3 downloaded from KitabYurdu org M ü Ə L l I f V ə Ə s ə r L ə r I h a q q I n d a



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə76/109
tarix21.04.2018
ölçüsü5,03 Kb.
#39613
1   ...   72   73   74   75   76   77   78   79   ...   109

HƏYATIN GERÇƏK MƏNŞƏYİ
230
biləcəklərini  düşünürdülər...  Bütöv  DNT  düzülüşləri  başqa  cür  genlərin 
müqayisə edilməsinin yolunu açdıqda tədqiqatçılar asanlıqla bu ağaca daha 
çox detal əlavə edəcəklərinə ümid edirdilər. Amma “heç nə həqiqətən bu 
qədər qeyri-mümkün ola bilməzdi” Rokvil Merilenddəki Genom Tədqiqatı 
İnstitutunun rəhbəri Kler Freyzer deyir. Əksinə, (genetik) müqayisələr həm 
rRNT ağacı ilə, həm də bir-birləri ilə ziddiyyət təşkil edən bir çox müxtəif 
həyat ağacı versiyasını ortaya çıxardı.
305
Qısaca desək, molekulyar biologiya inkişaf etdikcə homologiya məfhumu 
da daha çox mənasını itirir. Zülallar rRNT və ya genlər arasındakı müqayisələr 
təkamül nəzəriyyəsinə əsasən bir-birinin yaxın qohumu hesab edilən canlıları 
bir-birindən çox uzaqlaşdırır. 1996-cı ildə 88 zülalın düzülüşü üzərində aparılan 
müqayisələr dovşanları gəmiricilər əvəzinə primatlara yaxınlaşdırmışdır. 1998-
ci ildə 19 müxtəlif heyvan növünün 13 geni üzərində aparılan təhlillər dəniz 
kirpilərini (heç bir təkamül əlaqələri iddia edilməyən) xordalılar şöbəsinə yaxın 
göstərmişdir.  1998-ci  ildə  12  müxtəlif  zülal  əsasında  aparılan  müqayisələr 
inəkləri balinalara atlardan daha yaxın çıxarmışdır.
Canlılar  molekulyar  səviyyədə  təhlil  edildikcə  təkamül  nəzəriyyəsinin 
homologiya  fərziyyələri  bir-bir  məhv  olur.  Amerikalı  molekulyar  bioloq 
Conatan Uelz 2000-ci ildəki vəziyyəti belə xülasə edir:
Müxtəlif  molekullara  əsasən  qurulmuş  ağaclardakı  uyğunsuzluqlar  və 
molekulyar təhlillər nəticəsində üzə çıxan qəribə nəticələr artıq molekulyar 
filogeniyanı böhrana sürükləmişdir.
306
Bəs bu halda, canlılardakı bənzər formaların elmi açıqlaması necədir? Bu 
sualın  cavabı  Darvinin  təkamül  nəzəriyyəsi  elm  dünyasına  hakim  olmadan 
əvvəl verilmişdir. Canlılardakı oxşar orqanları ilk dəfə gündəmə gətirən Karl 
Linney  və  ya  Riçard  Ouen  kimi  elm  adamları  bu  orqanları  “ortaq  yaradılış” 
nümunəsi  hesab  etmişlər.  Yəni  oxşar  orqanlar  və  ya  bənzər  genlər  ortaq 
əcdaddan təsadüfən təkamüllə törədikləri üçün deyil, müəyyən bir funksiyanı 
yerinə yetirmək üçün yaradıldıqları üçün bənzərdir. 
Müasir elmi kəşflər isə oxşar orqanlarla bağlı irəli sürülən “ortaq əcdad” 
iddiasının əsassız olduğunu və yeganə açıqlamanın sözügedən “ortaq yaradılış” 
olduğunu göstərir.
downloaded from KitabYurdu.org


231
İ
MMUNİTET, “RUDİMENT ORQANLAR” 
    VƏ EMBRİOLOGİYA
Ə
vvəlki  bölmələrdə  təkamül  nəzəriyyəsinin  paleontologiya  və 
molekulyar  biologiya  sahələrində  qarşılaşdığı  ziddiyyətləri  və 
düşdüyü  çıxılmaz  vəziyyətləri  elmi  dəlillər  və  kəşflər  əsasında 
təhlil  etdik.  Bu  bölmədə  isə  təkamülçü  mənbələrdə  nəzəriyyəyə 
dəlil kimi göstərilən bəzi bioloji faktlardan bəhs edəcəyik. Bu faktlar əslində 
təkamül nəzəriyyəsini dəstəkləyən heç bir elmi kəşfin olmadığını göstərir.
Bakteriyaların antibiotiklərə qarşı müqaviməti
Təkamülçülərin nəzəriyyələrinə dəlil kimi göstərməyə çalışdıqları bioloji 
faktlardan  biri  bakteriyaların  antibiotiklərə  qarşı  müqavimətidir.  Təkamül 
nəzəriyyəsini  dəstəkləyən  bir  çox  mənbə  antibiotiklərə  qarşı  müqaviməti 
“faydalı  mutasiyaların  canlıları  təkmilləşdirdiyinə  nümunə”  kimi  göstərir. 
Buna bənzər bir iddia DDT kimi dərman vasitələrinə qarşı immunitet qazanan 
həşəratlar haqqında da irəli sürülür.
Halbuki bu məsələdə də təkamülçülər yanılırlar.
Antibiotiklər bəzi mikroorqanizmlər tərəfindən digər mikroorqanizmlərə 
qarşı  mübarizə  aparmaq  üçün  hazırlanan  “öldürücü  molekullardır”.  İlk 
antibiotik  1928-ci  ildə Aleksandr  Fleminq  tərəfindən  kəşf  edilən  penisilindir. 
Fleminq  kif  göbələyinin  stafilakokk  (Staphylococcus)  bakteriyasını  öldürən 
molekul  hazırladığını  aşkar  etmiş  və  bu  kəşf  tibb  dünyasında  yeni  cığır 
açmışdır. Mikroorqanizmlərdən götürülən antibiotiklər müxtəlif bakteriyalara 
qarşı  istifadə  edilmiş  və  uğurlu  nəticələr  əldə  edilmişdir. Ancaq  bir  müddət 
sonra  məlum  olmuşdur  ki,  bakteriyalar  antibiotiklərə  qarşı  zaman  ərzində 
immunitet qazanırlar. Bunun mexanizmi isə belə işləyir: antibiotikə məruz qalan 
bakteriyaların böyük hissəsi ölür, amma bəziləri bu antibiotikdən təsirlənmir və 
bunlar  sürətlə  çoxalaraq  bütöv  populyasiya  əmələ  gətirirlər.  Beləliklə,  bütün 
populyasiya antibiotikə qarşı müqavimətlı olur.
Təkamülçülər  isə  bu  faktı  “bakteriyaların  şərtlərə  uyğunlaşaraq  təkamül 
downloaded from KitabYurdu.org


HƏYATIN GERÇƏK MƏNŞƏYİ
232
keçirməsi” kimi göstərməyə cəhd edirlər.
Halbuki  məsələ  bu  səthi  təkamülçü  dəyərləndirmədən  çox  fərqlidir.  Bu 
mövzuda  ən  ətraflı  elmi  fəaliyyət  göstərən  şəxslərdən  biri  1997-ci  ildə  nəşr 
olunmuş “Təsadüfən deyil” (Not by chance) adlı kitabı ilə tanınan israilli biofizik 
prof.  Li  Spetnerdir.  Spetner  bakteriya  immunitetinin  iki  fərqli  mexanizmlə 
təmin edildiyini, amma bunların ikisinin də təkamül nəzəriyyəsinə heç bir dəlil 
olmadığını izah edir. Bu iki mexanizm:
1) Bakteriyalarda  əvvəlcədən  mövcud  olan  müqavimət  genlərinin 
ötürülməsi və 
2) Mutasiya  nəticəsində  genetik  məlumat  itkisinə  uğrayan  bakteriyaların 
antibiotikə qarşı müqavimət qazanmasıdır.
Spetner  2001-ci  il  tarixli  bir  məqaləsində  ilk  mexanizmi  belə  izah 
edir:
Bəzi  mikroorqanizmlər  antibiotiklərə  müqavimət  göstərən  genlərə 
malikdirlər.  Bu  immunitet  antibiotik  molekulunun  formasını  pozma  və 
ya  onu  hüceyrədən  kənara  atma  sayəsində  baş  verir.  Bu  genlərə  malik 
olan orqanizmlər bunu digər bakteriyalara ötürərək onlara da immunitet 
qazandıra bilirlər. İmmunitet mexanizmi müəyyən antibiotikə istiqamətlənsə 
də, bir çox patogenik bakteriya fərqli gen dəstləri qazanır.
307
Prof. Spetner bunun “təkamülə dəlil” olmadığını isə belə açıqlayır:
Antibiotikə  qarşı  müqavimətin  bu  şəkildə  əldə  edilməsi...  təkamül  üçün 
dəlil təşkil etməsi gözlənilən mutasiyalar üçün nümunə deyil. Nəzəriyyəyə 
(təkamül)  dəlil  göstərilən  mutasiyalar  bakteriyanın  genomuna  məlumat 
əlavə  edən  genetik  dəyişikliklər  deyil,  bu  dəyişikliklər  eyni  zamanda 
bütün  biokosma  (bioloji  aləmə)  məlumat  əlavə  etməlidir.  Genlərin  üfüqi 
ötürülməsi ancaq bəzi növlərdə mövcud olan məlumatı yayır.
308
Yəni  təkamül  yoxdur,  çünki  yeni  genetik  məlumat  ortaya  çıxmır, 
sadəcə  əvvəlcədən  mövcud  olan  bir  genetik  məlumat  bakteriyalar 
arasında ötürülür.
İmmunitetin  ikinci  növü,  yəni  mutasiya  nəticəsində  üzə  çıxan 
immunitet də təkamülə dəlil deyil. Spetner bu mövzunu belə açıqlayır:
Bəzən də bir mikroorqanizm bircə nukleotidin (DNT pilləsinin) təsadüfən 
yerini  dəyişdirməsi  nəticəsində  antibiotikə  qarşı  immunitet  qazanır... 
Məsələn, ilk dəfə Uoksman və Albert Şatz tərəfindən kəşf edilən, 1944-cü ildə 
xəbər verilən Streptomisin (Streptomycin) bakteriyaların bu yolla immunitet 
qazandığı  bir  bakteriyadır.  Amma  keçirdikləri  mutasiya  Streptomisin 
üçün yararlı olsa da, yenə də bu neo-darvinist nəzəriyyənin ehtiyacı olan 
mutasiya  növü  deyil.  Streptomisinə  immunitet  qazandıran  mutasiyanın 
təsiri ribosomda ortaya çıxır və bu mutasiya antibiotik molekulu ilə ribosom 
downloaded from KitabYurdu.org


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə