A f s e a fəLSƏFƏ


F əlsəfə və sosial-siyasi elmlər – 2010, № 2



Yüklə 5,4 Kb.
Pdf görüntüsü
səhifə62/82
tarix26.11.2017
ölçüsü5,4 Kb.
#12670
1   ...   58   59   60   61   62   63   64   65   ...   82

F
əlsəfə və sosial-siyasi elmlər – 2010, № 2 
 
 
t
əsvir  edir.  İnsan  yalnız  yeni  vərdişlər (namaz, oruc, zəkat  kimi)  qazanır 
v
əssəlam. Muğam isə dini yol, mömini yolçu kimi təqdim edir. Və yolçu bu-
rada h
əyatı uzunu öz əsilliyinə doğru yüksəlir. “Hər kəs üçün etdiyi əməllə-
r
ə  görə  dərəcələr  vardır.  Rəbbin  onların  nə  etdiklərindən qafil deyildir!” 
(6:132).  Burada  hansı  ekzistensial  dərinliyə  cəsarət edirsənsə, o məqama 
doğru irəliləyirsən. Və hər pillə həm təkrardır, həm də təkarolunmazlıq.  
V
ə ən nəhayətdə muğam özündə böyük təskinlik daşıyır. Onun uzun-
ömürlüyünün 
ən əsas səbəbi də bundadır. Muğam böyük Psixoloqdur. Mu-
ğama qulağını və deməli ürəyini verən dinləyici tez bir zamanda özü də bil-
m
ədən muğamın qəhrəmanı ilə eyniləşir və onunla ekzistensial səyahətə çı-
xan insan eyni ruhani inkişaf məqamlarını, virtual da olsa, keçərək sonda əsl 
t
əskinliyə qovuşmuş olur. Bu təskinlik insani mövcudluğun bir çox tərəfləri-
nin d
ərki ilə hazırlanır. Onların sonsuz palitrasını müəyyən etmək insan im-
kan
ları xaricindədir. Güclü katarsik potensiyası ilə muğam insanın gizlinlə-
rini  aşkara  çıxardaraq  onu  dərin və  ağır  yaşantılar  burulğanına  qərq edir. 
Dua, izhar patetikasında inkişaf edən musiqi motivi insanı təmizlədikcə tə-
mizl
əyir və insan bu burulğanda batmır, ilahi okean sonda yorulmuş insanı 
ilahi ilkinlik sahill
ərində buraxır. Həqiqi qayıdış – insanın Allaha qayıtması, 
Onda sakitl
əşməsi baş verir. “...Bəli! Zira Allahın xatırlanması ilə sakitləşər 
ür
əklər.” (13:28) və “Zira axır dönüş Rəbbinədir!”(96:8). 
Muğamın  həqiqi fəlsəfəsinə  qayıdışı  zəruri edən  başlıca  arqument 
onun müasirlikd
ə muzeyləşmiş, konservasiya olunmuş şəkildə mövcudluğu-
dur. Muğamın melodik zənginliyi müasir Azərbaycan (və əminliklə demək 
olar ki, t
əkcə Azərbaycan yox) musiqi mədəniyyətinin (simfonik, caz və pop 
musiqisinin) inkişafı üçün tükənməz xəzinədir. Lakin məyusluq yaradan hal 
onun inkişaf etməməsi, yeni muğamların yaranmamasıdır. Belə çıxır ki, mü-
asirl
ərimiz ata-babalarımızın  qoyduğu  xəzinəni xərcləyən və  yaxşı  halda 
qoruyan s
ələflərdir. Bəs, artırmaq, inkişaf etdirmək necə? Doğrudanmı, bu 
v
əzifə  fantastika bölməsindəndir? Bəlkə, onu mümkünsüz edən  muğamın 
f
əlsəfi zəminin itirilməsi, ciddiyə alınmamasıdır?  
 
 
 
 
 
 
 
- 142 - 


Milli-m
ənəvi dəyərlər 
 
İstifadə olunmuş ədəbiyyat: 
 
1.
 
Бердяев Н. Самопознание. Москва, «ДЭМ», 1990, с.85 
2.
 
Qurandan g
ətirilən  sitatlar  akademik  İ.Kraçkovskinin  tərcüməsi  əsasında 
verilir  /Коран,  Перевод  и  комментарии  И.Ю.Крачковского,  Баку, 
Язычы, 1990, 744с. 
3.
 
X
əlilov S.S. Mənəviyyat fəlsəfəsi, Bakı, “Azərb.Un.”, 2007, s.300 
4.
 
Алекперов  А.  Мугам  как  азербайджанское  явление  в  тюркском  мире 
http://turkolog.narod.ru/info/N1.htm
 
5.
 
A. Əfəndiyev.Müdriklik səlahiyyəti.Bakı, Gənclik, 1976, s. 192. 
6.
 
Asif Ata. Muğam fəlsəfəsi/http://www.asifata.com/mugamfelsefesi1.htm 
7.
 
Asif Ata. Muğam fəlsəfəsi/http://www.asifata.com/mugamfelsefesi4.htm 
8.
 
Муслим  Магомаев.  Любовь  моя  –мелодия,  Москва,  Издательство 
«ВАГРИУС» 1999 г./ 
http://magomaev.info/book/
 
 
 
The Philosophy of Mugam 
(summary) 
 
This article explores the philosophy of mugam which is one the fundamental 
monument of Azerbaijani musical art. The author tries to substantiate the identity 
of the Koran and mugam in terms of aesthetics. According to him the philosophy 
of mugam directs the human being to the cognition of the being properly and to the 
real peace by melting in Allah. The author also explores the concept of zikr and its 
transformative power and aims to explain the structure of mugam and its 
philosophical meaning.  
 
Key Words:
 mugam, Islam, philosophy, zikr, aesthetics.  
 
Философия мугама 
(p
езюме) 
 
 
Статья посвящена раскрытию философии мугама - главного памятника 
музыкального  искусства  Азербайджана.  Автор  утверждает,  что  эстетика 
Корана  и  мугама  идентичны.  Идентична  Корану  и  философия  мугама  – 
вернуть  человека  к  адекватности  восприятия  бытия,  приобщиться  к 
истинному  утешению  через  растворение  в  Боге.  Большое  место  в  статье 
отведено понятию зикр (воспоминание) и его трансформирующей потенции. 
Предпринята  попытка  философского  осмысления  структуры  и  основных 
музыкальных инструментов мугама – тара и каманчи. 
 
Ключевые слова: мугам, ислам, философия, зикр, эстетика. 
 
- 143 - 


F
əlsəfə və sosial-siyasi elmlər – 2010, № 2 
 
 
 
Mugam felsefesi  
(özet) 
 
Bu makale Azerbaycan müzik sanatının temel yapıtı olan mugamın felsefesi-
ni ele almaktadır. Yazar makalede Kuran’la mugamın estetik açıdan benzer oldu-
ğunu temellendirmeye çalışmaktadır. Mugamın felsefesi de Kurana benzerdir. O, 
insanı varlığın gerektiği şekilde derk edilmesine, Allah’ta eriyerek gerçek huzura 
kavuşöaya  yöneltmektedir.  Makalede  aynı  zamanda,  zikir  kavramına  ve  onun 
dönüştürücü  gücüne  de  özel  yer  ayrılmış,  mugamın  yapısı  ve  temel  müzik 
enstrumanları olan tar ve kemençenin felsefi bakımdan anlaşılması hedeflenmiştir.  
 
Anahtar kelimeler
muqam, islam, felsefe, zikr, estetik. 
 
 
 
- 144 - 


Yüklə 5,4 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə