F
əlsəfə və sosial-siyasi elmlər – 2010, № 2
t
əsvir edir. İnsan yalnız yeni vərdişlər (namaz, oruc, zəkat kimi) qazanır
v
əssəlam. Muğam isə dini yol, mömini yolçu kimi təqdim edir.
Və yolçu bu-
rada h
əyatı uzunu öz əsilliyinə doğru yüksəlir. “Hər kəs üçün etdiyi əməllə-
r
ə görə dərəcələr vardır. Rəbbin onların nə etdiklərindən qafil deyildir!”
(6:132). Burada hansı ekzistensial dərinliyə cəsarət edirsənsə,
o məqama
doğru irəliləyirsən. Və hər pillə həm təkrardır, həm də təkarolunmazlıq.
V
ə ən nəhayətdə muğam özündə böyük təskinlik daşıyır. Onun uzun-
ömürlüyünün
ən əsas səbəbi də bundadır. Muğam böyük Psixoloqdur. Mu-
ğama qulağını və deməli ürəyini verən dinləyici tez bir zamanda özü də bil-
m
ədən muğamın qəhrəmanı ilə eyniləşir və onunla ekzistensial səyahətə çı-
xan insan eyni ruhani inkişaf məqamlarını, virtual da olsa, keçərək
sonda əsl
t
əskinliyə qovuşmuş olur. Bu təskinlik insani mövcudluğun bir çox tərəfləri-
nin d
ərki ilə hazırlanır. Onların sonsuz palitrasını müəyyən etmək insan im-
kan
ları xaricindədir. Güclü katarsik potensiyası ilə muğam insanın gizlinlə-
rini aşkara çıxardaraq onu dərin və ağır yaşantılar burulğanına qərq edir.
Dua, izhar patetikasında inkişaf edən musiqi motivi insanı təmizlədikcə tə-
mizl
əyir və insan bu burulğanda batmır, ilahi okean sonda yorulmuş insanı
ilahi ilkinlik sahill
ərində buraxır. Həqiqi qayıdış – insanın Allaha qayıtması,
Onda sakitl
əşməsi baş verir. “...Bəli! Zira Allahın xatırlanması ilə sakitləşər
ür
əklər.” (13:28) və “Zira axır dönüş Rəbbinədir!”(96:8).
Muğamın həqiqi fəlsəfəsinə qayıdışı zəruri edən başlıca arqument
onun müasirlikd
ə muzeyləşmiş, konservasiya olunmuş şəkildə mövcudluğu-
dur. Muğamın melodik zənginliyi müasir Azərbaycan (və əminliklə demək
olar ki, t
əkcə Azərbaycan yox) musiqi mədəniyyətinin (simfonik,
caz və pop
musiqisinin) inkişafı üçün tükənməz xəzinədir. Lakin məyusluq yaradan hal
onun inkişaf etməməsi, yeni muğamların yaranmamasıdır. Belə çıxır ki, mü-
asirl
ərimiz ata-babalarımızın qoyduğu xəzinəni xərcləyən və yaxşı halda
qoruyan s
ələflərdir. Bəs, artırmaq, inkişaf etdirmək necə? Doğrudanmı, bu
v
əzifə fantastika bölməsindəndir? Bəlkə, onu mümkünsüz edən muğamın
f
əlsəfi zəminin itirilməsi, ciddiyə alınmamasıdır?
- 142 -
Milli-m
ənəvi dəyərlər
İstifadə olunmuş ədəbiyyat:
1.
Бердяев Н. Самопознание. Москва, «ДЭМ», 1990, с.85
2.
Qurandan g
ətirilən sitatlar akademik İ.Kraçkovskinin tərcüməsi əsasında
verilir /Коран, Перевод и комментарии И.Ю.Крачковского, Баку,
Язычы, 1990, 744с.
3.
X
əlilov S.S.
Mənəviyyat fəlsəfəsi, Bakı, “Azərb.Un.”, 2007, s.300
4.
Алекперов А. Мугам как азербайджанское явление в тюркском мире
http://turkolog.narod.ru/info/N1.htm
5.
A. Əfəndiyev.Müdriklik səlahiyyəti.Bakı, Gənclik, 1976, s. 192.
6.
Asif Ata. Muğam fəlsəfəsi/http://www.asifata.com/mugamfelsefesi1.htm
7.
Asif Ata. Muğam fəlsəfəsi/http://www.asifata.com/mugamfelsefesi4.htm
8.
Муслим Магомаев. Любовь моя –мелодия, Москва, Издательство
«ВАГРИУС» 1999 г./
http://magomaev.info/book/
The Philosophy of Mugam
(summary)
This article explores the philosophy of mugam which is one the fundamental
monument of Azerbaijani musical art. The author tries to substantiate the
identity
of the Koran and mugam in terms of aesthetics. According to him the philosophy
of mugam directs the human being to the cognition of the being properly and to the
real peace by melting in Allah. The author also explores
the concept of zikr and its
transformative power and aims to explain the structure of mugam and its
philosophical meaning.
Key Words:
mugam, Islam, philosophy, zikr, aesthetics.
Философия мугама
(p
езюме)
Статья посвящена раскрытию философии мугама - главного памятника
музыкального искусства Азербайджана. Автор утверждает, что эстетика
Корана и мугама идентичны. Идентична Корану и философия мугама –
вернуть человека к адекватности восприятия бытия, приобщиться к
истинному утешению через растворение в Боге. Большое место в статье
отведено понятию зикр (воспоминание) и его трансформирующей потенции.
Предпринята попытка философского осмысления структуры и основных
музыкальных инструментов мугама – тара и каманчи.
Ключевые слова: мугам, ислам, философия, зикр, эстетика.
- 143 -