3 downloaded from KitabYurdu org M ü Ə L l I f V ə Ə s ə r L ə r I h a q q I n d a



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə99/109
tarix21.04.2018
ölçüsü5,03 Kb.
#39613
1   ...   95   96   97   98   99   100   101   102   ...   109

HƏYATIN GERÇƏK MƏNŞƏYİ
294
üçün  “a  priori”  qəbuldur  və  elmi  bu  qəbula  uyğunlaşdırmağa  çalışırlar. 
Materializm Yaradanın varlığını qəti şəkildə inkar etməyə vadar etdiyi üçün 
əllərindəki yeganə alternativ olan təkamül nəzəriyyəsinə sarılırlar. Təkamül 
elmi faktlar tərəfindən nə qədər təkzib edilsə də, fərqi yoxdur, sözügedən elm 
adamları onu bir dəfə “a  priori doğru” şəklində qəbul etmişdir.
Bu  ön  mühakiməli  münasibət  təkamülçüləri  “şüursuz  maddənin  öz-
özünü nizamladığına inanmaq” kimi elmə və ağıla zidd inanca aparır. Əvvəlki 
bölmələrdə təhlil etdiyimiz “maddənin özünü təşkil etməsi” məfhumu bunun 
bir ifadəsidir.
Dünya  səviyyəsindəki  təkamülçü  təbliğatın  əsasında  bu  materialist 
doqma durur. Qərbin qabaqcıl media orqanlarında, məşhur və tanınmış elmi 
jurnallarında daima qarşılaşdığımız təkamül təbliğatı bu cür ideoloji və fəlsəfi 
inancın  nəticəsidir.  Təkamül  ideoloji  baxımdan  labüd  olduğu  üçün  elmin 
standardlarını  müəyyən  edən  materialist  təbəqələr  tərəfindən  mübahisəsiz 
tabuya çevrilmişdir.
Digər elm adamları isə öz karyeralarını davam etdirmək üçün bu zorakı 
nəzəriyyəni müdafiə etmək və ya səslərini çıxarmamaq məcburiyyətindədirlər. 
Qərb ölkələrindəki akademiklər “dosent”, “professor” ünvanlarını almaq və 
bu elmi dərəcələrini qorumaq üçün hər il müəyyən elmi jurnallarda məqalə 
dərc etdirməyə məcburdurlar. Biologiya ilə məşğul olan bu jurnalların hamısını 
materialist təkamülçülər idarə edir. Bu şəxslər təkamül əleyhinə məqalənin 
dərc  olunmasına  izn  verməzlər.  Ona  görə  hər  bioloq  bu  hegemon  inanca 
bağlı  şəkildə  elmi  fəaliyyət  göstərmək  məcburiyyətindədir.  Çünki  onlar  da 
təkamülü ideoloji tələbat kimi görən materialist quruluşun bir hissəsidir. Buna 
görə kitab boyu təhlil etdiyimiz bütün “qeyri-mümkün təsadüfləri” gözübağlı 
müdafiə edirlər.
“Elmi məqsədin” tərifi
Məşhur  təkamülçü  alman  bioloq  Hoymar  von  Ditfurtun  yazdığı  bəzi 
sətirlər  bu  gözübağlı  materialist  anlayışın  gözəl  ifadəsidir.  Ditfurt  həyatın 
olduqca kompleks quruluşuna aid misal çəkdikdən sonra bunun təsadüflərlə 
meydana gəlib-gəlməyəcəyi sualına cavab olaraq bunları deyir:
Adi  təsadüf  nəticəsində  meydana  gəlmiş  belə  bir  uyğunluq  həqiqətən 
mümkündürmü?  Bu,  bütün  bioloji  təkamülün  ən  əsas  sualıdır...  Müasir 
təbiətşünaslığın tərəfdarı olan bir şəxsin bu suala “bəli” cavabını verməkdən 
başqa seçimi yoxdur. Çünki təbiət hadisələrini anlaşılan yollarla açıqlamağı 
özünə hədəf etmiş, bunları fövqəltəbii müdaxilənin köməyinə əl atmadan 
birbaşa  təbiət  qanunlarına  əsaslanaraq  törətməyi  qarşısına  məqsəd 
qoymuşdur.
392
downloaded from KitabYurdu.org


ELM və MATERİALİZMİ BİR-BİRİNDƏN FƏRQLƏNDİRMƏK
295
Ditfurtun  da  bildirdiyi  kimi,  materialist  elm  anlayışı  həyatı  “fövqəltəbii 
müdaxilənin”,  yəni  yaradılışın  varlığını  qəbul  etmədən  açıqlamağı  özü  üçün 
əsas prinsip qəbul etmişdir. Bu prinsip bir dəfə qəbul edildikdən sonra ən qeyri-
mümkün ehtimallar belə asanlıqla qəbul edilə bilər.
Bu doqmatik təfəkkürün nümunələrini demək olar ki, hər təkamülçü əsərdə 
görmək mümkündür. Təkamülün Türkiyədəki qabaqcıl müdafiəçilərindən olan 
prof. Əli Dəmirsoy bunlardan biridir. Prof. Dəmirsoyun fikrincə, həyat üçün 
mütləq tələb olunan əsas zülallardan Sitoxrom-C-nin təsadüfən əmələ gəlməsi 
ehtimalı  “bir  meymunun  makinada  heç  səhv  etmədən  bəşəriyyət  tarixini 
yazma ehtimalı qədər azdır.”
393
Şübhəsiz  ki,  belə  bir  ehtimalı  qəbul  etmək  ağıl  və  məntiqin  ən  əsas 
prinsiplərini  çeynəmək  deməkdir.  İnsan  bir  kağız  parçası  üzərində  yazılmış 
bircə hərf gördükdə belə o hərfin şüurlu biri tərəfindən yazıldığına əmin olur. 
Bəşəriyyət  tarixindən  bəhs  edən  kitab  gördükdə  onun  bir  müəllifi  olduğuna 
daha  çox  əmin  olur. Ağlı  olan  heç  kim  bu  nəhəng  kitabın  içindəki  hərflərin 
“təsadüfən” yan-yana gəldiyini iddia etməz.
Ancaq çox qəribədir ki, prof. dr. Əli Dəmirsoy bunu qəbul edir:
Bir  Sitoxrom-C  zülal  zəncirinin  əmələ  gəlməsi  ehtimalı  sıfıra  bərabərdir. 
Yəni əgər həyatın əmələ gəlməsi üçün müəyyən ardıcıllıq lazımdırsa, bu, 
bütün kainatda bir dəfə əmələ gələcək qədər az ehtimala malikdir deməkdir. 
Yaxud da həyatın əmələ gəlməsində bizim tərif edə bilmədiyimiz fövqəltəbii 
güclər iştirak etmişdir. Bu sonuncunu qəbul etmək elmi məqsədə uyğun 
deyil. Bu təqdirdə birinci fərziyyə üzərində düşünmək lazımdır.
394
Prof.  Dəmirsoy  “fövqəltəbii  gücləri  qəbul  etməmək”,  yəni  Yaradanın 
varlığını inkar etmək üçün qeyri-mümkün olanı üstün tutduğunu yazır. Halbuki 
elmin  məqsədi  “fövqəltəbii  güclərin  varlığını  qəbul  etməmək”  deyil.  Elm 
bu məqsədlə hərəkət etmir. Elm heç bir ön mühakiməyə əsaslanmadan ancaq 
təbiəti  tədqiq  edir  və bu  tədqiqatlarından  nəticələr çıxarır.  Əgər  bu  nəticələr 
kainatın  hər  yerində,  təbiətdə  fövqəltəbii  ağılın  dizaynının  hakim  olduğunu 
göstərirsə elm, əlbəttə, bunu qəbul etməlidir.
Diqqət  edilsə,  əslində,  “elmi  məqsəd”  deyə  ifadə  edilən  anlayış  ancaq 
maddənin mövcud olduğu və bütün təbiətin də ancaq maddi amillərlə açıqlana 
biləcəyindən  ibarət  doqmadır.  Bu  isə  “elmi  məqsəd”  və  s.  deyil,  birbaşa 
materialist  fəlsəfədir.  Materialist  fəlsəfə  “elmi  məqsəd”  kimi  səthi  sözlərin 
arxasında gizlənir və elm adamlarını əslində elmdənkənar şeyləri qəbul etməyə 
məcbur edir. Belə ki, Dəmirsoy başqa mövzudan – hüceyrədəki mitoxondrilərin 
mənşəyindən bəhs edərkən təsadüf açıqlamasını “elmi düşüncəyə olduqca zidd 
olmasına baxmayaraq” qəbul etdiyini açıq şəkildə bildirir:
...  Ən  böyük  problem  mitoxondrilərin  bu  xüsusiyyəti  necə  qazandığıdır. 
downloaded from KitabYurdu.org


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə