A f s e a fəLSƏFƏ


F əlsəfə və sosial-siyasi elmlər – 2010, № 2



Yüklə 5,4 Kb.
Pdf görüntüsü
səhifə70/82
tarix26.11.2017
ölçüsü5,4 Kb.
#12670
1   ...   66   67   68   69   70   71   72   73   ...   82

F
əlsəfə və sosial-siyasi elmlər – 2010, № 2 
 
 
 
n
əfsin pəhrizi, qidada mötədillik, tənha yaşamaq, ali zikrlərə sadiqlik – nur-
lan
mışların təlimi bundan ibarətdir. 
186 
H
ətta qızıl pul yağmuru belə ehtiraslara məmnunluq gətirməyəcək. 
Müdrik olan bilir: ehtiraslar x
əstədirlər və onlarda elə bir sevinc də yoxdur. 
187 
O h
ətta səmavi həzzlərdə belə məmnunluq tapmır. Tam nurlanmış şa-
gird yalnız arzunun olmamasına sevinir. 
188 
Qorxudan 
əzab çəkən insanlar hər bir sığınacağa müraciət edərlər: 
dağlara, meşələrə, meşədəki ağaclara, qəbirlərə. 
189 
Lakin axı belə bir sığınacaq da təhlükəsiz deyil, belə bir sığınacaq da 
ən yaxşısı deyil. Belə bir sığınacağa sığınan bütün bəlalardan qurtulmur. 
190 
O k
əs ki, Buddada, Dhammada və Sanqhada sığınacaq tapmışdır, əsl 
biliy
ə sahib olan o kəs, Dörd nəcib həqiqəti görür. 
191 
Zülm, zülmün m
ənşəyi və zülmün aradan qaldırılması və Nəcib sək-
kizli yol, zülmün durdurulmasına aparan
2

192 
Bax bel
ə bir sığınacaq təhlükəsizdir, belə sığınacaq ən yaxşısıdır. Belə 
sığınacağa yetişən bütün bəlalardan qurtulur. 
193 
N
əcib insanı tapmaq çətindir: o hər yerdə doğulmur. Lakin belə müd-
ri
kin doğulduğu yerdə xoşbəxt nəsil çiçəklənir. 
194 
İlahi rəhmət var nurlanmışların doğuluşunda, ilahi rəhmət var həqiqi 
dhamma t
əlimində, ilahi rəhmət var sanqhanın sülhündə, ilahi rəhmət var 
sülh içind
ə yaşayanların zahidliyində. 
1
 
Praktimokşa – sanqhada mövcud olmuş qayda və etik çərçivələr. 
2
 Burada Dörd n
əcib həqiqət qısa şəkildə verilib. 1) dünyada zülm, əzab var; 2) zülmün, 
əzabların  səbəbləri var; 3) səbəb  aradan  qaldırılsa,  zülm  və  əzab dayanar; 4) zülmün və 
əzabın dayanmasına Nəcib səkkizli yol aparır: düzgün baxış, düzgün niyyət, düzgün nitq, 
düzgün 
əməllər, düzgün həyat tərzi, düzgün səylər, düzgün xatırlama, düzgün zikr. 
 
- 168 - 
                                                                                                                            


T
ərcümələr 
 
195-196 
Hörm
ətə layiq olanlara (istər nurlanmışlar olsun, istər şagirdlər) hör-
m
ət edən, maneəni aşmışlara, qəm və şikayətdən qurtulmuşlara, azadlığa 
çatmışlara və qorxubilməzlərə hörmət edən kəsin məziyyətlərini heç kim 
sayıb qurtara bilməz. 
 
II.
 
SƏADƏT BARƏDƏ FƏSİL 
 
197 
O! Biz çox xoşbəxt yaşayırıq, düşmənçilik edənlər içində düşmənçilik 
etm
əyənlər; düşmənçilik edən insanlar içində yaşayırıq biz, düşmənçilik 
etm
əyənlər. 
198 
O! Biz çox xoşbəxt yaşayırıq, xəstələr içində xəstə olmayanlar; xəstə 
insanlar içind
ə yaşayırıq biz, xəstə olmayanlar. 
199 
O! Biz çox xoşbəxt yaşayırıq, üzülənlər içində üzüntü bilməyənlər; 
üzül
ən insanlar içində yaşayırıq biz, üzüntü bilməyənlər. 
200 
O! Biz çox xoşbəxt yaşayırıq, baxmayaraq ki, heç nəyimiz yoxdur. 
Biz sevincl
ə qidalanacağıq, işıq saçan tanrılar kimi. 
201 
Q
ələbə nifrət yaradır; məğlub olmuş qüssədə yaşayır. Səadətdə 
yaşayır sakit olan, qələbədən və məğlubiyyətdən imtina edərək. 
202 
Ehtirasdan böyük alov yoxdur; nifr
ətdən böyük bəla yoxdur; bədəndən 
böyük f
əlakət yoxdur; sakitliyə bərabər səadət yoxdur. 
203 
Aclıq
1
 - 
ən böyük xəstəlikdir; sankharalar
2
 - 
ən böyük zülmdür; bu ba-
r
ədə həqiqi biliyə malik olan üçün Nirvana - ən böyük xeyirdir. 
 
1
 Burada “h
ərislik”ə, “arzu”ya işarə var. 
2
 Sankhara – buddizm f
əlsəfəsinin ən mürəkkəb anlayışlarından biridir. Sankharalar 52 
qrupa bölünürl
ər (toxunma, mücərrəd anlayışlar, fikir, yaddaş, həyat qüvvəsi, diqqət, səy, 
bigan
əlik, sevinc, hərislik, qorxu, utanma, əzaba şərik olma, qıcıqlanma, şadlıq, vüqar və 
s.). Sankharaların qeyri-sabitliyi dayanıqsız banan ağacı ilə müqayisə edilir. 
 
- 169 - 
                                                 


F
əlsəfə və sosial-siyasi elmlər – 2010, № 2 
 
 
 
204 
Sağlamlıq - ən böyük qələbədir; məmnunluq – ən böyük xəzinədir; 
etibar – 
ən yaxşı qohumdur; Nirvana – ən böyük xeyirdir. 
205 
T
ənhalığın şirinliyini və sakitləşmənin şirinliyini dadaraq, qorxu və 
günahdan o k
əs qurtulur ki, o, dhammanın müqəddəsliyini duyur. 
206 
N
əciblərə baxmaq xoşdur; onların cəmiyyətində olmaq – xeyirdir. Sə-
fehl
əri görməyən kəs qoy həmişə xoşbəxt olsun. 
207 
Zira s
əfehlərin cəmiyyətində dolaşan, uzun müddət əzab çəkir. Səfeh-
l
ərlə olmaq, düşmənlə olmaq kimidir, həmişə bədbəxtlik gətirir, müdriklərlə 
olmaq is
ə səadətdir – qohumlarla görüş kimi. 
208 
Ona gör
ə də: Ay ulduz yolu ilə getdiyi kimi, müdrikin, bilənin və çox 
elmlinin, çox şeyi yaşamışın, möminin, nəcibin, – bax belə bir yaxşı və ağıl-
lı insanın dalınca getmək lazımdır. 
 
III.
 
XOŞ OLAN HAQQINDA FƏSİL 
 
209 
Özünü vurnuxmaya h
əsr edən və özünü düşüncələrə həsr etməyən, 
m
əqsədi unutmuş, həzzlərdən yapışan özünə dalmışa həsəd aparır. 
210 
Xoş olana bağlanma, xoş olmayana isə heç bağlanma. Xoş olanı gör-
m
əmək və xoş olmayanı isə görmək – zülmdür. 
211 
Odur ki, heç n
əyi sevməyin, zira sevimli olandan ayrılmaq – ağrılıdır. 
Heç n
əyi sevməyən və heç nəyə nifrət etməyən üçün bağlar yoxdur. 
212 
Xoş olandan qəm doğulur, xoş olandan qorxu yaranır; xoş olandan 
qur
tulmuş qəm nədir bilməz, qorxu hardan olsun? 
213 
Meyld
ən qəm doğulur, meyldən qorxu yaranır; meyldən qurtulmuş 
q
əm nədir bilməz, qorxu hardan olsun? 
 
- 170 - 


Yüklə 5,4 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə