Gerçək Təbiət Tarixi -II-
87
bir-birinə uyğun nisbətdə olması, qısaca desək, uçmaq üçün əlverişli şəkildə
mükəmməl aerodinamik quruluşda olması şərtdir. Təkamül məhz bu yerdə
çıxılmaz vəziyyətə düşür. Qanadların bu qüsursuz quruluşunun ardıcıl təsadüfi
mutasiyalar nəticəsində necə meydana gəlməsi sualı tamamilə cavabsızdır. Bir
sürünənin qabaq ayaqlarının genlərində meydana gələn pozulma (mutasiya)
nəticəsində necə qüsursuz qanada çevrilməsi əsla açıqlana bilmir.
Yuxarıda bildirildiyi kimi, “yarım qanadla uçmaq olmaz”. Ona görə, əgər
hər hansı bir mutasiyanın bir sürünənin qabaq ayaqlarında qeyri-müəyyən
dəyişiklik etdiyini fərz etsək belə, bunun ardınca yeni mutasiyaların baş verib
“təsadüfən” bir qanad əmələ gətirəcəyini irəli sürmək tamamilə ağıldankənardır.
Çünki qabaq ayaqlarda meydana gələn bir mutasiya canlıya funksional qanad
qazandırmadığı kimi, onu qabaq ayaqlarından da məhrum edər. Bu isə canlının
digər həmnövlərinə görə geridə
qalacağına, şikəst olacağına səbəb olar. Təkamül
nəzəriyyəsinin qanunlarına görə də təbii seçmə bu şikəst canlını aradan çıxara.
Biofizikii araşdırmalara gəlincə, mutasiyalar çox nadir baş verən
dəyişikliklərdir. Ona görə də bu şikəst canlıların milyon illərlə yarımçıq və
natamam qanadlarının kiçik mutasiyalarla tamamlanmasını gözləmələri
hər cəhətdən qeyri-mümkündür. Həm də bu mutasiyalar əslində hər zaman
zərərlidir...
Xəyali nəzəriyyələr, xəyali canlılar
Təkamülçülərin uçuşun mənşəyini açıqlamaq
üçün ortaya atdıqları ilk fikir sürünənlərin “ milçək
ovlamağa çalışarkən qanadlandıqları“ (yuxarıda),
ikinci fikir isə “budaqdan budağa tulanarkən quş
olduqları”dır . Ancaq nə yavaş-yavaş qanadlanan
canlılara aid fosillər var, nə də belə çevrilmənin
mümkün olduğuna aid hər hansı bir tapıntı.
downloaded from KitabYurdu.org
89
Dinozavrların sümükləri
böyük və sağlam olduqları
üçün qalındır və içi
doludur. Amma yaşayan
və nəsli kəsilmiş bütün
quşların sümüklərinin içi
boşdur və bunun sayəsində
yüngüldür.
Quşların skeletlərini təşkil edən sümüklərin içi dinozavrların və sürünənlərin
sümüklərinin əksinə boşdur. Bu boşluq skeletə sağlamlıq və yüngüllük verir.
Quşların skelet quruluşlarının eynisi günümüzdə təyyarələrdə, körpülərdə və
bəzi qurğularda istifadə edilir.
Quşların skelet sistemi
downloaded from KitabYurdu.org