3 downloaded from KitabYurdu org M ü Ə L l I f V ə Ə s ə r L ə r I h a q q I n d a



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə77/109
tarix21.04.2018
ölçüsü5,03 Kb.
#39613
1   ...   73   74   75   76   77   78   79   80   ...   109

İMMUNİTET, «RUDİNMENT ORQANLAR» və EMBRİOLOGİYA
233
arasındakı molekulyar cütləşməni pozur.
309
Spetner  bu  hadisəni  “Təsadüfən  deyil”  (Not  by  chance)  adlı 
kitabında  qıfıl-açar  əlaqəsinin  pozulmasına  bənzədir.  Streptomisin  bir 
qıfıla  tamamilə  uyğun  gələn  bir  açar  kimi  bakteriyaların  ribosomuna 
yapışır  və  bu  ribosomu  təsirsiz  hala  salır.  Mutasiya  isə  ribosomun 
formasını pozur və bu təqdirdə Streptomisin ribosoma yapışa bilmir. Bu, 
“bakteriya streptomisinə qarşı immunitet qazandı” kimi izah edilsə də, 
əslində bakteriya üçün qazanc deyil, itkidir. Spetner sözünə belə davam 
edir:
Məlum  olur  ki,  (ribosomun  quruluşundakı)  bu  pozulma  bir 
xüsusiyyətin  azalması,  yəni  bir  məlumat  itkisidir.  İş  də  burasındadır 
ki, (təkamül) bu cür mutasiyalarla baş vermir, bu mutasiyalar nə qədər 
çox olsa da. Təkamülün xüsusiyyəti azaldan mutasiyalarla baş verməsi 
mümkün deyil...
310
Mövzunun xülasəsi belədir: bakteriyanın ribosomuna təsir edən bir 
mutasiya bu bakteriyanı streptomisinə qarşı müqavimətli edir. Amma 
bunun  səbəbi  mutasiyanın  ribosomu  “pozmasıdır”.  Yəni  bakteriyaya 
genetik  məlumat  əlavə  edilmir.  Əksinə,  ribosomun  forması  pozulur, 
əslində bir növ bakteriya “şikəst” olur. (Belə ki, bu mutasiyanı keçirən 
Bakteriyalar  müqavimət  genlərini  bir-birlərinə  ötürməklə  antibiotiklərə  qarşı 
qısa  zamanda immunitet qazanırlar. Üstdə E. coli bakteriyalarının əmələ gətirdiyi 
populyasiya görünür.
downloaded from KitabYurdu.org


HƏYATIN GERÇƏK MƏNŞƏYİ
234
bakteriyaların ribosomunun normal bakteriyalara nisbətən daha faydasız 
olduğu müəyyən edilmişdir). Bu “şikəstlik” ribosoma yapışacaq quruluşa 
malik olan antibiotikə mane olduğu üçün “antibiotikə qarşı müqavimət” 
əmələ gəlir.
Nəticədə  ortaya  “genetik  məlumatı  təkmilləşdirən”  mutasiya 
nümunəsi  çıxmır.  Antibiotikə  qarşı  müqaviməti  təkamülə  dəlil  kimi 
göstərmək istəyən təkamülçülər mövzunu çox səthi şəkildə dəyərləndirir 
və yanılırlar.
Eyni  vəziyyət  DDT  və  buna  bənzər  kimyəvi  maddələrə  qarşı 
həşəratlarda  əmələ  gələn  immunitetə  də  aiddir.  Bu  immunitet 
nümunələrinin çoxunda əvvəlcədən mövcud olan immunitet genlərindən 
istifadə edilir. Təkamülçü bioloq Fransisko Ayala: “Həşərat zəhərlərinin 
ən təsirli növlərinə qarşı immunitet bu süni maddələr həşəratlara tətbiq 
edildikdə  o  həşərat  növünün  müxtəlif  genetik  variasiyalarında  açıq 
şəkildə mövcud idi”, - deyərək bu həqiqəti qəbul edir.
311
 Mutasiya ilə 
açıqlanan digər bəzi nümunələr isə eynilə yuxarıda izah edilən ribosom 
mutasiyasında olduğu kimi həşəratlarda “genetik məlumat itkisinə” yol 
açan faktlardır. 
Bu  halda,  bakteriya  və  həşəratlarda  immunitet  mexanizmlərinn 
təkamül nəzəriyyəsinə dəlil olduğu irəli sürülə bilməz. Çünki təkamül 
nəzəriyyəsi  canlıların  mutasiyalar  yolu  ilə  inkişaf  etdiyi  iddiasına 
əsaslanır. Spetner nə antibiotikə qarşı immunitetin, nə də başqa bioloji 
faktın bu cür mutasiyaya nümunə olmadığını belə açıqlanır:
Makrotəkamülün  ehtiyacı  olan  mutasiyalar  heç  vaxt  müşahidə 
edilməmişdir.  Neodarvinist  nəzəriyyənin  ehtiyacı  olan  təsadüfi 
mutasiyaları  təmsil  edən,  molekulyar  səviyyədə  təhlil  edilmiş  heç  bir 
mutasiyanın genetik məlumat əlavə etdiyi müşahidə edilməmişdir. Sual: 
“müşahidə edilmiş mutasiyalar nəzəriyyəyə dəlil olan mutasiyalardır?” 
Cavab: “Xeyr”.
312
Rudiment orqanlar xətası
Təkamülçü ədəbiyyatda uzun müddət yer alan, amma əsassızlığı məlum 
olduqdan sonra səssiz-sədasız bir kənara qoyulan iddialardan biri də “rudiment 
orqanlar” anlayışıdır. Ancaq bəzi yerli təkamülçülər “rudiment orqanları” hələ 
də təkamülün böyük dəlili hesab edir və elə göstərməyə çalışırlar. 
Rudiment orqanlar iddiası bundan bir əsr əvvəl irəli sürülmüşdü. İddiaya 
əsasən,  canlıların  orqanizmlərində  əcdadlarından  onlara  miras  qalmış, 
ancaq  istifadə  edilmədiyi  üçün  zaman  ərzində  funksiyasını  itirmiş  orqanlar 
mövcuddur.
downloaded from KitabYurdu.org


İMMUNİTET, «RUDİNMENT ORQANLAR» və EMBRİOLOGİYA
235
Bu əsla elmi iddia deyildi, çünki məlumat çatışmazlığından qaynaqlanırdı. 
“Funksiyasını  itirmiş  orqanlar”  əslində  “funksiyası  müəyyən  edilməmiş” 
orqanlar idi. Bunun ən yaxşı göstəricisi də təkamülçülər tərəfindən sadalanan 
uzun  “rudiment  orqanlar”  siyahısının  getdikcə  qısalması  oldu.  Özü  də  bir 
təkamülçü  olan  S.R.Skedinq  “Təkamül  nəzəriyyəsi”  (Evolutionary  theory) 
jurnalında  dərc  etdirdiyi  “Rudiment  orqanlar  təkamülə  dəlildirmi?”  başlıqlı 
məqaləsində bu həqiqəti belə qəbul edir:
(Biologiya  haqqında)  məlumatımız  artdıqca  rudiment  orqanlar  siyahısı 
da  getdikcə  qısaldı...  Bir  orqanın 
funksiyasız 
olduğunu 
müəyyən 
etmək  mümkün  olmadığına  və 
onsuz  da  rudiment  orqanlar  iddiası 
elmi  xüsusiyyət  daşımadığına  görə, 
“rudiment 
orqanların” 
təkamül 
nəzəriyyəsi lehinə hər hansı dəlil təşkil 
etmədiyi nəticəsinə gəlmişəm.
313
Alman  anatomiyaçısı  R.Viderşeym 
tərəfindən  1895-ci  ildə  ortaya  atılan 
“rudiment  insan  orqanları”  siyahısı 
appendiks, büzdüm sümüyü kimi təxminən 
100  orqandan  ibarət  idi.  (Appendiks, 
əsasən, “apendisit” kimi tanınan orqandır. 
Dilimizdə  səhvən  “appendisit”  tələffüz 
edilən bu söz əslində bu orqanın infeksiyaya 
uğramasına  verilən  addır).  Ancaq  elm 
inkişaf  etdikcə  Viderşeymin  siyahısındakı 
orqanların  hamısının  orqanizmdə  çox 
mühüm  funksiya  yerinə  yetirdiyi  məlum 
oldu.  Məsələn,  “rudiment  orqan”  hesab 
edilən  appendiksin  əslində  orqanizmə 
daxil  olan  mikroblara  qarşı  mübarizə 
aparan limfa sisteminin bir hissəsi olduğu müəyyən edildi. Bu həqiqət 1997-ci il 
tarixli bir tibbi mənbədə belə bildirilir:
Orqanizmdəki  qalxanabənzər  vəz,  dalaq,  appendiks,  sümük  iliyi  kimi 
orqanlar  limfa  sisteminin  hissələridir.  Onlar  da  orqanizmin  infeksiya  ilə 
mübarizə aparmasına kömək edirlər.
314
Eyni “rudiment orqanlar” siyahısına daxil edilmiş badamcıqların da boğazı 
xüsusilə  yetkinlik  yaşına  qədər  infeksiyalara  qarşı  qorumaqda  mühüm  rol 
oynadığı məlum oldu. Onurğa sümüyünün son hissəsi olan büzdüm sümüyünün 
Rudiment  orqanlar  əfsanəsinin 
əsassızlığı  haqqında  elmi  çalışma: 
“Rudiment  orqanlar”  tamamilə 
funksionaldır.
downloaded from KitabYurdu.org


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə