6. MÜASİr az-n əDƏBİ DİLİ. indd



Yüklə 9,04 Mb.
Pdf görüntüsü
səhifə19/275
tarix03.06.2022
ölçüsü9,04 Mb.
#88604
1   ...   15   16   17   18   19   20   21   22   ...   275
6. MÜASİR AZ-N ƏDƏBİ DİLİ maket Sayfa-454

3. Ədəbi dilin elmi üslubu
Fikrin elmi şəkildə ifadə olunması elmi üslub adlanır. 
Elmi üsluba eyni zamanda elmi dil də deyilir. Elmi üslub-
da obrazlılıq, emosionallıq olmur. Buraya bütün elmi yə 
metodik əsərlərin dili daxildir.
Azərbaycan ədəbi dilində elmi üslub bədii üslubdan 
sonra formalaşmağa başlamışdır. Bu üslub tarix boyu ge-
niş təkmilləşmə və inkişaf yolu keçmişdir. Hazırda elmin 
bütün sahələrinə dair bu üslubda mükəmməl elmi əsərlər 
yaradılır. Elmi üslubu digər üslublardan fərqləndirən bir 
sıra xüsusiyyətlər vardır. Həmin xüsusiyyətlər, əsasən, 
aşağıdakılarla müəyyənləşir:
Fikrin elmi izahı. Elm təbiət və cəmiyyət qanunlarını 
aydınlaşdırır. Buna görə də elm mövcud anlayışlara dair 
dəqiq izahat tələb edir; müəyyən məsələ şərh olunarkən 
elmi təfəkkür əsas götürülür. Bu xüsusiyyət elmi üslubu 
digər üslublardan fərqləndirir.
Terminlərin çox işlənməsi. Məlum olduğu üzrə, termin 
elmin əlifbasıdır. Elə buna görə də elmi üslubda elmin 
müxtəlif sahələrinə dair aparılan tədqiqatla əlaqədar ter-
minlərdən geniş istifadə olunur.
Sözün həqiqi mənada işlənilməsi. Elmi üslub üçün əsas 
əlamətlərdən biri sözü ilk mənasında işlətməkdir. Bu üslub-
da sözlərin məcazi, yaxud bir neçə mənada işlədilməsinə, 
əsasən, yol verilmir. Çünki elmi üslubda sözlərin çoxməna-
lılığı bəzən dolaşıqlığa, anlaşılmazlığa səbəb ola bilir.


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
34
Xüsusi ifadələrin işlədilməsi. Elmi üslubda bu və ya di-
gər məsələ şərh olunarkən “tədqiqat göstərir ki”, “belə nə-
ticəyə gəlmək olur ki”, “bu nöqteyi-nəzərdən” və s. kimi 
xüsusi ifadələrdən tez-tez istifadə olunur. Bunlar elmi üs-
lubun xüsusiyyətləri ilə bağlı ifadələrdir.
Mürəkkəb sintaktik konstruksiyaların tələb olunması. Elmi 
üslubda bu və ya digər anlayışı dəqiq və düzgün ifadə et-
mək üçün dilin bütün qrammatik vasitələrindən, o cüm-
lədən, mürəkkəb sintaktik quruluşlu cümlələrdən istifadə 
edilir.
Müxtəlif işarələrin işlədilməsi. Ayrı-ayrı elm sahələri ilə 
əlaqədar olaraq, elmi üslubda yazılan əsərlərdə müxtəlif 
işarələr sistemindən istifadə edilir. Dialektlərə aid yazılmış 
əsərlərdə transkripsiya ilə əlaqədar işarələr buna misal ola 
bilər.
Qədim yunan və latın əlifbalarından istifadə olunması. 
Bəzi elm sahələrində yunan və latın hərflərinə müraciət 
olunur. Məsələn, iks [x]iqrek [y] və s.
Bu və ya digər tədqiqat işi elmi üslubda şərh olu-
narkən hər bir müəllifin fərdi üslubu yaranır. Lakin bu 
fərdi üslub bədii üslubda yaranan fərdi üslub kimi xüsusi 
mahiyyətə malik olmur.
Elmi üslub bədii üslub qədər kütləvi xarakter daşımır. 
Belə ki, bədii üslubda yazılan hər bir parçanı hamı oxuyan-
da və ya eşidəndə başa düşür, lakin elmi üslubda müxtəlif 
sahələrə aid yazılan əsərləri hamı dərk edə bilmir.

Yüklə 9,04 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   275




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə