6. MÜASİr az-n əDƏBİ DİLİ. indd


deyilir. Deməli, fo- netika ümumiyyətlə səsdən deyil, ancaq danışıq səslərin- dən bəhs edir. FONETİKANIN ƏHƏMİYYƏTİ



Yüklə 9,04 Mb.
Pdf görüntüsü
səhifə30/275
tarix03.06.2022
ölçüsü9,04 Mb.
#88604
1   ...   26   27   28   29   30   31   32   33   ...   275
6. MÜASİR AZ-N ƏDƏBİ DİLİ maket Sayfa-454

1
deyilir. Deməli, fo-
netika ümumiyyətlə səsdən deyil, ancaq danışıq səslərin-
dən bəhs edir.
FONETİKANIN ƏHƏMİYYƏTİ
§15. Fonetikanın həm nəzəri, həm də əməli əhəmiyyə-
ti vardır. Fonetikanı bilmədən dilin lüğət tərkibini, qram-
matik quruluşunu istənilən şəkildə öyrənmək mümkün 
deyildir.
Fonetika dilin tarixini öyrənməyə, ayrı-ayrı sözlərin 
etimologiyasını aydınlaşdırmağa və dillərin qohumluğu-
nu müəyyən etməyə geniş imkan yaradır. Fonetika başqa 
dillərdən alınan sözləri mövcud dilə uyğunlaşdırmaqda 
xüsusi rol oynayır. Belə ki, başqa dillərdən alınan sözlər 
dilin fonetik sisteminin tələblərinə tabe edilir.
Fonetikanın dərindən öyrənilməsi əsasında ana dili-
nin düzgün tələffüz qaydaları mənimsənilir. Fonetika or-
foqrafik normaların qaydaya salınması və mənimsənilmə-
sində də müəyyən əhəmiyyət kəsb edir.
1
Fonetika yunan mənşəli sözdür, phone – səs deməkdir, phonetike – isə səsə məxsus təlim 
anlayışını bildirir.


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
54
ÜMUMİ VƏ XÜSUSİ FONETİKA
§16. Dünyada mövcud olan bütün dillərin səs sistemi, 
təbii olaraq, bir-birinin eynini təşkil etmir. Burada ümumi 
cəhətlərlə yanaşı, hər bir dilin fonetik quruluşu başqasın-
dan bu və ya digər cəhətdən fərqlənir. Hətta qohum dillə-
rin fonetik tərkibində də müəyyən yaxınlıq, oxşarlıq olsa 
da, bunların fərqli cəhətləri vardır. Belə bir cəhətə əsasən 
fonetikanın iki forması meydana çıxmışdır: ümumi foneti-
kaxüsusi fonetika.
Ümumi fonetika. Danışıq səsləri haqqında ümumi nəzə-
ri məlumat verən fonetikaya ümumi fonetika deyilir. Burada 
danışıq səsini əmələ gətirən üzvlərdən, onların vəzifələrin-
dən və digər məsələlərdən ümumi şəkildə bəhs olunur.
Ümumi fonetika bütün dillərin fonetik materialları 
üzərində yaradılır. Buna görə də ayrı-ayrı dillərin fonetikası 
öyrənildikcə ümumi fonetikaya yeni-yeni faktlar daxil olur.

Yüklə 9,04 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   275




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə