
təkamül  nəsil  ağacının  hər  yerində  var,  köklərindən  əsas  budaqlarına  və 
əsas qrupların əmələ gətirən qrupların öz aralarında belə.
304
Molekulyar  müqayisələrin  təkamül  nəzəriyyəsi  lehinə  deyil,  əleyhinə 
nəticələr verməsi 1999-cu ildə “Elm” (Science) jurnalında dərc olunan “Həyat 
ağacını kökündən qoparmağın vaxtıdırmı?” (İs it time to uproot the tree of life?) 
başlıqlı  məqalədə  də  qəbul  edilmişdir.  Elizabet  Pennisi  tərəfindən  yazılmış 
məqalədə darvinist bioloqların “təkamül ağacını” əsaslandırmaq üçün həyata 
keçirdikləri  genetik  təhlil  və  müqayisələrin  tam  əksi  yöndə  nəticə  verdiyi 
bildirilmiş, “yeni faktların təkamül mənzərəsini qaraltdığı” ifadə edilmişdir:
Bir il əvvəl bir düjindən çox mikroorqanizmin yeni düzülmüş genomlarını 
təhlil  edən  bioloqlar  bu  məlumatların  həyatın  erkən  dövrlərinin  tarixi 
haqqında qəbul edilmiş fikirləri dəstəkləyəcəyini ümid etmişdilər. Amma 
gördükləri şey onları heyrətə saldı. O an mövcud olan genomların müqayisə 
edilməsi canlıların böyük qruplarının necə ortaya çıxdığına dair mənzərəni 
işıqlandırmadığı kimi onu bir az da qarışdırdı. İndi əldə olan 8 yeni mikrobial 
düzülüşlə birlikdə vəziyyət daha da qarışıqdır...
Bir  çox  təkamülçü  bioloq  həyatın  başlanğıcını  üç  əsas  aləmdə  tapa 
Zülallar, rRNT və genlər üzərində aparı-
lan  müqayisələr  təkamül  nəzəriyyəsinə 
görə yaxın qohum hesab edilən canlıların  
əslində bir-birlərindən cox uzaq olduqla-
rını göstərmişdir. Məsələn, müxtəlif təd-
qiqatlar  dovşanları  gəmiricilərlə  deyil 
priatlarla və inəkləri atlarla deyil balina-
larla eyni qrupda çıxarmışdır.
downloaded from KitabYurdu.org


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə