M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
84
SAMİT SƏSLƏRİN BÖLGÜSÜ
§37. Müasir Azərbaycan ədəbi dilindəki samitlər dörd
prinsipə əsasən aşağıdakı şəkildə təsnif olunur:
I.
Əmələgəlmə yerinə görə, II.
Əmələgəlmə üsuluna
görə, III. Səs
tellərinin vəziyyətinə görə, IV. Tərkibə görə.
I. ƏMƏLƏGƏLMƏ YERİNƏ GÖRƏ
SAMİTLƏRİN BÖLGÜSÜ
§38. Müxtəlif samitlərin formalaşmasında danışıq
üzvlərindən bu və ya digəri daha mühüm rol oynayır. Bu
cəhətdən samitlər üç qrupa bölünür: dil samitləri, dodaq
samitləri, boğaz samitləri.
Şəkil 11. [d] səsinin tələffüzün-
də dilin vəziyyəti
Şəkil 12. [ğ] səsinin tələffüzün-
də dilin vəziyyəti
1) Dil samitləri. Dilin fəal iştirakı ilə əmələ gələn samit-
lər
dil samitləri adlanır. Bu samitlərdən bəzilərinin əmələ
gəlməsində dilin ön hissəsi, bəzilərində orta, bəzilərində isə
arxa hissəsinin xüsusi rolu vardır. Buna görə də dil samitləri
üç cür olur: a) dilönü, b) dilortası, c) dilarxası samitlər.
M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
85
a) Dilönü samitlər. Dilin ön hissəsinin fəal iştirakı ilə
yaranan samitlərə
dilönü samitlər deyilir.
Dilimizdə on
bir dilönü samit vardır. Həmin samitlər bunlardır:
t, d, s,
Dostları ilə paylaş: