A f s e a fəLSƏFƏ



Yüklə 5,4 Kb.
Pdf görüntüsü
səhifə71/82
tarix26.11.2017
ölçüsü5,4 Kb.
#12670
1   ...   67   68   69   70   71   72   73   74   ...   82

T
ərcümələr 
 
214 
Bağlılıqdan qəm doğulur, bağlılıqdan qorxu yaranır; bağlılıqdan qur-
tul
muş qəm nədir bilməz, qorxu hardan olsun? 
215 
Ehtirasdan q
əm doğulur, ehtirasdan qorxu yaranır; ehtirasdan qurtul-
muş qəm nədir bilməz, qorxu hardan olsun? 
216 
Arzudan q
əm doğulur, arzudan qorxu yaranır; arzudan qurtulmuş qəm 
n
ədir bilməz, qorxu hardan olsun? 
217 
Yaxşılıq və bəsirətlə dolu, dhammada dəyanətli olan və doğru danı-
şan, borcunu yerinə yetirən – beləsini xalq xoş olan sayır. 
218 
 Fikri h
əzzlərə bağlanmamış, daxilində deyiləbilməyənin arzusu do-
ğulmuş (və qoy o həm də idrakla dolu olsun) uddhamsota
1
 
çağırılır. 
219 
Qohumlar, dostlar v
ə tanışlar uzun müddət olmayan və çox uzaqlardan 
sağ-salamat qayıtmış birisini salamlayarkən sevinərlər. 
220 
Xeyir 
əməllər bu dünyadan digərinə köçmüş xeyirxah insanı qohumlar 
öz yaxınlarını qarşıladıqları kimi qarşılayarlar. 
 
IV.
 
QƏZƏB HAQQINDA FƏSIL 
 
221 
Qoy o q
əzəbdən imtina etsin, qoy o, təkəbbüründən əl çəksin, qoy o 
büt
ün bağlılıqlarına qalib gəlsin. Ad və formaya bağlı olmayana heç bir bəd-
b
ədxtlik üz vermir. 
222 
Oyanmış qəzəbini yoldan çıxmış arabanı saxlayan kimi saxlayanı mən 
arabaçı adlandırıram; qalanlar isə - sadəcə yüyən tuturlar. 
223 
Qoy o q
əzəbə qəzəbin yoxluğu ilə, xeyirli olmayana xeyirli olanla 
1
 Uddhamsota – h
ərfi mənada, axına qarşı üzən, yəni şəhvətə, bağlılığa, azğınlığa qalib 
g
ələn. 
 
- 171 - 
                                                 


F
əlsəfə və sosial-siyasi elmlər – 2010, № 2 
 
 
 
qalib g
əlsin, qoy o simicliyi səxavətlə, yalanı həqiqətlə üstələsin. 
224 
H
əqiqəti söylə, qəzəbə uyma; səndən istəyirlərsə, – az bir şey olsa be-
l
ə, – ver. Bu üç şərtlərin köməyi ilə tanrılara yaxınlaşmaq olar. 
225 
Heç kimi incitm
əyən, həmişə ölümlü bədənə malik olan müdriklər də-
yişməz yerə gedirlər vəora gələndə onlar əzab çəkmirlər. 
226 
Daima oyaq olan, gec
ə və gündüz öyrənən və Nirvanaya can atanın ar-
zuları tədricən yox olur. 
227 
Ey Atula
1
, bu birköhn
ə məsəldir və təkcə bizim zaman üçün deyilmə-
yib: “Onlar sakit oturanı qınayarlar, çoxdanışanı da, qədərində danışanı da 
qınayarlar onlar”. Dünyada elə bir şey yoxdur ki, onlar onu qınamasınlar. 
228 
Yalnız qınanmağa yaxud yalnız təriflənməyə layiq insan olmayıb, 
yoxdur, heç zaman da olmayacaq. 
229 
O k
əs ki, davranışında qüsursuzdur, müdrikdir, bilik və məziyyətlərlə 
doludur, bel
əsini günbəgün müşahidə etdikcə, müdriklər tərifləyərlər. 
230 
Cambu çayının qızılından hazırlanmış sikkə kimi olanı kim qınaya bi-
l
ər? Onu hətta tanrılar belə tərifləyərlər: Brahmanın özü onu tərifləmişdir. 
231 
B
ədənin günahlarından çəkin, bədənlə bağlı hər şeydə pəhrizkar ol, 
b
ədənin günahlarından qurtulduqdan sonra bədənin günahsızlığını qoru. 
232 
Sözün günahlarından çəkin, sözlə bağlı hər şeydə pəhrizkar ol, sözün 
günahlarından qurtulduqdan sonra sözün günahsızlığını qoru. 
233 
Ağlın günahlarından çəkin, ağılla bağlı hər şeydə pəhrizkar ol, ağlın 
günahlarından qurtulduqdan sonra ağlın günahsızlığını qoru. 
 
1
 Atula – 
Buddanın şagirdlərindən biri. 
 
- 172 - 
                                                 


T
ərcümələr 
 
234 
Müdrikl
ər bədəndə pəhrizkardırlar; onlar həmçinin sözdə də pəhriz-
kar
dırlar; müdriklər ağılda pəhrizkardırlar; onlar, həqiqətən, hər şeydə pəh-
riz
kardırlar. 
 
V.
 
ÇİRKAB BARƏDƏ FƏSİL 
 
235 
Solmuş yarpaq kimisən sən indi və Yamanın elçiləri dalınca gəlmişlər. 
V
ə sən ölümün astanasında dayanmısan. Və sənin yola heç bir ehtiyatın 
yoxdur. 
236 
Özün
ə ada yarat, səylə mübarizə apar, müdrik ol. Çirkabdan təmizlə-
n
ərək, qüsursuz halda, sən nəciblərin göy səltənətinə yetişəcəksən. 
237 
Budur h
əyatın sona çatmışdır. Yamaya yaxınlaşmısan, lakin sənin hət-
ta evin bel
ə yoxdur. Və yola ehtiyatın belə yoxdur. 
238 
Özün
ə ada yarat, səylə mübarizə apar, müdrik ol! Çirkabdan təmizlə-
n
ərək, qüsursuz halda, sən bir daha doğulma və qocalıqla üzləşməyəcəksən. 
239 
T
ədricən, az-az, vaxtaşırı müdrik öz üzərindən çirki çırpmalıdır, zər-
g
ər üstündəki zərləri çırpan kimi. 
240 
D
əmirdə yaranan pas onu yediyi kimi (hərçənd, onun özündən yaran-
mışdır), beləcə şəxsi əməllər də dhonanı
1
 
aşan insanı bədbəxtliyə gətirib 
çıxarır. 
241 
Yazı çirklənir, onu təkrarlamayanda: evlər çirklənirlər, onlara baxma-
yanda, göz
əllik tənbəlliklə çirklənir; yüngüllük ayıq insanın çirkidir. 
242 
Qadının pis hərəkəti – çirkdir; verənin cimicliyi – çirkdir; həm bu 
dünyada, h
əm də o dünyada şər dhammalar – çirklidirlər. 
 
1
 Dhona – 
bhikşuya lazım olan dörd şey. 
 
- 173 - 
                                                 


F
əlsəfə və sosial-siyasi elmlər – 2010, № 2 
 
 
 
243 
Lakin h
ər şeydən çirkli olan isə cəhalət çirkidir, çirklərin ən pisi; bu 
çirkd
ən azad olduqda, siz, ey bhikşular, çirkdən qurtulmuş olacaqsınız! 
244 
H
əyasız olana yaşamaq asandır, qarğa kimi, həddini bilməyən, sırtıq, 
düşüncəsiz, pozğun olana. 
245 
Lakin t
əvazökar olana yaşamaq çətindir, daima təmiz olanı axtarana, 
t
ərəfkeşsizə, soyuqqanlıya, bəsirətliyə, həyatı təmiz olana. 
246-247 
H
əyatı məhv edən və yalan danışan, bu dünyada ona verilməyəndən 
ya
pışan və başqasının arvadının yanına gedən, əyyaşlıq edən, – bu dünyada 
öz kökünü qazıyandır. 
248 
Bunu bil, ey insan! Şər dhammalar sərhəd tanımır. Və qoy simiclik və 
dhammanın yoxluğu səni uzun müddətə şərə bağlamasın. 
249 
Insanlar imanlarına müvafiq verirlər, nə qədər lazım bilirlərsə, o qə-
d
ər. Başqalarına nəsib olan yeməyə və içməyə həsəd aparan kəs isə nə gün-
düz, n
ə də gecə zikrə nail ola bilmir. 
250 
H
əsədi məhv olmuş, kökündən qoparılmış, ləğv edilmiş kimsə isə 
gündüz d
ə, gecə də zikrə nail ola bilər. 
251 
Ehtirasa b
ərabər atəş yoxdur, qəzəbə bərabər tutma
1
 
yoxdur, aldanışa 
b
ərabər tor yoxdur, arzuya bərabər çay yoxdur. 
252 
Başqalarının günahlarını görmək asandır, özününkülərini isə, əksinə, 
ç
ətindir. Zira özgə günahlarını kəpək kimi aləmə səpərlər; özünküləri isə, 
əksinə, gizlədərlər, mahir fırıldaqçı bəd düşmüş zəri gizlədən kimi. 
253 
Özg
ə günahlarını güdən və daima qıcıqlanmış olanın arzuları artır; 
arzuların məhvindən uzaqdır o. 
1
  Tutma  –  gaha
, Buddhaqoşa bu sözü geniş  mənada şərh edir: tuta bilən hər  şey (şər 
qüvv
ə, ilan, timsah). 
 
- 174 - 
                                                 


Yüklə 5,4 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə