A f s e a fəLSƏFƏ



Yüklə 5,4 Kb.
Pdf görüntüsü
səhifə72/82
tarix26.11.2017
ölçüsü5,4 Kb.
#12670
1   ...   68   69   70   71   72   73   74   75   ...   82

T
ərcümələr 
 
254 
Göyd
ə yol yoxdur; bizdən kənarda zahid yoxdur. Insanlar illüziyalar-
da sevinc axtarırlar, Tathaqatlar
1
 
illüziyalardan azaddırlar. 
255 
Göyd
ə yol yoxdur; bizdən kənarda zahid yoxdur. Əbədi sankhara 
yoxdur; nurlanmışlarda daimilik yoxdur. 
 
VI.
 
DHAMMAYA RIAYƏT EDƏN BARƏDƏ FƏSIL 
 
256 
Tez-t
ələsik məqsədə atılan dhammaya riayət edən deyil. Müdrik isə 
h
əm bunu, həm də o birini tərəziyə qoyur: doğrunu və doğru olmayanı. 
257 
O, başqalarını zor tətbiq etmədən aparır, dhammaya müvafiq olaraq, 
eh
tirassız. Dhammanı qoruyanı, müdrik olanı “dhammaya riayət edən” 
adlandırırlar. 
258 
Çox danışdığına görə deyil ki, o müdrikdir. Sakit olanı, nifrətdən azad 
olanı, qorxu bilməzi “müdrik” adlandırırlar. 
259 
Çox danışdığına görə deyil ki, o dhammaya bələddir. O kəs ki, dham-
ma
ya qarşı sayğısız deyil, o kəs ki, az savadlı olsa belə, onu bütün bədəni ilə 
hiss edir, o, h
əqiqətən, dhammaya bələddir. 
260 
Başı ağardığına görə deyil ki, o böyükdür. O qoca yaşlarındadır, lakin 
onu “
əbəs yerə qocalmış” adlandırırlar. 
261 
O k
əsdə ki, həqiqət və dhamma, özününü məhdudlaşdırma, təslimiy-
y
ət var, o kəs ki, qüsursuz və müdrikdir, onu “böyük” adlandırırlar. 
262 
Paxıl, xəsis, sürüşkən insan təkcə bəlağət yaxud gözəl sifət hesabına 
c
əlbedici olmur. 
 
 
1
 Tathqatalar – tathagata – “[kamilliy
ə] çatmış”,Arhatların epiteti. 
 
- 175 - 
                                                 


F
əlsəfə və sosial-siyasi elmlər – 2010, № 2 
 
 
 
263 
O k
əsdə ki, bu məhv edilmişdir, kökündən qoparılmışdır, ləğv edil-
mişdir,o kəs ki, müdrikdir və nifrətdən imtina etmişdir, onu “cəlbedici” ad-
lan
dırırlar. 
264 
Söz
əbaxmaz və yalançı təkcə qırxılmış başa görə zahid olmur. Bu nə 
zahiddir, 
əgər o simicdirsə və arzularla doludursa? 
265 
Lakin o k
əs ki, şəri tamamilə tabe etdirir, – balacasını, ya böyüyünü, – 
o k
əsi “zahid” adlandırırlar, zira o şəri sakitləşdirmişdir. 
266 
O ona gör
ə bhikşu deyildir ki, başqalarından sədəqə istəyir. Bütün 
dham
manı öyrənmədən bhikşu olmurlar. 
267 
O k
əs ki, bu dünyada xeyir və şərdən yüksəkdə durur, yaxud saleh hə-
yat t
ərzi sürür, kim ki, burada bilikli yaşayır, məhz beləsini “bhikşu” adlan-
dırırlar. 
268-269 
Axmaq, cahil h
ətta susmağa riayət edirsə belə muni olmur. O müdrik 
ki, t
ərəziyə malik kimi yaxşını seçir və pisdən yayınır, muni odur; məhz ona 
gör
ə də o munidir. Bu dünyada həm bunu, həm də onu tərəziyə qoyan, elə 
m
əhz o “muni” çağırılır
1

270 
O n
əcib deyil, əgər canlı məxluqlar üzərində zorakılıq edirsə. Onu on-
da n
əcib adlandırırlar ki, o heç bir canlı məxluq üzərində zorakılıq etmir. 
271-272 
Yalnız itaətlə və rituallarla və ya həmçinin çox elmliliklə yaxud özü-
n
ədalma ilə yaxud tənha gecələmə ilə - mən adi dünyəvilər üçün əlçatmaz 
olan arhatlığa yetişə bilməyəcəm! Ey bhikşu! Məgər siz arzularınızın məh-
vin
ə nail olmadan məmnun ola bilərdinizmi? 
 
 
 
1
 Söz oyunu: muni (“müdrik”), mona(“susmaq”) v
ə munati (“tərəzidə çəkmək”) 
 
- 176 - 
                                                 


T
ərcümələr 
 
VII.
 
YOL HAQQINDA FƏSIL 
 
273 
Yolların ən yaxşısı – səkkizlidir; həqiqətlərdən ən yaxşısı – dörd söz-
dür; dhammalardan 
ən yaxşısı – ehtirasların məhvidir; ikiayaqlılardan ən 
yax
şısı – bəsirətli olandır. 
274 
Yol budur v
ə görməni təmizləmək üçün başqası yoxdur. Onunla ge-
din. 
Başqa hər şey – Maranın vəsvəsəsidir. 
275 
Onunla ged
ərək əzablara son qoyacaqsınız. Bu yolu mən bəyan etdim, 
ti
kanları aradan qaldırmağı öyrənincə. 
276 
Özünüz c
əhd göstərməlisiniz. Tathaqatlar – yeganə müəllimlərdir. Bu 
yolla ged
ənlər və özünə dalanlar Maranın buxovlarından qurtulacaqlar. 
277 
“Bütün sankharalar keçicidirl
ər”. Buna müdrikcəsinə baxanda, şərə 
qar
şı ikrah hiss edərlər. Təmizlənməyə aparan yol budur. 
278 
“Bütün sankharalar d
ərdgətiricidirlər”. Buna müdrikcəsinə baxanda, 
şərə qarşı ikrah hiss edərlər. Təmizlənməyə aparan yol budur. 
279 
“Bütün dhammalar cansızdırlar”. Buna müdrikcəsinə baxanda, şərə 
qarşı ikrah hiss edərlər. Təmizlənməyə aparan yol budur. 
280 
Durmaq zamanı yetişəndə durmayan; cavanlığa və qüvvətə rəğmən 
t
ənbəl olan; qətiyyəti və fikri cılız olan, - belə qafil və tənbəl müdrikliyin 
yolunu tapmayacaqdır. 
281 
Söz
ə diqqətli olan, öz ağlını tam sakitləşdirmiş insan, qoy o, bədəni ilə 
pis heç n
ə eləməsin, qoy o bu üç əməl yolunu təmizləsin, qoy o, müdriklərin 
göst
ərdiyi cığıra çatsın. 
282 
H
əqiqətən: düşüncədən müdriklik doğulur; düşüncəsizlikdən – müd-
rikliyin m
əhvi. Həyata və həyatın məhvinə aparan bu ikili yolu bilərək qoy o 
el
ə eləsin ki, müdriklik artmaqda olsun. 
 
- 177 - 


Yüklə 5,4 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə