3 downloaded from KitabYurdu org M ü Ə L l I f V ə Ə s ə r L ə r I h a q q I n d a


TƏKAMÜL NƏZƏRİYYƏSİ və ENTROPİYA QANUNU



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə94/109
tarix21.04.2018
ölçüsü5,03 Kb.
#39613
1   ...   90   91   92   93   94   95   96   97   ...   109

TƏKAMÜL NƏZƏRİYYƏSİ və ENTROPİYA QANUNU
281
fəaliyyətləri  eyni  zamanda  təkamül  nəzəriyyəsinə  də  dəstək  olma  məqsədi 
daşımışdır. Çünki əvvəlki səhifələrdə gördüyümüz kimi, təkamül nəzəriyyəsi 
Termodinamikanın  ikinci  qanunu  olan  Entropiya  qanunu  ilə  açıq-aşkar 
ziddiyyət təşkil edir. Entropiya qanunu məlum olduğu kimi, hər cür nizamlı, 
mütəşəkkil və kompleks formanın təbii amillərə məruz qaldıqda nizamsızlığa, 
dağılmağa və parçalanmağa uğradığını qəti şəkildə ortaya qoyur.
Buna  qarşı  təkamül  nəzəriyyəsi  nizamsız,  dağınıq  və  şüursuz  atomların 
və molekulların birləşərək kompleks və mütəşəkkil sistemlərə malik canlıları 
meydana gətirdiyini iddia edir.
Priqoqin  isə  bu  cür  prosesləri  mümkün  edə  bilmək  üçün  formullar  icad 
etməyə  çalışmışdır. Ancaq  bütün  səyləri  nəzəri  fəaliyyətlərdən  başqa  bir  şey 
olmamış, uğursuzluqla nəticələnmişdir.
İrəli  sürdüyü  tezislərdən  ən  çox  tanınanları  “Self  organization”  (özünü 
təşkiletmə) nəzəriyyəsi ilə “Dissipative structures” (enerjini dağıdan formalar) 
nəzəriyyəsidir.  Bu  nəzəriyyələrdən  birincisi  sadə  molekulların  öz  aralarında 
birləşərək  kompleks  canlı  sistemləri  əmələ  gətirdiyini  iddia  edir.  İkincisi  isə 
nizamsız, yüksək entropiyaya malik sistemlərdə nizamlı, kompleks formaların 
əmələ gələ biləcəyini iddia edir. Ancaq bunların heç biri təkamülçülər üçün yeni 
xəyal dünyası qurmaqdan başqa elmi və praktik dəyər daşımır.
Priqoqinin bu nəzəriyyələrinin heç bir mövzunu açıqlamadığı və heç bir 
nəticəyə gəlmədiyi bir çox elm adamı tərəfindən ifadə edilir. Məşhur fizik Coul 
Keyzer belə yazır:
Tarazlıqdan  uzaq  “enerji  dağıdan  formaların”  (dissipative  structures) 
sabitliyi  üçün  irəli  sürdüyü  kriteriyalar  tarazlığa  çox  yaxın  vəziyyətlər 
istisna olmaqla uğursuzluğa məruz qaldı.
371
Nəzəri fizik Kozma Şalizi də bununla bağlı belə deyir:
(Priqoqin) özünü təşkil etmə (self organization) məsələsində demək olar ki, 
hər kəsdən dəqiq və əsaslı elmi fəaliyyət göstərməyə çalışdı. Bacarmadı...
372
“Self organizing systems: The emergence of order” (özünü təşkil edən sistemlər: 
nizamın  meydana  gəlməsi)  adlı  jurnalın  redaktoru  olan  F.Yucin  Yeyts  eyni 
jurnalda məqalə yazan Deniel L.Steyn və Nobel mükafatı almış elm adamı Filip 
Andersonun Priqoqinlə bağlı tənqidlərini xülasə halında belə bildirir:
Müəlliflər  (Filip  Anderson  və  Deniel  L.Steyn)  “enerji  dağıdan  formalar” 
(dissipative  structures)  haqqında  təkmil  nəzəriyyə  olmadığını  (əksinə, 
iddiaların olmasına baxmayaraq) və bəlkə də heç bir sabit “enerji dağıdan 
forma” olmadığının tərəfdarıdırlar... Bu səbəbdən müəlliflər “enerji dağıdan 
formalar”  və  onların  qırılmış  simmetriyaları  haqqındakı  fərziyyələrin 
hal-hazırda  həyatın  mənşəyi  və  davamı  haqqındakı  suallara  cavab  verə 
bilməyəcəyinə inanırlar.
373
downloaded from KitabYurdu.org


HƏYATIN GERÇƏK MƏNŞƏYİ
282
Qısaca  desək,  Priqoqinin  nəzəri  fəaliyyətləri  həyatın  mənşəyini  açıqlama 
baxımından heç bir dəyər daşımır. Nobel mükafatı almış yuxarıda adı çəkilmiş 
elm adamları Priqoqinin nəzəriyyələri haqqında belə şərh verirlər:
Bu  sahədəki  bir  çox  kitab  və  məqalədəki  iddiaların  əksinə,  biz  belə  bir 
nəzəriyyənin  (“dissipative  structures”  nəzəriyyəsi)  olmadığına  və  hətta 
Priqoqin,  Heyken  və  məsləkdaşlarının  varlığından  bəhs  etdikləri  bu  cür 
formaların (enerji dağıdan formalar) bəlkə də heç mövcud olmadıqlarına 
inanırıq.
374
Qısaca  desək,  öz  sahələrində  mütəxəssis  olan  elm  adamları  Priqoqinin 
uydurduğu tezislərin heç bir reallığının və əsasının olmadığını, hətta tezislərində 
bəhs etdiyi növdən olan formaların (dissipative structures) bəlkə də əslində heç 
mövcud olmadığını bildirirlər.
Priqoqinin iddiaları Cin Brikmontun “Xaosun elmi, yoxsa elmdə xaos?” adlı 
məqaləsində də hərtərəfli şəkildə təhlil edilmiş və əsassızlığı sübut edilmişdir.
Priqoqin təkamülü dəstəkləyən hər hansı bir metod tapa bilməsə də, ancaq 
bu  cür  səylər  göstərməsi  təkamülçülərin  onu  başlarının  tacı  etməsinə  səbəb 
olmuşdur.  Bir  çox  təkamülçü  Priqoqinin  irəli  sürdüyü  “özünü  təşkiletmə” 
anlayışına  böyük  ümidlə  bağlanmışdır.  Priqoqinin  xəyali  nəzəriyyələri  və 
məfhumları ilə bağlı mövzunun təfərrüatını bilməyən bir çox şəxs təkamülün 
termodinamik  baxımdan  düşdüyü  çıxılmaz  vəziyyətinin  həll  edildiyini  zənn 
edir.
Halbuki  Priqoqin  də  molekulyar  səviyyədə  uydurduğu  nəzəriyyələrin 
canlı sistemlər, məsələn, bir canlı hüceyrəsi üçün belə etibarlı olmadığını qəbul 
edərək belə demişdir:
Bioloji   nizam problemi molekulyar fəaliyyətdən hüceyrənin supermolekulyar 
nizamına keçidi ehtiva edir. Bu problemin həlli yoxdur.
375
Priqoqinin təkamüllə Entropiya qanunu və digər fiziki qanunlar arasındakı 
ziddiyyəti  aradan  qaldırmağı  hədəfləyən  nəzəriyyələrinin  və  təkamülçülərin 
bundan cəsarətlənərək uydurduqları fərziyyələrin məzmunu bundan ibarətdir.
Nizamlı sistem və təşkil edilmiş sistemin fərqi
Buraya qədər istər Priqoqinin, istərsə də digər təkamülçülərin iddialarına 
diqqət  edilsə,  çox  mühüm  xətaya  yol  verdikləri  görüləcəkdir.  Təkamülçülər 
termodinamika  ilə  təkamülü  uzlaşdırmaq  məqsədilə  daima  maddə  və  enerji 
giriş-çıxışı  olan  sistemlərdə  (açıq  sistemlər)  müəyyən  nizam  əmələ  gələ 
biləcəyini sübut etməyə çalışırlar. 
Burada iki əsas məfhumu açıqlamaq təkamülçülərin yanıldıcı metodlarının 
aşkar edilməsi baxımından vacibdir.
Yanıltma iki müxtəlif məfhumun - “nizamlı” və “mütəşəkkil” anlayışlarının 
downloaded from KitabYurdu.org


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə