II. ƏMƏLƏGƏLMƏ ÜSULUNA GÖRƏ
SAMİTLƏRİN BÖLGÜSÜ
§39. Dilimizdəki samitlərin formalaşmasında danı-
şıq üzvləri çox müxtəlif şəkillərə düşür və buna əsasən də
müxtəlif tipli səslər yaranır.
Müasir Azərbaycan ədəbi dilində əmələgəlmə üsulu-
na görə samitlər iki cürdür: 1) partlayan samitlər, 2) sür-
tünən samitlər.
1) Partlayan samitlər. Tələffüz zamanı hava axını-
nın qarşısını kipləşərək kəsmiş danışıq üzvlərinin birdən
açılması nəticəsində yaranan samitlərə partlayan samitlər
deyilir. Məsələn, p samiti tələffüz olunarkən dodaqlar kip-
ləşərək ağciyərdən gələn hava axınının qarşısını kəsir və
sonra birdən açılır ki, bunun nəticəsində hava ağızdan, bir
növ, partlayaraq çıxır.
Müasir Azərbaycan ədəbi dilində on partlayan samit
vardır: k, g, p, b, t, d, q, m, n, k'
Bu samitlərə, eyni zamanda, kipləşən samitlər də deyilir.
2) Sürtünən samitlər. Tələffüz zamanı danışıq üzv-
lərinin yaxınlaşıb növ əmələ gətirməsi, yaxud da kipləş-
miş üzvlərin yavaş-yavaş aralanması nəticəsində yaranan
səslərə sürtünən samitlər deyilir. Sürtünən samitlərdə səs
axını ağızdan sürtünərək çıxır.
Müasir Azərbaycan ədəbi dilində on iki sürtünən sa-
mit vardır: z, s, j, ş, v, f, y, l, r, ğ, x, h.
Sürtünən samitlərə novlu samitlər də deyilir.
Partlayan
Sürtünən
Samitlər
k, g, p, b, t, d, q, m, n, k'
z, s, j, ş, v, f, y, 1, r, ğ, x, h
M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
88
III. SƏS TELLƏRİNİN VƏZİYYƏTİNƏ GÖRƏ
SAMİTLƏRİN BÖLGÜSÜ
§40. Bəzi samitlərin tələffüzündə səs telləri gərginlə-
şir, bəzilərində isə gərginləşmir. Hava axını səs kanalı ilə
sərbəst keçdikdə səs tellərinə bir o qədər təsir etmir, lakin
səs axını sərbəst şəkildə çıxa bilmədikdə səs tellərinə güclü
toxunur və onun şiddətli titrəməsinə və gərginləşməsinə
səbəb olur. Belə bir cəhətə görə samitlər iki yerə bölünür:
a) kar samitlər, b) cingiltili samitlər.
Dostları ilə paylaş: |