3 downloaded from KitabYurdu org M ü Ə L l I f V ə Ə s ə r L ə r I h a q q I n d a



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə81/109
tarix21.04.2018
ölçüsü5,03 Kb.
#39613
1   ...   77   78   79   80   81   82   83   84   ...   109

HƏYATIN GERÇƏK MƏNŞƏYİ
246
ayrı-ayrı şifrələnmişdir.
7)  Bəzi  bakteriya  növləri  fotosintetikdir,  yəni  fotosintez  edirlər.  Ancaq 
bitkilərdən  fərqli  olaraq  bakteriyalar  hidrogen  sulfid  ilə  sudan  çox  başqa 
birləşmələri  parçalayır  və  oksigen  xaric  etmirlər.  Bundan  əlavə,  fotosintetik 
bakteriyalarda  (məsələn,  Cyano  bakteriyasında)  xlorofil  və  fotosintetik 
piqmentlər xloropalstın içində yerləşmirlər. Bunlar hüceyrənin içində müxtəlif 
qılafların içində yayılmışlar.
8) Bakteriya hüceyrəsi ilə bitki/heyvan hüceyrəsindəki xəbərçi RNT-lərin 
biokimyəvi quruluşları bir-birlərindən olduqca fərqlidir.
327
Hüceyrənin  yaşamasında  xəbərçi  RNT  olduqca  həyati  funksiya  daşıyır. 
Ancaq  xəbərçi  RNT  həm  eukariot,  həm  də  prokariot  hüceyrələrində  eyni 
həyati funksiyanı yerinə yetirməsinə baxmayaraq, biokimyəvi quruluşları bir-
birlərindən fərqlidir. “Elm” (Science) jurnalında dərc olunan bir məqaləsində 
Darnel bu mövzu ilə bağlı belə yazır:
Xəbərçi  RNT-nin  quruluşunda  biokimyəvi  cəhətdən  eukariotlar  və 
prokariotlar  müqayisə  edildikdə  fərq  o  qədər  böyükdür  ki,  prokariot 
hüceyrədən eukariot hüceyrəyə təkamül prosesi mümkün deyil.
328
Yuxarıda  bir  neçə  nümunəsini  verdiyimiz  bakteriya  və  bitki  hüceyrələri 
arasındakı  böyük  quruluş  fərqləri  təkamülçü  bioloqları  dərin  çıxılmaz 
vəziyyətə salmışdır. Bəzi batkeriyaların və bitki hüceyrələrinin malik olduğu 
ortaq  cəhətlərin  olmasına  baxmayaraq,  bu  canlılar  bir-birlərindən  olduqca 
fərqlidir. Bu fərqlər və heç bir funksional “ara formanın” mövcud olmaması 
bitki  hüceyrəsinin  bakteriya  hüceyrəsindən  təkamüllə  törədiyi  iddiasını  elmi 
cəhətdən əsassız edir.
Belə ki, prof. Əli Dəmirsoy: “Mürəkkəb hüceyrələr əsla ibtidai hüceyrələrdən 
təkamül  prosesi  nəticəsində  təkmilləşərək  meydana  gəlməmişdir”,  -  deyərək 
bu həqiqəti qəbul edir.
329
Endosimbioz tezisi və əsassızlığı
Bitki  hüceyrəsinn  bakteriya  hüceyrəsindən  təkamüllə  törəməsinin 
mümkün olmaması təkamülçü bioloqları bu mövzuda fərziyyəvi nəzəriyyələr 
uydurmaqdan  çəkindirməmişdir. Ancaq  keçirilən  təcrübələr  ortaya  atılan  bu 
hipotezləri dəstəkləmir.
330
 Bu nzəəriyyələrdən ən məşhuru isə “endosimbioz” 
tezisidir.
Bu tezis 1970-ci ildə Lin Marqulis tərəfindən irəli sürülmüşdür. Marqulis 
bakteriya hüceyrələrinin ortaq və parazit həyat tərzi nəticəsində bitki və heyvan 
hüceyrələrinə çevrildiklərini iddia edir. Bu tezisə əsasən, bitki hüceyrələri bir 
bakteriya  hüceyrəsinin  başqa  bir  fotosintetik  bakteriyanı  udması  ilə  ortaya 
çıxmışdır.  Fotosintetik  bakteriya  əsas  hüceyrənin  içində  təkamül  keçirərək 
downloaded from KitabYurdu.org


BİTKİLƏRİN MƏNŞƏYİ
247
xloroplasta  çevrilmişdir.  Nəticədə,  əsas  hüceyrədə  nüvə,  Holgi  cihazı, 
endoplazmatik şəbəkə və ribosomlar kimi kompleks quruluşa malik orqanoidlər 
təkamüllə meydana gəlmişdir. Beləliklə, bitki hüceyrələri əmələ gəlmişdir.
Bu  tezis  təxəyyül  məhsulu  olan  bir  ssenaridən  başqa  bir  şey  deyil.  Belə 
ki, mövzu bir çox nüfuzlu elm adamı tərəfindən də tənqid edilmişdir: bu elm 
adamları  arasında  D.Lloyd
331
,  M.Qrey,  U.Dulitl
332
,  R.Raff  və  H.Mahler  kimi 
şəxslər var.
Endosimbioz  tezisi  hüceyrənin  içindəki  xloroplastların  əsas  hüceyrədəki 
DNT-dən ayrı öz DNT-lərinin olmasına əsaslanır. Bu xüsusiyyətə əsaslanaraq 
bir zaman mitoxondri və xloroplastların sərbəst hüceyrə olduqları irəli sürülür. 
Lakin xloroplastlar hərtərəfli şəkildə tədqiq edildikdə bu iddianın əsassızlığı 
üzə çıxır.
Endosimbioz tezisini əsassız edən cəhətlər bunlardır:
1)  Əgər  xloroplastlar  iddia  edildiyi  kimi  keçmişdə  sərbəst  hüceyrələr 
ikən  böyük  hüceyrə  tərəfindən  udulsaydılar,  bunun  yeganə  nəticəsi  olardı: 
xloroplastlar  əsas  hüceyrə  tərəfindən  həzm  olunar  və  qida  kimi  istifadə 
edilərdi. Çünki sözügedən əsas hüceyrənin kənardan qida əvəzinə səhvən bu 
hüceyrələri qəbul etdiyini fərz etsək belə, əsas hüceyrə həzm fermentləri ilə 
bu hüceyrələri həzm edərdi. Təbii ki, bəzi təkamülçülər: “Həzm fermentləri 
yox olmuşdu”, - deyərək bu vəziyyətin üstündən keçə bilərlər. Amma bu açıq 
ziddiyyətdir. Çünki əgər həzm fermentləri yox olubsa, bu dəfə əsas hüceyrə 
qidalana bilmədiyi üçün ölməlidir.
2)  Bütün  namümkünlərin  həyata  keçdiyini  və  xloroplastın  əcdadı 
olduğu iddia edilən hüceyrələrin əsas hüceyrə tərəfindən udulduğunu fərz 
edək.  Bu  dəfə  qarşımıza  başqa  bir  problem  çıxacaq:  hüceyrənin  içindəki 
bütün  orqanoidlərin  planı  DNT-də  şifrə  şəklində  mövcuddur.  Əgər  əsas 
hüceyrə  udduğu  digər  hüceyrələri  orqanoid  kimi  istifadə  edəcəksə,  onlara 
aid  məlumatı  da  DNT-sində  şifrə  şəklində  əvvəlcədən  yerləşdirməlidir. 
Hətta udulan hüceyrələrin DNT-ləri də əsas hüceyrəyə aid məlumata malik 
olmalıdır.  Belə  bir  şey  isə,  əlbəttə,  qeyri-mümkündür,  heç  bir  canlı  özündə 
olmayan bir orqanın genetik məlumatını daşımır. Əsas hüceyrənin DNT-si ilə 
udulan hüceyrələrin DNT-lərinin bir-birlərinə sonradan “uyğunlaşmaları” da 
mümkün deyil.
3)  Hüceyrənin  içində  çox  böyük  ahəng  var.  Xloroplastlar  aid  olduqları 
hüceyrədən azad şəkildə hərəkət etmirlər. Xloroplastlar zülal sintezlənməsində 
əsas  DNT-yə  bağlı  olmaları  ilə  birlikdə  çoxalma  qərarını  da  özləri  verə 
bilməzlər.  Bir  hüceyrədə  bir  xloroplast  və  bir  mitoxondri  yoxdur.  Sayları 
çoxdur.  Eynilə  digər  orqanoidlərin  etdiyi  kimi  bunların  sayları  hüceyrənin 
fəallığına görə artır və ya azalır. Bu orqanoidlərin bazalarında ayrıca bir DNT 
downloaded from KitabYurdu.org


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə