3 downloaded from KitabYurdu org M ü Ə L l I f V ə Ə s ə r L ə r I h a q q I n d a



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə91/109
tarix21.04.2018
ölçüsü5,03 Kb.
#39613
1   ...   87   88   89   90   91   92   93   94   ...   109

SADƏLƏŞDİRİLMƏZ KOMPLEKSLİK
273
yerini dəyişərək orta qulağa “keçdiyini” və yenə təsadüfən tam lazım olduğu 
formaya düşərək zindan və üzəngi sümüklərinə çevrildiyini iddia edirlər. Eyni 
ssenariyə  əsasən,  sürünənlərin  orta  qulağında  mövcud  olan  tək  sümük  də 
formasını dəyişdirərək çəkic sümüyünə çevrilmiş və orta qulaqdakı üç sümük 
arasındakı olduqca həssas müvazinət təsadüfən təmin edilmişdir.
360
Heç bir elmi tapıntıya, məsələn, fosil qeydinə əsaslanmayan bu xəyali iddia 
öz  daxilində  də  olduqca  ziddiyyətlidir.  Bu  cür  təkamül  bir  canlını  kar  edər. 
Əlbəttə,  çənə  sümükləri  yavaş-yavaş  orta  qulağın  içinə  girməyə  başlayan  bir 
canlı eşidə bilməz. Bu cür bir canlı da təkamülçülərin iddia etdikləri kimi digər 
canlılar arasında üstün olmayacağına görə, təbii seçmə ilə seçilməyəcəkdir.
Digər tərəfdən çənə sümükləri qulaqlarına doğru hərəkət edən bir canlının 
çənəsi də şikəst olar. Belə bir canlının çeynəmə qabiliyyəti də çox zəifləyər, hətta 
tamamilə yox olar. Bu da canlının aradan çıxması ilə nəticələnər.
Qısası,  qulaqların  quruluşunun  və  mənşəyinin  təhlil  edilməsi  ilə  ortaya 
çıxan  nəticələr  təkamülçü  fərziyyələri  açıq  şəkildə  əsassız  edir.  Təkamülçü 
mənbə  olan  “The  grolier  encyclopedia”  bu  vəziyyət  qarşısında  “qulaqların 
mənşəyi məsələsi qeyri-müəyyəndir” yazaraq etiraf edir.
361
 Bu təkamül üçün 
qeyri-müəyyəndir. Əslində qulaqdakı sistemi ağılla tədqiq edən hər kəs onun 
Allahın üstün yaradılışının dəlili olduğunu asanlıqla görə bilər.
Rheobatrachus silus-un çoxalma növü
Sadələşdirilməz  komplekslik  sadəcə  canlılarda  biokimyəvi  səviyyədə 
və ya kompleks orqanlarda gördüyümüz xüsusiyyət deyil. Canlıların malik 
olduğu hələ bir çox bioloji sistem sadələşdirilməz xüsusiyyətə malikdir və ona 
görə təkamül nəzəriyyəsini əsassız edir. Avstraliyada yaşayan Rheobatrachus 
silus növündən olan qurbağaların qeyri-adi çoxalma metodu buna misaldır.  
Bu  növün  dişiləri  dölləndikdən  sonra  yumurtalarını  qorumaq  üçün  çox 
maraqlı  metoddan  istifadə  edirlər:  öz  yumurtalarını  udurlar.  Yumurtalardan 
çıxan sürfələr (qurbağa balaları) mədədə qaldıqları 6 həftə boyu daima inkişaf 
edir. Bəs necə necə olur ki, sürfələr uzun müddət həzm olunmadan mədədə 
qalır?Bunun üçün qüsursuz sistem yaradılmışdır. Əvvəla, ana qurbağalar bu 
6  həftəlik  çoxalma  mövsümündə  yemək-içməyi  kəsirlər.  Bu  sayədə  mədələri 
ancaq  balaları  üçün  olur.  Ancaq  digər  təhlükə  mədənin  daima  ifraz  etdiyi 
xlorid  turşusu  və  pepsindir.  Bu  fermentlər  normal  şərtlər  daxilində  balaları 
çox  qısa  müddətdə  parçalayıb  öldürməlidir.  Ancaq  buna  qarşı  çox  xüsusi 
tədbir  görülmüşdür.  Ananın  mədəsindəki  bu  fermentlər  əvvəlcə,  yumurta 
kapsullarından,  daha  sonra  da  sürfələr  ifraz  olunan  “prostaglandin  E2”  adlı 
fermentlə təsirsiz hala salınır. Beləliklə, balalar turşu hovuzu içində üzmələrinə 
baxmayaraq, təhlükəsiz şəkildə böyüyürlər.
downloaded from KitabYurdu.org


HƏYATIN GERÇƏK MƏNŞƏYİ
274
Bəs bu sürfələr analarının mədəsində nə ilə qidalanırlar? Bu problemə qarşı 
da xüsusi həll yolu var. Bu növdən olan yumurtalar digər qurbağa növlərinin 
yumurtalarına  nisbətən  olduqca  böyükdür.  Bunun  səbəbi  isə  yumurtaların 
içinə  balanı  qidalandırmaq  üçün  zülalla  zəngin  olan  yumurta  sarısı  təbəqəsi 
yerləşdirilməsidir. Bu yumurta sarısı balaları 6 həftə boyu qidalandırmaq üçün 
kifayətdir.
Doğuş  anı  da  qüsursuz  şəkildə 
yaradılmışdır.  Balalar  mədədən  çıxıb  xarici 
aləmə  addım  atarkən  ananın  qida  borusu 
doğuş  əsnasında  olduğu  kimi  genişlənir. 
Balalar  çölə  çıxdıqdan  sonra  isə  ana  yemək 
yeməyə başlayır və mədə əvvəlki vəziyyətinə 
düşür.
362
Rheobatrachus silus  növündən  olan 
qurbağaların  bu  qeyri-adi  çoxalma  metodu 
təkamül  nəzəriyyəsini  təkzib  edir.  Çünki 
bu  çoxalma  sistemi  “sadələşdirilməz 
komplekslik” xüsusiyyətinə malikdir. Sistemin 
uğurlu  olması  və  dolayısı  ilə  qurbağanın 
çoxala bilməsi üçün bütün mərhələlərin tam 
şəkildə  olması  şərtdir.  Ananın  yumurtaları 
udacaq  və  6  həftə  boyu  heç  nə  yeməyəcək 
instinktə malik olması labüddür. Yumurtalar 
da  mədə  turşularını  təsirsiz  edən  mayeni 
ifraz  etməlidir.  Digər  tərəfdən,  yumurtalara 
balaların  6  həftə  boyu  qidalanmasını  təmin 
edən böyük yumurta sarısı təbəqəsinin əlavə 
edilməsi və ya doğuş anında ananın qida borusunun genişlənməsi də şərtdir. 
Bunların hamısı eyni anda baş verməsə, çoxalma baş verməyəz və qurbağanın 
nəsli kəsilər.
Ona görə də bu sistem təkamül nəzəriyyəsinin iddia etdiyi kimi, mərhələ-
mərhələ  meydana  gələ  bilməz.  Dünyadakı  ilk  Rheobatrachus silus  növündən 
olan  qurbağa  bu  qüsursuz  sistemə  malik  şəkildə  var  olmuşdur,  başqa  sözlə, 
yaradılmışdır.
Nəticə
Bu  bölmədə  sadələşdirilməz  komplekslik  anlayışını  sadəcə  bir  neçə 
nümunə  əsasında  təhlil  etdik.  Əslində  canlıların  bir  çox  orqan  və  sistemi  bu 
xüsusiyyətə malikdir. Xüsusilə biokimyəvi səviyyədəki sistemlər bir-birindən 
Bu qurbağa növünün dişiləri 
bala  çıxartma  zamanı  boyu 
balalarını 
mədələrində 
saxlayır  və  axırda  balalarını 
ağızlarında  dünyaya  gətirir-
lər. Ancaq bu əməliyyat üçün 
yumurtaların  quruluşunun 
nizamlanması,  mədə  turşula-
rının təsirsiz edilməsi, ananın 
həftələrlə 
qidalanmadan 
yaşaya  bilməsi  üçün  bir  cox 
nizamlanma eyni zamanda və 
xətasız olaraq işləməlidir.
downloaded from KitabYurdu.org


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə