A f s e a fəLSƏFƏ



Yüklə 5,4 Kb.
Pdf görüntüsü
səhifə80/82
tarix26.11.2017
ölçüsü5,4 Kb.
#12670
1   ...   74   75   76   77   78   79   80   81   82

T
ərcümələr 
 
qalib
ə oxşamaq və qaliblə eyni dinə qulluq etmək hər bir kəs üçün cəlbedici 
göründüyünd
ən,  hazırda  insanların  dinlərini dəyişməsi üçün zəmin də 
mövcuddur.
 
Bu fikir v
ə  düşüncələrdən  sonra  ilk  ağlıma  gələn o oldu ki, təfsirçi, 
şübhəsiz  ki, müsəlmanların  tənəzzülünə  və  fəlakət  halına  düşmələrinə 
s
əbəbin məhz onların dini olduğuna, dinlərini tərk edərlərsə,  əvvəlki şərəf 
v
ə  qüdrətlərini bərpa edəcəklərinə  inanır.  Odur  ki,  o,  bu  inancları  aradan 
götürm
əyə çalışır və öz niyyətinə görə bağışlana bilər.  
Bununla bel
ə, bir qədər də götür-qoy etdikdən sonra öz-özümə dedim 
ki, axı yəhudilər eyni inanclar sayəsində quldarlığın həqarətindən fironluğa 
q
ədər yüksələ  və  Fələstindəki  tiranların təkəbbürünü toza çevirə  bildilər. 
M
əgər təfsirçi bu barədə eşitməyibmi? 
Ərəbistan yarımadasının səhralarında yaşayan ərəblər həmin bu inanc-
la
rın köməyi ilə qudrət, sivilizasiya, bilik, sənətkarlıq, kənd təsərrüfatı və ti-
car
ətdə  bütün  dünyanın  ağasına  çevrildilər.  Avropalılar  həmin müsəlman 
ərəblərdən  öz  ustadları  kimi  bəhs edirlər. Bu fakt təfsirçinin  qulağına 
çatmayıbmı? Əlbəttə, çatmamış deyil. 
Bu doğru inancların böyük təsirləri və onların davamçıları barədə dü-
şündükdən sonra, batil inancların davamçılarına da nəzər saldım. Hinduslar 
sivilizasiya qanunlarında, elmdə, bilikdə, müxtəlif sənət sahələrində tərəqqi 
etdikl
əri zaman minlərlə tanrıya və bütə sitayiş edirdilər. Təfsirçi də bunu 
bilm
əmiş deyil. Misirlilər sivilizasiyanın, elmin, istehsal sahələrinin bünöv-
r
əsini qoyduqları, yunanlara müəllimlik etdikləri zamanlarda bütlərə, inəklə-
r
ə, itlərə və pişiklərə tapınırdılar. Şübhəsiz, təfsirçi də bunu bilir. Gildanilər
1
 
r
əsədxanalar qurduqları, astronomik cihazlar icad etdikləri, möhtəşəm qəsr-
l
ər ucaltdıqları və kənd təsərrüfatı elmi barədə kitablar yazdıqları dövrdə ul-
duz
lara sitayiş edirdilər. Bu fakt təfsirçidən gizli deyil. Finikiyalılar quruda 
v
ə suda istehsal və ticarətin çiçəklənməsinə səbəb olduqları, Britaniya,  İs-
pan
iya,  Yunanıstan  ərazilərində  koloniyalar  saldıqları  zaman  öz  uşaqlarını 
bütl
ərə qurban verirdilər. Bu da təfsirçiyə məlumdur. 
Yunanlar dünyaya ağalıq etdikləri, bəşəriyyətə böyük dühalar və gör-
k
əmli filosoflar bəxş  etdikləri vaxtlarda yüzlərlə  tanrıya  və  minlərlə  dini 
mövhumata inanırdılar. Təfsirçi də bunu bilir. Farslar Kaşğar ərazisindən İs-
tan
bulun hüdudlarına qədər olan ərazilərə hakimlik etdikləri və sivilizasiya-
1
 Q
ədim Babilistan sakinləri – Q.M. 
 
- 199 - 
                                                 


F
əlsəfə və sosial-siyasi elmlər – 2010, № 2 
 
 
 
da onlara r
əqib olmadığı bir dövrdə qəlblərində min cür cəfəngiyyat bəslə-
yirdil
ər.  Əlbəttə  ki, təfsirçi  bütün  bunları  xatırlayır.  Müasir  xristianlar  Üç 
üqnum, xaç, dirilm
ə, xaç suyuna salma, məhşər, tövbə və yevxaristiya
1
 kimi 
şeylərə  inana-inana öz üstün mövqelərini möhkəmləndirmiş,  elm,  bilik  və 
s
ənaye sahələrində tərəqqiyə nail olmuş və sivilizasiyanın zirvəsinə yüksəl-
mişlər. Onların əksəriyyəti, malik olduqları bütün elm və biliklərə baxma-
yaraq, h
ələ də eyni inanclara sadiqdirlər. Təfsirçi bunu çox gözəl bilir. 
Bütün bu m
əsələləri götür-qoy etdikdən sonra anladım ki, təfsirçi heç 
bir z
aman doğru inanclara iman gətirmənin müsəlmanların tənəzzülünə gəti-
rib çıxarması fikrində olmamışdır. Belə ki, dini inanclar, istər doğru olsun
ist
ərsə də batil, elmin nailiyyətlərini, yaşam vasitəsi əldə edilməsini və nor-
mal 
sivilizasiyanın tərəqqisini qadağan etmədikcə, heç bir şəkildə siviliza-
siya v
ə dünyəvi tərəqqi ilə ziddiyyət təşkil edə bilməz. İnanmıram ki, dün-
ya
da bu şeyləri qadağan edən din tapılsın, yuxarda qeyd edilənlər də bunu 
aydın göstərir. Üstəlik, mən deyərdim ki, imanın azlığı yalnız sivil həyatda 
qa
rışıqlığa  və  mənəviyyatsızlığa,  təhlükəyə  səbəb  olur.  Düşünün  –  bu 
Nihilizmdir!

 
Əgər  imanın  azlığı  insanların  tərəqqisinə  səbəb  olsaydı,  o  zaman 
cahiliyy
ət dövrünün ərəbləri sivilizasiyada hamıdan üstün olmalı idilər. Belə 
ki, onlar 
əsasən  materialist  yolun  davamçıları  idilər və  bu səbəbdən də 
ucadan dey
ərdilər:  “Uşaqlıq
2
 
bizi  qabağa  itələyir, yer bizi udur və  yalnız 
zaman bizi m
əhv edir”. Onlar həmçinin bir qayda olaraq təkrarlayardılar: 
“Çürümüş  sümükləri kim dirildə  bilər?!”
3
. H
ərçənd onlar vəhşi  heyvanlar 
kimi, 
ən qatı cahillik içində həyat sürürdülər. 
Bütün bu düşüncə və fərziyyələrdən sonra mən bu təfsirçinin nə isla-
hat
çı olmadığını, nə də onun təfsirinin heç də müsəlmanların durumunu yax-
şılaşdırmaq və təhsilini artırmaq məqsədilə qələmə alınmadığını yaxşı anla-
dım. Əksinə, bu təfsirçi və bu təfsir hazırkı dövrdə İslam ümməti üçün in-
sana z
əif və taqətsiz olduğu zaman yoluxan qorxulu və təhlükəli xəstəliklər 
1
 
Xristianlığın  əsas ayinlərindən biridir. Dadma ayini də  demək olar, çünki bu ayin 
zamanı  dindarlar  guya  İsanın  bədəninin və  qanının  təcəssüm etdiyi çörək və  şərab  dadır, 
bunun vasit
əsilə İsaya qovuşacaqlarına inanırlar – Q.M. 

 Orijinalda ingilis dilind
ədir. 
2
 Ana b
ətni, balalıq mənasındadır – Q.M. 
3
 Quran, 36:78 
 
- 200 - 
                                                 


Yüklə 5,4 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə