3. İmpuls qida qurğuları


Şəkil 3.8. Düzgedişli impuls QM



Yüklə 252 Kb.
səhifə4/4
tarix26.10.2023
ölçüsü252 Kb.
#132336
1   2   3   4
3.1 İmpuls qida qurğuları

Şəkil 3.8. Düzgedişli impuls QM
əkil 3.8-də impuls QM-nin sadələşdirilmiş sxemi verilmişdir. Əksgedişli QM-dən fərqli olaraq, düzgedişli çevirici enerjini transformatorda deyil, çıxış induktivlik makarında (katuşka) L (drosseldə) toplayır. Açar transformatoru açıq olduqda ikinci dolağın cərəyanı VD5 diodundan, drosseldən, C2 kondensatorundan və yükdən axır. VD6 diodu bu zaman bağlıdır (onun katodunda müsbət potensial vardır). Açar tranzistoru bağlanan zaman drossel cərəyanı C2 kondensatorundan axaraq, onu yükləyir və VD6 diodu vasitəsilə qayıdır. Beləliklə, əksgedişli sxemdən fərqli olaraq, enerjini ehtiyatda saxlayan reaktiv elementin cərəyanı tranzistorun çevirilmə tsiklinin (periodunun) hər iki hissəsinin müddətində axır. Buna görə də düzgedişli çevirici eyni çıxış parametrlərində əksgedişli QM-ə nəzərən daha aşağı gərginlikli çıxış pulsasiyalarına malik olur.
İmpuls QM-lərin

Şəkil 3.9. Üç çıxış gərginliyinə malik impuls qida mənbəyi
əksəriyyəti birdən çox çıxışa malikdir. Məsələn, rəqəmsal qurğuların qida mənbələrində +5 V gərginliyə əlavə olaraq +12 V, –12 V, 24 V və –5 V gərginliklərə çıxışlar ola bilər. Bu çıxışlar kontrollerlər, sərt və elastik maqnit disklər üzərində toplayıcılar, printerlər, interfeyslər (RS-232) və müxtəlif analoq sxemlər tipli müxtəlif qurğuları qidalandırmaq üçün istifadə edilir. Bir neçə çıxışa malik impuls qida mənbəyinin sxemi şəkil 3.9-da verilmişdir.

Sxemdən görünür ki, əks əlaqə qida gərginliyi yalnız bir çıxışdan (adətən +5 V) götürülür və EİM-modulyatora verilir. Beləliklə, bütün gərginliklərin stabilləşdirilməsi həyata keçirilir. Aydındır ki, köməkçi çıxışlar +5 V gərginlikli əsas çıxış qədər stabilləşmir. Buna görə də qida gərginliyinə qarşı yüklənmələrin həssaslığı halında müvafiq çıxışlara əlavə xətti inteqral stabilizatorlar qoyulur. Baxılan sxem (şəkil 3.9) üçün xətti inteqral stabilizatorun (İS) köməyi ilə Uçıx­1 gərginliyi stabilləşdirilir.


Yüklə 252 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə