M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
427
Vurğunun
“Var olsun şeirimiz, şairlərimiz!” misrasında in-
versiya vardır. Qrammatik qaydaya görə bu misra belə ol-
malı idi: “Şeirimiz, şairlərimiz var olsun!”
Yaxud:
C.Məmmədquluzadənin 1906-cı ildə “Molla Nəsrəd-
din” jurnalında yazdığı aşağıdakı parçanı
nəzərdən ke-
çirək: “Ey mənim müsəlman qardaşlarım!
Əgər bilmək
istəsəniz ki, kimin üstünə gülürsünüz, o vaxt qoyunuz qa-
bağınıza aynanı və diqqət ilə baxınız camalınıza” (
qabağı-
nıza aynanı qoyunuz və diqqət ilə camalınıza baxınız forması
əvəzinə). Söz və ifadələrin inversiya yolu ilə yerdəyişməsi
bədii dili daha güclü və təsirli edir.
Yaxud:
İNTONASİYA – danışıq tərzi, tələffüz xüsusiyyəti, səs
tonunun ucalıb alçalması. Danışan adamın bəhs etdiyi möv-
zuya,
hadisəyə,
məsələyə,
yaxud müraciət etdiyi adama,
əşyaya, hədəfə münasibəti, onların həmin şəxsdə oyatdığı
hiss və həyəcan intonasiyada özünün aydın
ifadəsini ta-
pır. Bədii əsərdə cümlənin ahəngi, melodik quruluşu, ruhu
müxtəlif olur; başqa sözlə, cümlənin intonasiyası sual, nida,
kinayə, adi təhkiyə və s. səciyyəsi daşıyır. Danışan adamın
bu və ya başqa sözə, ifadəyə vermək istədiyi konkret mə-
nanı, canlı məna çalarını bildirməkdə intonasiya xüsusi rol
oynayır. Məsələn, “vur” nidası müxtəlif məqamda müxtəlif
intonasiyada işlədilə bilər. Sabirin məşhur “Balaca səhnə”
tərcüməsində mülkədarın dilindən deyilən
“Vur! Vur ki, gə-
tirməyibdir arpa!” əmrində qəddarlıq, zalımlıq; S.Vurğunun
“Raport” şeirində “
Vur! – dedim, – vur! Zərbələrini bərk vur!”
xitabında isə adamları yeni həyat quruculuğuna, əmək rəşa-
dətinə ruhlandırmaq cəhdi aydın hiss olunur.
M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
428
§292. İzahlı tərcümə terminoloji lüğətlərdə bu və ya
digər terminin qarşılığı başqa dildə göstərilir və sonra iza-
hat verilir. Ə.Fərəcovun tərtib etdiyi “İzahlı dilçilik lüğəti”
belə lüğətlərə aiddir. Burada dilçilik terminlərinin yunan-
ca, rusca,
ingiliscə, fransızca, almanca, ispanca qarşılığı
göstərilir
və sonra izahat verilir
1
. Məsələn:
Dostları ilə paylaş: