M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
424
Bu lüğətlər bir və ikidilli olur. İkidilli frazeoloji lüğətlərdə
müxtəlif dillərin vahidləri qarşılaşdırılır.
1976-cı ildə Ə.Ə.Orucovun hazırladığı “Azərbaycan-
ca-rusca frazeologiya lüğəti” nəşr olunmuşdur. Bu kitab ön
söz, giriş, lüğətin quruluşu haqqında oçerk və lüğət hissə-
sindən ibarətdir. “Giriş”də frazeologiyanın mahiyyətindən
danışılır, yeni maraqlı fikirlər irəli sürülür. “Lüğətin qurulu-
şu haqqında” başlıqda isə 17 maddədə frazeoloji materialın
seçilməsi meyarından, onların lüğətdə yerləşdirilməsi prin-
siplərindən, qarşılaşdırılması qaydalarından bəhs olunur.
Məlum olduğu kimi, Azərbaycan dili olduqca zəngin
frazeoloji vahidlərə malikdir. Bu lüğətə dilimizin frazeoloji
tərkibinə aid olan bütün spesifik vahidlər daxil edilmişdir.
Burada ancaq frazeoloji ifadələr lüğət üçün obyekt götü-
rülmüşdür. Lüğətdə deyilir: “Bu və ya digər frazeoloji ifa-
dələrin lüğətə daxil edilməsi üçün əsas meyar onda məcazi
mənanın olması, obrazlılıq, ekspressivlik üslubi çalarlıq və
sairdir. Buna görə də lüğətə frazeologiyanın yalnız “Leksik
idiomlar” mahiyyəti daşıyan hissəsi daxil edilmişdir”
1
.
Lüğətdə 5.500 frazeoloji vahid əhatə olunmuş, bunların
rusca qarşılığı verilmişdir. Bu lüğət dilimizin frazeoloji ma-
terialının toplanmasına dair faydalı və qiymətli təşəbbüsdür.
Azərbaycan dilinin frazeologiyasına dair M.T.Tağıye-
vin hazırladığı “Rusca-azərbaycanca frazeoloji lüğət”də
də müəyyən material vardır. Adından bəlli olduğu kimi,
burada rus dilinin frazeoloji
vahidlərinə Azərbaycan di-
lində qarşılıq axtarılmış və ya mənanın
başqa vasitələrlə
ifadə olunmasına səy göstərilmişdir. Bu lüğət 1964-cü ildə
və təkmilləşdirilmiş şəkildə 1974-cü ildə nəşr olunmuşdur.
Azərbaycan dili rəngarəng frazeoloji tərkibə malikdir.
İndiyə kimi nəşr olunmuş lüğətlərdə frazeoloji vahidlərin
1
Ə.Ə.Orucov. “Azərbaycanca-rusca frazeologiya lüğəti”, Bakı, 1976, səh. 14.
M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
425
az hissəsi əhatə olunur. Dilimizin frazeoloji materialını ət-
raflı şəkildə toplamaq və onun leksikoqrafik təsvirini verən
xüsusi Azərbaycan dili frazeoloji lüğətinin yaradılması müasir
dilçiliyimizin qarşısında duran aktual vəzifələrdəndir.
Dostları ilə paylaş: