3 downloaded from KitabYurdu org M ü Ə L l I f V ə Ə s ə r L ə r I h a q q I n d a



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə89/109
tarix21.04.2018
ölçüsü5,03 Kb.
#39613
1   ...   85   86   87   88   89   90   91   92   ...   109

HƏYATIN GERÇƏK MƏNŞƏYİ
268
Beləliklə, gücləndirilən səs xarici qulaq yoluna daxil olur. Xarici qulaq yolu 
qulağın  qulaq  seyvanından  qulaq  pərdəsinə  qədər  olan  hissəsidir.  Təxminən 
3,5  sm  uzunluğundakı  xarici  qulaq  yolunun  maraqlı  bir  xüsusiyyəti  daima 
ifraz  edilən  qulaq  seliyidir.  Bu  maye  bakteriyaları  və  həşəratları  qulaqdan 
uzaqlaşdıran  antiseptik  tərkibə  malikdir.  Xarici  qulaq  yolunun  səthindəki 
hüceyrələr  isə  xaricə  doğru  spiral  şəklində  düzülmüşdür.  Bu  sayədə  qulaq 
seliyi daim qulaqdan çölə axır.
Xarici  qulaq  yolundan  bu  şəkildə  keçən  səs  titrəmələri  qulaq  pərdəsinə 
çatır. Qulaq pərdəsi o qədər həssasdır ki,  molekul səviyyəsindəki titrəmələri 
belə hiss edir. Qulaq pərdəsinin bu həssaslığı sayəsində səs-küysüz mühitdə 
sizdən metrlərlə uzaqlıqda pıçıltı ilə danışan insanı asanlıqla eşidə bilirsiniz. İki 
barmağınızı bir-birinə yavaşca sürtərək əmələ gələn səsi belə eşidə bilirsiniz. 
Pərdənin  digər  qeyri-adi  xüsusiyyəti  isə  bir  titrəməni  qəbul  etdikdən  sonra 
dərhal  əvvəlki  normal  vəziyyətinə  düşməsidir. Aparılan  hesablamalar  qulaq 
pərdəsinin  ən  həssas  səs  titrəmələrini  belə  qəbul  etdikdən  sonra  saniyənin 
mində dördü qədər zamandan sonra yenidən hərəkətsiz vəziyyətə düşdüyünü 
göstərir. Əgər bu pərdə dərhal hərəkətsiz vəziyyətə düşməsəydi, eşitdiyimiz 
hər səs qulağımızın içində əks-səda verərdi.
  Qulaq pərdəsi ona çatan titrəmələri gücləndirərək orta qulağa ötürür. Burada 
bir-biri ilə çox həssas tarazlıqda əlaqədar olan üç kiçik sümük var. Zindan, çəkic 
və üzəngi adlanan bu üç sümük pərdədən onlara çatan titrəmələri gücləndirir.
Ancaq orta qulağın bir də həddindən artıq uca səsləri azaltmaq kimi bir növ 
“tampon” xüsusiyyəti də var. Bu xüsusiyyət zindan, çəkic və üzəngi sümüklərini 
tənzimləyən, orqanizmin ən kiçik ölçüdəki iki əzələsi tərəfindən təmin edilir. 
Bu əzələlər çox uca səsləri daxili qulağa ötürmədən əvvəl azaldır. Bu sayədə 
bizim üçün şok yaradacaq dərəcədə uca səsləri daha aşağı səviyyədə eşidirik. 
Bu əzələlər bizim nəzarətimiz olmadan, avtomatik şəkildə iş görürlər. Belə ki, 
biz yatarkən başımızın üstündə güclü səs-küy əmələ gəldikdə belə bu əzələlər 
dərhal gərilir və daxili qulağa gedən titrəmənin şiddətini azaldır.
Bu cür qüsursuz dizayna malik olan orta qulaq mühüm tarazlığı qorumalıdır. 
Bu tarazlıq orta qulaqdakı hava təzyiqi ilə qulaq pərdəsinin digər tərəfindəki, 
yəni atmosferdəki hava təzyiqinin bərabər olmasıdır. Ancaq bu müvazinət də 
nəzərə alınmış və orta qulaq ilə xarici dünya arasında hava mübadiləsini təmin 
edən “ventilyasiya kanalı” da mövcuddur. Bu kanal ortaq qulaqdan ağzımıza 
qədər uzanan içi boş boru olan yevstaxi borusudur.
Daxili qulaq
Diqqət  edilsə,  buraya  qədər  təhlil  etdiklərimizin  hamısı  xarici  və  orta 
qulaqda  meydana  gələn  titrəmələrdən  ibarətdir.  Titrəmələr  davamlı  surətdə 
downloaded from KitabYurdu.org


SADƏLƏŞDİRİLMƏZ KOMPLEKSLİK
269
ötürülür, amma ortada hələ də mexaniki hərəkətdən başqa bir şey yoxdur. Yəni 
səs yoxdur. 
Bu mexaniki hərəkətlərin səsə çevrilməsi daxili qulaq adlanan yerdə baş 
verir. Daxili qulaqda içi maye ilə dolu olan spiralvari orqan yerləşir. Bu orqanı 
formasına görə “ilbiz” adlandırırlar.
Orta  qulağın  ən  son  hissəsi  olan  üzəngi  sümüyü  ilbizin  başlanğıcındakı 
pərdəyə bağlıdır. Orta qulaqdakı mexaniki titrəmələr bu yolla daxili qulağın 
mayesinə ötürülür.
Daxili qulaqdakı mayeyə çatan titrəmələr bu mayenin içində dalğalanmalar 
əmələ  gətirir.  İlbizin  daxili  divarlarında  isə  bu  mayenin  dalğalanmalarından 
təsirlənən kiçik tükcüklər var. Bu tükcüklər mayedəki dalğalanmalardan asılı 
olaraq hərəkətə keçirlər. Əgər güclü səs gəlsə, daha artıq tükcük daha çox əyilir. 
Xarici dünyadakı hər cür səs tezliyi bu tükcüklərə fərqli şəkildə təsir edir.
Bəs bu tükcüklərin hərəkətinin mənası nədir? Bir klassik musiqi konserti 
dinləməyimizlə,  dostumuzun  səsini  tanımağımızla,  avtomobilin  səsini 
eşitməyimizlə  və  milyonlarla  müxtəlif  səsi  ayırd  etməyimizlə  daxili  qulaq 
ilbizindəki tükcüklər arasında nə cür əlaqə var?
Cavab  çox  maraqlıdır  və  qulaqdakı  dizaynın  kompleksliyini  bir  daha 
bizə göstərir. Bu tükcüklərin hər biri əslində ilbizin daxili divarını əhatə edən 
Daxili qulağın mürəkkəb quruluşu. Bu mürəkkəb sümük quruluşunun içində həm 
bədənimizin müvazinətini təmin edən müvazinət sistemi, həm də titrəmələri səsə 
çevirən son dərəcə həssas eşitmə sistemi mövcuddur.
downloaded from KitabYurdu.org


HƏYATIN GERÇƏK MƏNŞƏYİ
270
təxminən 16 min ayrı hüceyrənin başında yerləşən mexanizmdir. Tükcüklər bir 
titrəməni hiss etdikdə eynilə domino daşları kimi bir-birlərini itələyərək hərəkət 
edirlər.  Məhz  bu  hərəkət  tükcüklərin  altındakı  hüceyrələrin  qapılarını  açır. 
Bu sayədə hüceyrələrə ionlar daxil olur. Tükcüklər əks istiqamətdə əyildikdə 
isə  hüceyrələrin  qapıları  bağlanır.  Bu  daimi  hərəkət  hüceyrələrin  kimyəvi 
müvazinətlərini də dəyişdirir və elektrik oyanmaları əmələ gətirmələrini təmin 
edir.  Bu  elektrik  oyanmaları  sinirlər  vasitəsi  ilə  beyinə  ötürülür  və  beyin  də 
onları şərh edərək səsə çevirir.
Elm bu sistemin texniki incəliklərini hələ tam aşkar edə bilməmişdir. Daxili 
qulaqdakı  hüceyrələr  sözügedən  elektrik  siqnallarını  əmələ  gətirərkən  xarici 
dünyadan gələn dalğaların tezliklərini, qüvvələrini və ritmlərini əks etdirməyi 
də bacarırlar. Bu, o qədər kompleks prosesdir ki, elm bu günə qədər tezliyi ayırd 
etmə prosesinin daxili qulaqda, yoxsa beyində baş verdiyini belə müəyyən edə 
bilməmişdir.
Daxili  qulaq  hüceyrələrindəki  tükcüklərin  hərəkəti  üzərində  də  durmaq 
lazımdır. Bir az əvvəl tükcüklərin domino daşları kimi bir-birlərini itələyərək 
əydiklərini demişdik. Ancaq əslində bir tükcüyün etdiyi hərəkət, əsasən, çox 
Daxili  qulaqdakı  ilbiz  adlı  orqanın  daxili  səthini  örtən  tükcüklər.  Bu  tükcüklər 
kənardan gələn titrəmələri daxili qulaq mayesi içində əmələ gətirdiyi dalğalanmaya 
görə  ötürürlər.  Beləcə,  tükcüklərin  bağlı  olduqları  hüceyrələrin  elektrik  tarazlığı 
dəyişir və bizim səs olaraq hiss etdiyimiz siqnallar əmələ gəlir.
downloaded from KitabYurdu.org


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə