3 downloaded from KitabYurdu org M ü Ə L l I f V ə Ə s ə r L ə r I h a q q I n d a



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə84/109
tarix21.04.2018
ölçüsü5,03 Kb.
#39613
1   ...   80   81   82   83   84   85   86   87   ...   109

HƏYATIN GERÇƏK MƏNŞƏYİ
254
Çiçəkli bitkilərin  mənşəyi
Quruda  yaşayan  bitkilərin  fosil  tarixi  və  quruluş  xüsusiyyətlərini  təhlil 
etdikdə isə yenə də qarşımıza təkamül nəzəriyyəsinin fərziyyələrinə heç uyğun 
gəlməyən mənzərə çıxır. Demək olar ki, hər biologiya kitabında qarşılaşacağınız 
“bitkilərin təkamül ağacı”nın bir budağını belə təsdiqləyən bitki fosili yoxdur. 
Bir çox bitki fosil qeydlərində bütöv qalıqlara malikdir, amma bu qalıqların heç 
biri bir növdən digər növə keçid forması xüsusiyyəti daşımır. Hamısı xüsusi və 
orijinal şəkildə yaradılmış, ayrı-ayrı növlərdir və bir-biriləri arasında hər hansı 
təkamül əlaqəsi yoxdur. Təkamülçü paleontoloq E.K.Olsonun qəbul etdiyi kimi, 
“bir çox yeni bitki qrupu ani şəkildə üzə çıxır və onlara yaxın heç bir əcdadları 
yoxdur”.
342
Miçiqan Universitetində fosil bitkiləri üzərində tədqiqatlar aparan botanik 
Çester A.Arnold belə şərh verir:
Uzun  müddət  boyu  nəsli  kəsilmiş  bitkilərin  hal-hazırda  yaşayanlarının 
keçirdiyi  inkişaf  mərhələlərinin  ortaya  çıxacağı  ümid  edilmişdir.  Ancaq 
açıq şəkildə qəbul edilməlidir ki, bu gözləmə sadəcə çox məhdud dərəcəyə 
qədər  reallaşmışdır.  Halbuki  paleobotaniki  tədqiqatlar  bir  əsrdən  artıq 
davam edir.
343
Arnold  paleobotanikanın  (bitkiləri  öyrənən  paleontologiyanın)  təkamülü 
dəstəkləyən  nəticə  üzə  çıxarmadığını:  “İndiyə  qədər  dövrümüzə  aid  heç 
bir  bitkinin  başlanğıcından  bu  günə  qədər  olan  təkamül  qohumluğu  tarixini 
izləmək imkanımız olmamışdır”, - deyərək qəbul edir.
344
Bitkilərin təkamül iddiasını ən açıq şəkildə təkzib edən fosil tapıntıları çiçəkli 
bitkilərə  aiddir.  Çiçəkli  bitkilər  43  ayrı  ailəyə  bölünmüşlər  və  bu  43  fərqli 
ailənin hər biri də arxada heç bir ibtidai “ara keçid forma” izi qoymadan fosil 
qeydlərində ani şəkildə üzə çıxır. Bu həqiqət XIX əsrdə də məlum olmuş və 
hətta bu səbəbdən, Darvin çiçəkli bitkilərin mənşəyini “narahatlıq verən sirr” 
adlandırmışdır. Darvinin dövründən bəri aparılan bütün tədqiqatlar isə sadəcə 
bu  sirrin  “narahatlıq  verən”  dozasını  artırmışdır.  Təkamülçü  paleobotanik 
N.F.Hyus  “Çiçəkli  bitkilərin  mənşəyinin  paleobiologiyası”  (Paleobiology  of 
angiosperm origins) adlı kitabında belə etiraf edir:
Qurudakı  bitkilərin  ən  dominant  qrupu  olan  çiçəkli  bitkilərin    təkamül 
mənşəyi  elm  adamlarını  XIX  əsrin  ortalarından  bəri  təəccübləndirir... 
Detallardakı bir neçə istisnadan başqa bu suala qənaətbəxş cavab tapılmır 
və nəticədə bir çox bioloq bu problemin fosil qeydləri ilə həll olunmasının 
qeyri-mümkün olduğu nəticəsinə gəlmişdir.
345
Başqa bir paleobotanik C.B.Bek isə belə yazır:
Əslində çiçəkli bitkilərin mənşəyi və təkamülü haqqındakı sirr bu gün də 
downloaded from KitabYurdu.org


BİTKİLƏRİN MƏNŞƏYİ
255
Darvinin 1879-cu ildə bu problemi vurğuladığı zaman olduğu qədər böyük 
və  təsirlidir...  Verəcəyimiz  qəti  cavab  yoxdur,  çünki  gəldiyimiz  nəticələr 
daima dolayı dəlillərə əsaslanır və təbii ki, olduqca şübhəlidir.
Daniel Akselrod isə “Təkamül tarixində çiçəkli bitkilərin təkamülü” (The 
evolution  of  flowering  plants,  in  the  evolution  life)  adlı  kitabında  çiçəkli 
bitkilərin mənşəyi haqqında belə şərh verir:
Çiçəkli bitkiləri əmələ gətirən ibtidai qrup fosil qeydlərində hələ müəyyən 
edilməmişdir və yaşayan heç bir çiçəkli bitki bu cür əlaqəyə işarə etmir.
346
Bütün bunların bizə göstərdiyi bir nəticə var: bütün canlılar kimi bitkilər 
də  yaradılmışlar.  İlk  dəfə  üzə  çıxdıqları  andan  etibarən  bütün  mexanizmləri 
tam  şəkildə  mövcuddur.  Təkamülçü  ədəbiyyatda  işlədilən  “zaman  ərzində 
inkişaf,  təsadüfi  dəyişikliklər,  ehtiyaclar  nəticəsində  üzə  çıxan  adaptasiyalar 
(uyğunlaşmalar)” kimi terminlər heç bir həqiqətə əsaslanmır və elmi mənaları 
yoxdur.
Karbonifer  dövrünə  aid  bu 
ayıdöşəyi  otu  fosili  Fasda 
Yerada  bölgəsində  tapılıb. 
Maraqlı olan 320 milyon 
il  yaşında  olan  bu 
fosil  dövrümüzdəki 
ayıdöşəyi otlarından 
fərqlənmir.
downloaded from KitabYurdu.org


256
S
ADƏLƏŞDİRİLMƏZ
  
KOMPLEKSLİK
D
arvinist  nəzəriyyəni  elmi  kəşflər  qarşısında  sorğu-sual  edərkən 
müraciət  edilməli  ən  əsas  mənbələrdən  biri,  şübhəsiz,  Darvinin 
özünün qoyduğu ölçülərdir. Darvin nəzəriyyəsini irəli sürərkən bu 
nəzəriyyənin necə təkzib ediləcəyinə dair bəzi konkret ölçülər də 
qoymuşdur. “Növlərin mənşəyi”  kitabında bir çox yerdə: “Əgər nəzəriyyəm 
doğrudursa”,  -  deyə  başlayan  abzaslar  var  və  Darvin  bu  abzaslarda 
nəzəriyyəsinin tələb etdiyi tapıntıları tərif edir.
Darvinin:  “əgər  nəzəriyyəm  doğrudursa”,  -  deyə  başlayan  sözügedən 
ölçülərin  əsas  hissəsi  fosillərlə  və  “ara  formalarla”  bağlıdır.  Darvinin  bu 
yöndə olan fərziyyələrinin həqiqətə çevrilmədiyini, əksinə fosil qeydlərinin 
darvinizmin tam əksi olan nəticə ortaya qoyduğunu əvvəlki bölmələrdə təhlil 
etdik.
Bununla belə, Darvin bizə nəzəriyyəsini yoxlamaq üçün çox mühüm ölçü 
də vermişdir. Belə ki, bu ölçü Darvinin nəzəriyyəsini “tamamilə məhv edəcək” 
qədər konkretdir. Darvin belə yazmışdır:
Əgər  bir-birini  təqib  edən  çox  sayda  kiçik  dəyişikliklə  kompleks 
bir  orqanın  əmələ  gəlməsinin  qeyri-mümkün  olduğu  sübut  edilsə, 
nəzəriyyəm  tamamilə  çökəcəkdir.  Amma  mən  belə  bir  orqan  görə 
bilmirəm.
347
Darvinin  burada  nəyi  nəzərdə tutduğunu  araşdırmaq  lazımdır.  Məlum 
olduğu kimi, darvinizm canlıların mənşəyini iki şüursuz təbii mexanizm ilə 
açıqlayır: təbii seçmə və təsadüfi dəyişikliklər. (Yəni mutasiyalar). Darvinist 
nəzəriyyəyə əsasən, bu iki mexanizm canlı hüceyrəsinin kompleks quruluşunu, 
kompleks  canlıların  orqanizmlərini,  gözlərini,  qulaqlarını,  qanadlarını, 
ağciyərlərini, yarasaların radarını və hələ milyonlarla kompleks dizayna malik 
sistemi meydana gətirmişdir.
Bəs necə olur ki, kompleks quruluşa malik olan bu sistemlər iki şüursuz 
downloaded from KitabYurdu.org


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə