M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
31
Bədii üslubun bu formaları bir sıra cəhətləri və əlamət-
lərinə görə bir-birindən fərqlənir. Məsələn, şeirlə yazılan
əsərlərdə müəyyən ölçü olur; belə ki, şeirdə hecalara fikir
verilir, qafiyə nəzərə alınır və s. Lakin nəsr əsərlərində bu
ölçülər hazırkı dövrdə nəzərə alınmır (ədəbiyyatımızda
qafiyəli nəsr də olmuşdur).
Bədii üslubun hər iki formasında
janrlarla əlaqədar
bir sıra üslublar da olur, məsələn:
1) qəzəl üslubu;
2) qoşma üslubu;
3) dram üslubu;
4) hekayə üslubu;
5) satira üslubu və s.
Ədəbi dilin bədii üslubunun bir sıra özünəməxsus xü-
susiyyətləri vardır ki, bunlar onu başqalarından fərqləndirir.
Həmin fərqlər, əsasən, aşağıdakı sahələrdə özünü göstərir.
Söz seçməkdə. Bədii üslubda yazılan əsərlərdə müx təlif
söz qruplarına müraciət olunur və oradan rəngarəng sözlər
seçilib işlədilir. Dildə elə bir söz qrupu ola bilməz ki, bədii üs-
lub oradan istifadə etməsin. Dildə hər nə varsa, bədii üslubun
ixtiyarındadır. Bədii üslubda bu və ya başqa üslubi məqam,
yaxud surətin nitqini fərdiləşdirmək üçün, sənət,
peşə ilə
əlaqədar və ya dialekt sözlərindən istifadə edilir. Bununla
bərabər, həmin üslubda sözlərin məna qruplarından – eyni
səslənməyə malik müxtəlif sözlərdən (omonim); müxtəlif for-
malı, lakin yaxın məna ifadə edən sözlərdən (sinonim); məna-
ca bir-birinin ziddi olan sözlərdən (antonim); formaca yaxın,
lakin müxtəlifmənalı sözlərdən (paronim) bədii ifadə vasitəsi
kimi çox geniş istifadə olunur. Bütün bunlar isə oxucu və ya
dinləyicinin bədii zövqünü oxşamağa qüvvətli təsir göstərir.
Dostları ilə paylaş: