35-ci prezidentin faciəli ölümünün 50 illiyinə Con F. Kennedi Mərdliyin profilləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/71
tarix17.02.2018
ölçüsü5,01 Kb.
#27113
1   ...   16   17   18   19   20   21   22   23   ...   71

 
59 
Uebsterin  və  Kalhounun  intellektual  resurslarının  onda  olmamasına 
baxmayaraq,  Henri  Kleyin  Amerikanın  böyüklüyünə  baxışları  onun  məşhur 
kolleqalarınınkından  da  uzağa  gedirdi.  Və  beləliklə,  1820-ci,  1833-cü  və  1850-ci 
illərdə  o,  müqavimət  göstərən  Konqressdən  təşəbbüsçüsü  olduğu  üç  böyük 
kompromissi  keçirə  bilmişdi  və  bununla  da  1861-ci  ilə  qədər  Birliyi  qoruyub 
saxlamışdı. Həmin vaxtdan Şimalın möhkəmliyi o qədər böyük idi ki, parçalanma 
uğursuzluğa məruz qalırdı. 
Triumviratın  ikinci  və  yəqin  ki,  ən  qeyri-adi  üzvü  Con  K.Kalhoun  idi. 
Cənubi Karolinadan olan bu adamın cod saçları var idi, gözləri isə qızaran kömür 
kimi  yanırdı,  qarımış  ingilis  qadını  Harriet  Marineonun  sözlərinə  müvafiq  olaraq 
“elə  baxırdı  ki,  elə  bil  heç  vaxt  doğulmamışdır  və  heç  vaxt  məhv 
edilməyəcəkdir...”. Bunun meydana çıxmasının əksinə Kalhoun Uebsterlə eyni ildə 
-  1782-ci  ildə  və  Kleydən  beş  il  sonra  anadan  olmuşdu.  O,  altı  fut  iki  dyum 
hündürlüyündə idi, Yel universitetini bitirmişdi, iyirmi doqquz yaşında Konqressin 
üzvü olmuş, “müharibə quzğunu” kimi Birləşmiş Ştatların 1812-ci il müharibəsinə 
girməsinə çalışan Henri Kleyə qoşulmuşdu. Bir millətçi kimi, 1820-ci ildə tarifin 
iqtisadi  təzyiqləri  Cənubi  Karolinanın  kənd  təsərrüfatı  iqtisadiyyatına  öz  təsirini 
göstərdikdə, sektant tərəfdarlarına tərəf dönmüşdü. Kalhoun soyuq, dar ağıla malik 
idi,  fikrini  cəmləşdirməyi  bacarırdı  və  güclü  adam  idi.  Uebster  onu  “Senatda  ən 
qabiliyyətli  adam”,  özünün  bütün  həyatı  boyu  qarşılaşdığı  ən  böyük  adam  hesab 
edirdi. O, bəyan edirdi ki, “o, bir məntiq sahibi kimi Nyutonu, Kalvini və ya hətta 
Con Lokku məğlub edə bilərdi”. 
Onun  çıxışları,  sözün  bütün  izafiliyindən  istifadə  etməklə  Senatın  zalında 
hətta  sütunlar  ətrafında  da  dolaşırdı,  öz  ölçüsündə  idi,  intizama  dəvət  edirdi, 
onların  hamısının  qarşısında  edilirdi.  Kifayət  dərəcədə  qəribə  də  olsa,  onun 
xüsusən ömrünün son günlərində görünüşü fanatik adamı xatırladırdı, o, nəhayətsiz 
məlahətə və şəxsiyyətə malik idi. O, Cənubi Karolinanın ən yaxşı danışıq aparanı 
reputasiyasını  qazanmışdı  və  onun  örtülü  ağıllı  arqumentlərini  dərk  etməyi 
bacarmayan  adamların  emosiyaları hesabına buna nail  olurdu. O,  bütün Cənubun 


 
60 
təxəyyülünü  və  məhəbbətini  özündə  saxlamaqla,  bunu  daim  böyüdürdü  və  onun 
ölümü vaxtı, 1850-ci ildəki böyük debatın ortasında ona ümumi matəm saxlanıldı. 
Kalhoun  inanırdı  ki,  Konstitusiya  qurultayı  bizim  hökumətimizi 
milliləşdirmişdir; suveren ştatlar hələ də “Konqress fərdi ştatların işlərinə müdaxilə 
edəndə... mühakimə etmək hüququnu” özündə saxlayırdı. 
Digər  Cənublularla  birlikdə  o,  inanırdı  ki,  Qərb  ölkəsinin  coğrafiyası  və 
iqlimi onu başqalarına oxşamayan etmişdir və bu ərazilərin çoxunda quldarlıq hətta 
inkişaf edə bilərdi, ştata çevrilənlərdə buna cəhd edilirdi və yalnız Cənubi-Qərbdə 
onlar yeni qul ştatlarını Meksikadan alınan torpaqlardan olan Senatorları qoruyub 
saxlamaqla,  Qərbin  azad  ştatlarının  qalxan  dalğası  ilə  tarazlığa  nail  olunmasına 
ümid  edə  bilərdilər.  1850-ci  il  Kley  Kompromissi  Şimalla  Cənub  arasındakı 
fərqləri barışdırmaq yollarını, bu torpaqların bütöv taleyi kimi aramaqla, öz üzərinə 
uzağa gedən bir vəzifə götürürdü. 
Münaqişələrin  bütün  axını  və  parçalanma,  qüvvənin  və  zəifliyin  böyüməsi 
və tənəzzülü 1850-ci ildə özünün kulminasiya nöqtəsinə gəlib çatdı. 
1850-ci  il  Vaşinqton  dramasındakı  üç  baş  qəhrəman  uzaq  1813-cü  ildən 
etibarən Konqressdə kolleqalar idilər. O vaxt onlar gənc olmaqla, iftixar, ehtiras və 
ümidlə  dolu  idilər  və  onların  qarşısında  müşahidə  edilmək  üçün  bütöv  dünya 
dayanmışdı. Qırx ilə yaxın bir müddətdən sonra onların həyatlarının qürub çağında 
–  çünki  onların  hamısı  iki  ilin  içərisində  öləcəkdi,  -  gənclik  və  illyuziyalar  artıq 
ötüb keçmişdi, onlar bir daha yenidən səhnənin mərkəzinə hərəkət etdilər. 
Lakin  onlar  mübarizədə  tək  deyildilər.  Nə  Tomas  Hart  Benton,  nə  də  Sem 
Hyuston  kimi  Senatorlar  öz  üç  kolleqalarının  nüfuzunun  qüllə  kimi  yuxarı 
qalxması  hesabına  heç  də  kiçilməmişdilər.  Onların  hər  biri  öz  sağlıqlarında 
əfsanəyə çevrilmişdilər – və Missuri və Texas ştatlarının strateji sərhədini müvafiq 
qaydada  tutmuşdular,  onların  hər  biri,  ölkə  yavaş-yavaş  parçalanmağa  doğru 
hərəkət  edəndə öz seçilmələrini etməli idilər, bu parçalanma  isə baş  mübarizənin 
təbiətinə və nəticəsinə təsir göstərəcəkdi. 
1850-ci ildə bölünmənin baş verməməsi, bunun yerinə 1861-ci ildə o, həyata 
keçmişdi,  çox  böyük  dərəcədə  Deniel  Uebsterə  borclu  idi,  o,  Henri  Kleyin 


 
61 
kompromissinin  ölkə  tərəfindən  qəbul  edilməsi  üçün  daha  iri  ölçüdə  məsuliyyət 
daşıyırdı.  Kompromissi  onun  dəstəkləməsinin  səbəbləri,  bu  dəstəyin  effekti  və 
özünün əzab çəkməsinə səbəb olan bədbəxtliklər III fəsildə təfsilatı ilə verilir. 
Missuri  ştatının  sərhədinin  açarı  1861-ci  ildə  Konfederasiyaya  qoşulmaq 
olmayıb,  onun  keçmiş  Senatoru  Tomas  Hart  Bentonun  xatirəsinə  yaxşı  dərəcədə 
borclu idi. Heç kəs Birliyin qorunub saxlanmasına Senator Bentondan çox bir töhfə 
verməmişdi. Onun səyləri və taleyi barədə IV fəsildə danışılacaqdır. 
Texas Konfederasiyaya qoşuldu, bu, qoca yaşında gəmi qəzasında həlak olan 
Senator  Hyustonun  mübarizəsi  olmadan  baş  vermişdi.  Onun  əhvalatı  V  fəsildə 
danışılacaqdır. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə