M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
55
1. Tarixi fonetika. Dilin
fonetik tərkibini tarixilik
möv qe yindən tədqiq edən fonetikaya
tarixi fonetika deyi-
lir. Bu fonetikanın
tədqiqat obyekti yazılı abidələrdir. Bu-
rada bu və ya başqa fonetik hadisə təhlil olunarkən dilin
müasir səs sistemindən istifadə olunur. Buna görə də tarixi
fonetikada müasir dilin səsləri də öyrənilir.
Tarixi fonetikada hər hansı
bir hadisənin təhlilində,
əsasən, müqayisəli-tarixi metoddan istifadə olunur.
2. Müqayisəli fonetika. Bir dilin, yaxud müxtəlif dil-
lərin səs sistemini müqayisəli şəkildə öyrənən fonetikaya
müqayisəli fonetika deyilir. Müqayisəli fonetikada
müqa-
yisə üsulundan
istifadə olunur.
Fonetikanın bu növündə həm qohum, həm də qohum
olmayan dillərdən birinin və ya bir neçəsinin səs sistemi
müqayisə edilə bilir. Qohum dillərin, yaxud bir dilin ədə-
bi və danışıq qollarının səs sisteminin müqayisə olunması
elmi məqsəd daşıyır. Lakin qohum olmayan dillərin səs sis-
teminin müqayisəsi, əsasən, praktiki əhəmiyyətə malikdir.
Məsələn, Azərbaycan və rus dillərinin səslərinin müqayisə
edilməsi tədrislə əlaqədar olub, hər iki dilin yaxşı mənim-
sənilməsinə kömək edir.
Dostları ilə paylaş: