M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
32
bunları çox müxtəlif formalarda, müxtəlif məqam və və-
ziyyətdə işlətmək olur.
Bədii ədəbiyyatda ayrı-ayrı sözlərdən yeni mənalarda
istifadə olunması onların məcazi məna kəsb etməsi imkan-
ları ilə bağlıdır. Hər bir sözün məcazi mənası dildə müəy-
yən obrazlılıq əmələ gətirir. Bədii ədəbiyyatda məcazların
müxtəlif formalarından olduqca geniş şəkildə istifadə edi-
lir. Buna görə də bədii üslub obrazlı olur və bu cəhətinə
əsasən digər üslublardan fərqlənir.
Qrammatik vasitələrin istifadəsində. Bədii üslubda
bəzi dil vasitələrinə bədii meyarla yanaşılır. Bu və ya başqa
bir vasitə bədii qanunlara müvafiq
olaraq bədii zərurət
əsasında işlənilir. Bədii üslubda
sintaktik fiqurlar – ritorik
suallar, bədii nidalar və xitablar çox işlənir. Bu da, öz növ-
bəsində, onu başqa üslublardan fərqləndirir.
Fonetik materialın istifadəsində.
Bədii üslubda di-
lin səs sistemi, bir növ, estetik təsir vasitəsinə çevrilir. Xü-
susən poeziyada gözəl ahəng, musiqilik səslərlə yaradılır.
Eyni zamanda, səslərin fonetik sıralanması ilə bəzən ifa-
dənin təsiri də qüvvətləndirilir. Belə bir vəziyyət, əsasən,
bədii üslub üçün xarakterikdir.
Sitatlardan istifadə. Bədii üslubda sitatlardan geniş
istifadə olunur. Burada işlənilən hər bir
poetik sitat öz və-
zifəsinə görə elmi sitatdan fərqlənir.
Poetik sitatlar bədii
surətlərin nitqini fərdiləşdirmək və sair kimi üslubi cəhət-
lər üçün işlənilir
1
.
Epiqrafların verilməsində. Bədii üslubda epiqraflara
tez-tez müraciət olunur. Hər bir epiqraf mətnin əvvəlində
verilərək həmin mətnin məzmunu ilə uyğun gəlir. Bunların
vasitəsilə müəllif ifadə olunan fikrin təsirini daha da artırır.
1
Bu haqda ətraflı məlumat almaq üçün müəllifin “Bədii əsərlərin dilində poetik sitatların
üslubi rolu” (V.İ.Lenin ad. APİ-nin
əsərləri, № 2, 1965) adlı məqaləsinə baxmaq olar.
M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
33
Bədii üslub bütün öz xüsusiyyətləri ilə olduqca obraz-
lı, emosional və ekspressivdir. Bu üslub başqa üslublara
nisbətən xalq danışıq dilinə daha yaxındır. Hazırda Azər-
baycan ədəbi dilinin bədii üslubu çox inkişaf etmişdir. Bu
üslub ədəbi dilin və xalq danışıq dilinin xüsusiyyətləri əsa-
sında get-gedə daha da təkmilləşir.
Dostları ilə paylaş: