35-ci prezidentin faciəli ölümünün 50 illiyinə Con F. Kennedi Mərdliyin profilləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/71
tarix17.02.2018
ölçüsü5,01 Kb.
#27113
1   ...   17   18   19   20   21   22   23   24   ...   71

 
62 
III 
 
Deniel Uebster 
 
“...Massaçusets adamı kimi deyil, Amerikan kimi...” 
1850-ci il 21 yanvarının qasırğalı gecəsi Vaşinqtonda xəstə qoca adamın 
küçəyə çıxmasına heç cür yaramırdı. Lakin fısıldayan və qıc olmuş şəkildə öskürən 
Henri Kley öz yolunu qarlı küçə ilə Deniel Uebsterin evinə tərəf saldı. Onun planı 
var idi – bu plan Birliyi xilas etmək məqsədini güdürdü, - və o, bilirdi ki, Şimalın 
ən tanınmış natiqindən və dövlət xadimindən dəstək almalıdır. O, bilirdi ki, itirmək 
üçün  vaxtı  yoxdur,  çünki  sabah  günortadan  sonra  Prezident  Teylor  özünün 
Konqressə  müraciətində  Kaliforniyanın  azad  ştat  kimi  qəbul  edilməsini  xahiş 
edəcəkdir,  bu  isə  qəzəb  alovunun  üzərinə  yanacaq  atmaq  effekti  olub,  Birliyin 
məhv  olması  təhlükəsini  yaradacaqdı.  Niyə  Prezident  Nyu-Meksikonun  adını 
xatırlamaqda  uğursuzluğa  uğradığına  görə  Şimaldan  xahiş  edirdi?  Qaçqın  Qul 
Qanununun  qüvvəyə  minməsi  barədə  Cənub  nə  dedi?  Kolumbiya  mahalında  qul 
ticarəti,  Utanın,  Texasın  sərhədləri  necə  oldu?  Əhval-ruhiyyə  qalxırdı,  qəsdlər 
genişlənirdi, parçalanma artıq torpağın hər tərəfində idi. 
Lakin Henri Kley plana malik idi  – bu plan milləti qoruyub saxlamaq üçün 
digər  Böyük  Kompromiss  idi.  Bir  saata  qədər  o,  Deniel  Uebsterlə  onun  rahat 
evinin  hərarətində  məsələnin  çıxış  yolunu  razılaşdı  və  onlar  birlikdə  Birliyi  xilas 
etmək  barədə  söhbət  apardılar.  Amerikan  tarixində  az  görüşlər  belə  məhsuldar 
olmuşdu,  həm  də  öz  nəticələrinə  görə  belə  ironiyalı  olmuşdu.  1850-ci  il 
Kompromissi Henri Kleyin şöhrətinə böyük Sakitləşdirici çələngini əlavə etmişdi; 
lakin  Deniel  Uebsterin  dəstəyi  bu  işin  uğuruna  əminlik  yaratmışdı,  həm  də  onun  
yarım əsr ərzində siyasi cəhətdən çarmıxa çəkilməsi və ya bundan çox müddətdə 
isə tarixən məhkum edilməsi ilə nəticələnmişdi. 
Henri  Kleyin  qış  gecəsi  üstünə  getdiyi  adam  Amerikan  siyasi  tarixinin  ən 
qeyri-adi şəxsiyyətlərindən biri idi. Deniel Uebster bu gün bizim çoxumuza Stifen 


 
63 
Vinsent Benetin əhvalatındakı şərə qarşı Ceybiz Stounun ruhu üçün döyüşən adam 
kimi  tanışdır  –  lakin  öz  sağlığında  o,  özünün  də  ruhu  üçün  şər  işlərə  qarşı  çoxlu 
döyüşlər  aparmış  və  hətta  bəzilərini  uduzmuşdu.  Uebster  öz  yaxın  dostuna 
yazmışdı  ki,  o,  “gücün  və  zəifliyin,  tozun  və  ilahiliyin  qarışığı”  idi  və  ya 
Emersonun sözləri ilə deyilsə “kiçik ambitsiyası olan böyük adam” idi. 
Onun  böyük  adam  olmasında  heç  bir  səhv  ola  bilməzdi,  -  o,  kiməsə 
bənzəyirdi,  başqa  birisi  kimi  danışırdı  və  təkid  edirdi  ki,  o,  təkdir.  Bütün  öz 
səhvləri  və  uğursuzluqları  ilə  Deniel  Uebster,  heç  şübhəsiz,  bizim  Konqresslərin 
tarixində ən istedadlı şəxsiyyət idi; hansısa səbəblərə görə adamlara qalib gəlmək 
onun  qabiliyyəti  sırasına  daxil  deyildi  –  bu  məsələdə  o,  Henri  Kleylə  yarışa 
bilməzdi, hökumətin fəlsəfəsini sərt tənqidə məruz qoymaq da onun qabiliyyətinə 
aid  deyildi,  -  Kalhoun  onu  bu  məsələdə  kölgədə  qoyurdu;  lakin  onun 
qabiliyyətində kiminsə gizli hissini, Birliyi diriltmək və ali etmək xüsusiyyəti var 
idi,  bütün  Amerikanlar  bunu  hiss  edirdilər,  lakin  çox  az  adam  bunu  ifadə  edə 
bilərdi. 
Lakin Deniel Uebster onu necə də ifadə edə bilirdi! Demək olar ki, istənilən 
hissi necə də ifadə edə bilirdi! Hətta Konqressdəki özünün ilk nitqindən – 1812-ci 
il  müharibəsinə  hücum  etməyindən  –  Nümayəndələr  Palatasının  diqqətini  cəlb 
etmişdi,  heç  bir  təzə  adam  ondan  əvvəl  bunu  edə  bilməmişdi.  O,  öz  dövrünün 
görkəmli  natiqi  idi  -  əlbəttə  ki,  bütün  öz  dövründə  -  Konqressdə,  Massaçusetsdə 
hücum çəkən kütlənin qarşısında və Ali Məhkəmə qarşısında vəkil kimi. Sərt Baş 
hakim olan Marşalla demişdilər ki, Uebsterin Darmaus kollecinin ilk ildəki məşhur 
müdafiə  nitqini  nəzərdən  keçirsin  –  “Bu,  ser,  dediyim  kimi,  kiçik  kollecdir  –  və 
həm  də  onu  sevən  adamlar  vardır”.  Onun  Plimut  Koloniyasının  (1620-ci  ildə 
Meyflauer” gəmisində Massaçusets körfəzinə gələn ingilislərin yaratdığı koloniya 
–  tərcüməçi)  əsasını  qoyan  iki  yüz  adamın  qarşısındakı  nitqindən  sonra  bir  gənc 
Harvard alimi yazmışdı: 
“Mən həyatımda heç vaxt əvvəllər ictimai çıxışa görə belə sevinməmişdim. 
Üç  ya  dörd  dəfə  mən  düşündüm  ki,  gicgahım  qan  təzyiqindən  partlayacaqdır... 
Mən elə bil ki, özümdən aralı idim və hələ də həmin vəziyyətdəyəm”. Və Cənubi 


 
64 
Karolinadan olan Senator Heynə öz cavabını hazırlayanda dediyi, və iyirmi il əvvəl 
parçalanma  ölkəni  hədələyəndə,  hər  bir  məktəbli  tərəfindən  yada  salınan    - 
“Azadlıq  və  Birlik,  indi  və  əbədi,  vahid  və  ayrılmayan!”  –  sözləri  milli  birlik 
çağırışı idi!” 
Ən  yavaş  danışan,  dəqiqədə  çətinliklə  orta  hesabla  yüz  söz  deyə  bilən  bir 
natiq  kimi  Uebster  özünün  orqana  (musiqi  aləti  –  tərcüməçi)  bənzəyən  dərin 
səsinin musiqili lətafətini, öz canlı təxəyyülünü, opponentlərini faktların alovu ilə 
məhv etmək bacarığını, çıxışın inandırıcı və dəqiq manerası ilə birləşdirərək, həm 
də  zahirən  zərbə  vuran  adam  görünüşü  ilə  onun  nitqləri  bir  maqnitə  çevrilirdi  və 
kütlələri Senatın zalına çəkirdi. O, öz çıxışlarını böyük  qayğıkeşliklə hazırlayırdı, 
lakin onları hazırlanmış mətn şəklində nadir hallarda yazırdı. Bu, necə deyərlər, elə 
idi  ki,  o,  çıxışını  cümləbəcümlə  fikirləşə  bilərdi,  qələmdən  istifadə  etmədən 
cümlələri  ağlında yoxlayıb düzəldirdi və sonra onu elə  dəqiq  fikirləşdiyi  kimi də 
auditoriyaya çatdırırdı. 
Yəqin  ki,  onun  heyrətləndirici  qaydada  görünməsi,  sifətinə  baxanların 
hamısını  inandırması  belə  bir  fikir  yaradırdı  ki,  o,  adamları  idarə  etmək  üçün 
doğulmuşdur. Altı futdan aşağı boyu olmasına baxmayaraq, Uebsterin boy-buxunu
bədən  quruluşu,  çiyinlərinin  qəribə  görünməsi  ona  teatra  xas  olan,  lakin  heybətli 
görünüş  verirdi.  Lakin  əsas  cəhət  onun  qeyri-adi  başı  idi,  müasirləri  onu  yadda 
qalan kimi qeyd edirdilər, Karleyl onun bütün xüsusiyyətlərini xatırlamaqla təsvir 
edir: “Aşılanmış bədən quruluşu, amorf qayaya bənzəyən sifəti, uçuruma bənzəyən 
qaşlarının  altındakı  qaş-qabaqlı,  yalnız  üfürülməyə  ehtiyac  duyan  antrasit  peçinə 
bənzəyən  qara  gözləri,  düzgün  örtülmüş  mastiff  (it  cinsi  –  tərcüməçi)  ağzı”.  Bir 
müasiri  isə  Uebsteri  “yaşayan  yalan”  adlandırırdı,  “çünki  yer  üzərində  heç  kəs 
onun göründüyü kimi elə böyük görünə bilməzdi”. 
Və  Deniel  Uebster  göründüyü  kimi  elə  də  böyük  deyildi.  Qranitdəki  çapıq 
onun  mənəvi  düşüncələrinin  inkişafındakı  uğursuzluq  idi,  çünki  onun  digər 
qabiliyyətləri  kimi  güclü  deyildi.  O,  Birləşmiş  Ştatlar  Bankının  prezidentinə 
göndərdiyi  yazısında  –  elə  həmin  vaxt  Senat  Bank  Xartiyasını  təzələmək  üçün 
açdığı  debatda  “mənim  nökərim  qəbul  edilməmişdir  və  ya  adəti  üzrə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə