A f s e a fəLSƏFƏ



Yüklə 5,4 Kb.
Pdf görüntüsü
səhifə74/82
tarix26.11.2017
ölçüsü5,4 Kb.
#12670
1   ...   70   71   72   73   74   75   76   77   ...   82

T
ərcümələr 
 
311 
Ehtiyatsız tutulduqda kus otu əli kəsdiyi kimi, düzgün sürülmədikdə 
zahid h
əyatı da cəhənnəmə aparır. 
312 
Qafil görülmüş əməl, yerinə yetirilməyən əhd, tərəddüdlü mərifət – 
bütün bunlar böyük mükafat g
ətirmir. 
313 
N
əsə görülməlidirsə, - onu qətiyyətlə gör. Zira qafil yolçu daha çox 
toz
1
 
qaldırır. 
314 
Pis görülmüş əməldən görülməmiş əməl yaxşıdır; zira pis əməl yada 
düşdükcə əzab verir. Xeyirli əməl yaxşı görülmüş əməldir, zira onu 
gördükd
ən sonra peşman olmursan. 
315 
Daxild
ən və xaricdən qorunan sərhəd şəhəri kimi qoru özünü. Vaxt 
itirm
ə, zira vaxtı itirmişlər cəhənnəmdə kədərə düşürlər. 
316 
Yanlış baxışlara riayət edənlər, utanması gərəkməyən şeylərdən uta-
nanlar v
ə utanılası şeylərdən utanmayanlar pis yola düşürlər. 
317 
Yanlış baxışlara riayət edənlər, qorxmaq lazım gəlməyəndə, təhlükə 
gör
ənlər və qorxmaq lazım gələndə, təhlükəni görməyənlər pis yola 
düşüşürlər. 
318 
Yanlış baxışlara riayət edənlər, qadağanın olmadığı yerdə qadağa gö-
r
ənlər və qadağanın olduğu yerdə qadağanı görməyənlər pis yola düşürlər. 
319 
Doğru baxışlara riayət edənlər, qadağa olunmuşu qadağa olunmuş, 
qadağa olunmamışı qadağa olunmamış kimi bilənlər doğru yola düşürlər. 
 
X.
 
FIL BARƏDƏ FƏSIL 
 
320 
Insanların çoxu xəstə təbiətlidir və mən təhqirlərə səbr edəcəm, 
1
 Toz- raja, h
əm də arzu, şəhvət deməkdir. 
 
- 181 - 
                                                 


F
əlsəfə və sosial-siyasi elmlər – 2010, № 2 
 
 
 
döyüşdə fil yaydan atılmış oxa dözdüyü kimi. 
321 
Ram edilmişi döyüşə aparırlar; şah ram edilmişin üzərinə yüksəlir. 
T
əhqirlərə səbr edən ram edilmiş, insanların ən yaxşısıdır. 
322 
Ram edilmiş qatırlar və nəcib sindh atları və iri fillər – yaxşıdır. Lakin 
özünü ram etmiş daha yaxşıdır. 
323 
Zira özünü h
əddlər və çalışmalarla ram etmişin gəlib çıxacağı 
əlçatmaz ölkəyə
1
 
bu heyvanlarla yetişə bilməzsən. 
324 
Dhanapalaka adlı fili saxlaya bilməzsən, onun gicgahlarından zəhərli 
maye axdığı zaman. Bağlı halda o bir tikə də yemir: fil fil meşəsinin 
h
əsrətini çəkir. 
325 
T
ənbəl, acgöz və yatağan olan, yerində axta donuz kimi qurcalanan 
axmaq t
əkrar-təkrar doğulur. 
326 
Bu ağıl əvvəllər kefi istədiyi kimi, xoşuna gəldiyi kimi, bildiyi kimi 
avaralanmışdır. İndi isə mən onu möhkəm saxlayacam çarvadar qızmış fili 
saxlayan t
əki.  
327 
Yelbeyin olmayın, fikirlərinizə göz qoyun! Pis yoldan çıxardın 
özünüzü, palçığa batmış fil özünü çıxaran kimi. 
328 
Birlikd
ə getməyə hazır olan ağıllı, saleh həyat yaşayan, müdrik, 
ç
ətinliklərə sinə gərən dost tapsan, - onunla get, xoşbəxt və diqqətli. 
329 
Birlikd
ə getməyə hazır ağıllı, saleh həyat yaşayan, müdrik dost tapma-
san, – t
ək get, fəth elədiyi şahlığından imtina etmiş şah kimi və ya fil meşə-
sind
əki fil kimi. 
330 
T
ək yaşamaq yaxşıdır. Axmaqla dostluq olmaz. Az arzusu olan kəs
1
 Nirvanaya 
 
- 182 - 
                                                 


T
ərcümələr 
 
t
ək get və zülm törətmə, fil meşəsindəki fil kimi. 
331 
Dostlar xoşdur, onlara tələbat yarananda. Həzz xoşdur, səbəb olanda. 
Ölüm saatında yaxşı əməl xoşdur. Bütün dərdlərdən imtina – xoşdur. 
332 
Bu dünyada analıq xoşdur; atalıq da həmçinin xoşdur; bu dünyada 
zahi
dlik xoşdur; brahmanalıq da həmçinin xoşdur. 
333 
Yaxşılıq ta qocalığa qədər xoşdur; dəyanətli iman xoşdur; müdrikliyə 
çatma xoşdur; şərdən sakınma xoşdur.  
 
XI.
 
ARZU BARƏDƏ FƏSIL 
 
334 
Qafil yaşayan insanın arzuları maluva kimi böyüyür. O, mövcudluq-
dan mövcudl
uğa daşınır, meşədə meyvə axtaran meymun kimi. 
335 
Dünyaya bağlılıq adlı bu bədbəxt arzu kimə qalib gələrsə, onun 
d
ərdləri məhsuldar birana
1
 otu kimi boy verir. 
336 
Kim ki, bu dünyada bu b
ədbəxt, çətin məğlub edilən arzuya qalib gə-
lir, o k
əsin dərdləri şanagüllə yarpağından su damcıları sürüşən təki yox 
olur. 
337 
Siz
ə dediklərim budur: “Salam olsun sizə, burda nə qədəriniz yığılıb-
sa! 
Arzunun kökünü qopardın, xoş ətirli usira
2
 
kökünün axtarışlarında bira-
nanı qopardığınız təki! Qopardın ki, Mara təkrar-təkrar sizə qalib gəlməsin, 
sel qamışlığı basan kimi”. 
338 
Kökü z
ədələnməmiş və sağlamdırsa, qopardılmış ağac belə böyümək-
d
ə davam etdiyi kimi, əzab da təkrar-təkrar doğulur, əgər arzuya meyl ləğv 
olunmayıbsa. 
 
1
 Birana – Andropogum muricatum növünd
ən olan ot. 
2
 Usira- birana kökü, q
ədim Hindistanda dəyərli sayılırdı. 
 
- 183 - 
                                                 


F
əlsəfə və sosial-siyasi elmlər – 2010, № 2 
 
 
 
339 
O k
əsin ki, həzzlərə yönəlmiş otuz altı axını güclüdür, fikirləri də 
ehtirasa istiqam
ətlənmişdir, düzgün baxışlardan yayınmış belə insanı axınlar 
aparır. 
340 
Axınlar hər yerdə axırlar. Lata
1
 gur boy verir. Bu çiç
əklənmiş latanı 
görünc
ə, kəsin onun kökünü müdrikliyin köməyi ilə. 
341 
Olur ki, insan şəhvət mühasirəsinə düşür. Həzzlərə bağlı olan və səa-
d
ət axtaran bu insanlar həqiqətən də doğulmaya və qocalmaya məruz 
qalırlar. 
342 
Arzunun qovaladığı insanlar hürküdülmüş dovşan kimi ətrafda qaçı-
şırlar. Kəndir və buxovlarla bağlanmış bu insanlar təkrar-təkrar hələ uzun 
zaman 
əzaba qayıdırlar. 
343 
Arzunun qovaladığı insanlar hürküdülmüş dovşan kimi ətrafda qaçı-
şırlar. Odur ki, əgər bhikşu ehtirası məhv etmək istəyirsə, qoy o, arzunu 
qovub çıxartsın. 
344 
O, arzulardan azaddır, ehtiraslardan azaddır, meşə həyatına sadiqdir – 
amma yen
ə də arzular ormanına qaçır. Baxın bu insana: azad ola-ola boyun-
duruğa yüyürür. 
345 
Müdrikl
ər demirlər: bu dəmirdən, ağacdan və ya babba otundan düzəl-
dilmiş buxovlar möhkəmdirlər. Axı qadınlara, övladlara yaxud qiymətli daş-
lar
dan olan sırğalara ehtiraslı bağlılıq daha möhkəmdir. 
346 
Müdrikl
ər deyirlər: bu, aşağı dartan, məkrli, qurtulması çətin olan bu-
xovlar möhk
əmdirlər. Onları qıraraq müdriklər səyahət edirlər, ehtiras və 
h
əzzlərdən imtina edərək, arzusuz. 
347 
Ehtirasla 
qızışmışlar axına düşürlər, hörümçək öz toruna düşən kimi. 
1
 Lata – 
sarmaşan bitkidir, arzuların, şəhvətin simvoludur. 
 
- 184 - 
                                                 


Yüklə 5,4 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə