M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
426
§290. Azərbaycanda terminoloji lüğətlərin çapına
1920-ci ildən başlanmışdır
1
.
Həmin ildən indiyə kimi bir
çox elm sahələrinə dair 200-dən çox lüğət çap edilmişdir.
1920–1940-cı illərdə 11, 1941–1960-cı illərdə 30, 1961–1984-cü
illərdə 71 lüğət dərc olunmuşdur. Deməli, terminoloji lü-
ğət nəşri tarixində 1960-1980-ci illər daha məhsuldardır.
Mövcud terminoloji lüğətlər elmlərin müxtəlif sahələ-
rinə aiddir: a)
ictimai elmlərdən – fəlsəfə, siyasi iqtisad,
hüquq, estetika, pedaqogika, psixologiya, dilçilik, ədəbiy-
yatşünaslıq,
ümumi tarix, Azərbaycan tarixi...; b)
təbiət
elmlərindən – biologiya, kimya, fizika,
riyaziyyat, tibb,
anatomiya, botanika, fiziologiya, zoologiya, astronomiya,
geologiya, torpaqşünaslıq...; c)
texnika elmlərindən – tex-
nika, neft və mədən işləri, avtomobil nəqliyyatı,
radio-
elek trotexnika, hidravlika...
Terminoloji lüğətlər xarakterinə görə, əsasən, üç cür
olur: a) izahlı, b) izahlı tərcümə və c) tərcümə.
§291. İzahlı terminoloji lüğətlərdə hər terminin hansı
anlayışı ifadə etdiyi geniş şərh olunur, misallar göstərilir.
Belə lüğətlərə Ə.Mirəhmədovun tərtib etdiyi “Ədəbiyyat-
şünaslıq terminləri lüğəti”ni misal göstərmək olar. Həmin
lüğətdə “inversiya” və “intonasiya” terminləri aşağıdakı
kimi izah olunur
2
.
Dostları ilə paylaş: