A f s e a fəLSƏFƏ



Yüklə 5,4 Kb.
Pdf görüntüsü
səhifə75/82
tarix26.11.2017
ölçüsü5,4 Kb.
#12670
1   ...   71   72   73   74   75   76   77   78   ...   82

T
ərcümələr 
 
Müdrikl
ər isə axını məhv edərək, bütün zülmlərdən imtina edərək, arzusuz 
halda s
əyahət edərlər. 
348 
Mövcudluq selini keç
ərkən keçmişdən imtina et, gələcəkdən imtina et, 
onların  arasında  olanlardan  imtina  et.  Əgər  ağıl  azadlığa  çıxıbsa,  nə  olur-
olsun, s
ən bir daha doğuluşa və ölümə məruz qalmayacaqsan. 
349 
Şaşqın fikirli, güclü ehtiraslı, yalnız ləzzətləri görən insanda arzular 
daima artır: həqiqətən, o, buxovlarını daha da möhkəmləndirir. 
350 
Sakit fikird
ə məmnunluq tapan, daima düşünən, xoşagəlməyəni xatır-
layan, – m
əhz o, arzulara son qoyacaq, məhz o, Maranın buxovlarını 
qıracaqdır. 
351 
O, kamilliy
ə çatmışdır, o, qorxusuzdur və onun arzuları da yoxdur; bu 
qusursuz, mövcudluğun tikanlarını qopartmışdır; onun bu bədəni – 
sonuncudur. 
352 
Onun arzuları yoxdur, o, bağlılıqlardan azaddır, sözlərdə və onların 
izahında mahirdir; o, hərflərin ardıcıllığını bilir (hansıların əvvəl, hansıların 
sonra g
əlməsini); ona böyük müdrik və böyük insan adlandırırlar. Onun bu 
b
ədəni – sonuncudur. 
353 
M
ən hər şeyə qalib gəldim, mən hər şeyi blirəm; istənilən dhammada 
m
ən ləkəsizəm. Mən hər şeydən imtina etdim, arzuların məhvi ilə isə azad-
lığa çıxdım. Özümdən öyrəndiyim halda, kimi müəllimim saya bilərəm ki?  
354 
Dhammanın neməti bütün nemətlərdən üstündür; dhammanın şirinliyi 
h
ər şirinlikdən üstündür; dhammanın sevinci hər sevincdən üstündür
arzuların məhvi bütün dərdlərə qalib gəlir. 
355 
Var-dövl
ət axmaqları məhv edir, o biri sahili axtaranları yox. Var-
dövl
ət arzusunda axmaq özünü başqarını öldürən kimi öldürür. 
356 
Alaq tarlaları korlayır, ehtiras bu adamları korlayır. Odur ki, ehtiras-
dan qurtulmuşlara verilən böyük meyvə gətirir. 
 
- 185 - 


F
əlsəfə və sosial-siyasi elmlər – 2010, № 2 
 
 
 
357 
Alaq tarlaları korlayır, nifrət bu adamları korlayır. Odur ki, nifrətdən 
qurtulmuşlara verilən böyük meyvə gətirir. 
358 
Alaq tarlaları korlayır, axmaqlıq bu adamları korlayır. Odur ki, 
axmaqlıqdan qurtulmuşlara verilən böyük meyvə gətirir. 
359 
Alaq tarlaları korlayır, arzu bu adamları korlayır. Odur ki, arzudan 
qurtulmuşlara verilən böyük meyvə gətirir. 
 
XII.
 
BHIKŞU BARƏDƏ FƏSIL 
 
360 
Gözün p
əhrizi – yaxşıdır, qulağın pəhrizi – yaxşıdır, burnun pəhrizi – 
yaxşıdır, dilin pəhrizi – yaxşıdır. 
361 
B
ədənin pəhrizi – yaxşıdır, nitqin pəhrizi – yaxşıdır, fikrin pəhrizi – 
yaxşıdır, hər şeydə pəhriz - yaxşıdır. Hər şeydə pəhrizkar olan bhikşu bütün 
d
ərdlərdən qurtulur. 
362 
Əlini idarə edən, ayağını idarə edən, nitqini idarə edən, kamil idarə 
olunandır, daxilən sevinclidir, toparlanmışdır, tənhadır və məmnundur, - bax 
bel
əsini bhikşu adlandırırlar. 
363 
Ağzını nəzarətdə saxlayan, müdrikcəsinə düşünən, təkəbbürlü olma-
yan, m
ənanı və dhammanı izah edən bhikşunun nitqi şirindir. 
364 
Dhammada yaşayan,dhammaya heyrət edən, dhammanı zikr edən, 
dhammanı xatırlayan bhikşu həqiqi dhammadan ayrı düşməz. 
365 
Qoy o, n
əsibinə ikrahla yanaşmasın; başqalarınkına həsəd aparmasın. 
Zira başqalarına həsəd aparan bhikşu fikrin toparlanmasına nail ola bilmir. 
366 
Özünd
əki az olsa belə, ona ikrahla yanaşmayan, təmiz həyat tərzi 
sür
ən və tənbəl olmayan bhikşunu tanrılar tərifləyərlər. 
 
- 186 - 


T
ərcümələr 
 
367 
Özünü ad v
ə forma ilə eyniləşdirməyən, heç nəyi olmaya-olmaya 
qüss
ələnməyəni, məhz beləsini bhikşu adlandırırlar. 
368 
Xeyirsev
ərlikdə yaşayan, Buddanın təliminə inanan bhikşu sakit yerə, 
s
əadətə, sankharaların kəsilməsinə yetişəcək. 
369 
Ey bhikşu! Bu gəmini boşalt; səndən azad olunca, o asan hərəkət 
ed
əcək. Ehtiras və nifrəti məhv edərək sən Nirvanaya yetişəcəksən. 
370 
Beşi kəs
1
, beşdən imtina et, beşin üzərinə yüksəl! Beş bağlılığı dəf 
etmiş bhikşu “seli keçmiş” sayılır. 
371 
Zikr el
ə, ey bhikşu, yelbeyin olma; fikirlərinə hissi axınlarda dola-
mağa imkan vermə ki, sən qafilə sonra dəmir kürə udmaq və odda yanaraq: 
“N
ə yaman əzabdır!” – deyə çığırmaq nəsib olmasın. 
372 
Bilm
əyənin zikri olmur; zikr etməyənin biliyi olmur. Kimin ki, həm 
zikri, h
əm biliyi var, o, həqiqətən, Nirvanaya yaxındır. 
373 
Sakitl
əşmiş ağılla tənhalığa çəkilən bhikşu fövqəlinsani həzz alır: o, 
dhammanı aydın görür. 
374 
H
ər dəfə o, elementlərin yaranmasını və dağılmasını bütün tamlığı ilə 
d
ərk edəndə, o, bu ölümsüzlüyü bilən, sevinc və səadətə qovuşur. 
375 
Müdrik bhikşu üçün başlanğıc burdadır: hisslərin müşahidəsi, Prakti-
mok
şaya uyğun şəkildə məmnunluq və pəhrizkarlıq. Təmiz həyat sürən və 
t
ənbəl olmayan, nəcib dostun arxasınca get. 
1
 
Beşi kəs - Mənlə bağlı Illüziya (eqoizm), şübhələr, yanlış ritual və ənənələrə bağlılıq, 
ehtiraslar v
ə nifrətlər.  
Beşdən imtina et –  formaya  bağlılıq  (bu  dünyaya  can  atma),  formanın  yoxluğuna 
bağlılıq (cənnətə can atma), təkəbbür, vurnuxma, cəhalət. 
Beşin  üzərinə  yüksəl  –  burada  beşin  sahibi  ol  mənasındadır:  yəni  inam,  qayğıkeşlik, 
f
əallıq, zikr (fikrin toparlanması) və müdrikliyin. 
Beş bağlılığı dəf et – yəni simicliyi, nifrəti, təkəbbürü, axmaqlığı, və yalnış baxışları. 
 
- 187 - 
                                                 


Yüklə 5,4 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə