A f s e a fəLSƏFƏ



Yüklə 5,4 Kb.
Pdf görüntüsü
səhifə79/82
tarix26.11.2017
ölçüsü5,4 Kb.
#12670
1   ...   74   75   76   77   78   79   80   81   82

T
ərcümələr 
 
dan v
ə zəhmətdən sonra o, müsəlmanların irəliləyişi yolunda Qurana təfsir 
yazmışdı. Öz-özümə dedim: “Sənin istədiyin də elə bu idi”. 
Yeni b
ir şey eşitmiş hər bir kəsdə olduğu kimi, mənim də təxəyyülüm 
p
ərvazlandı, həmin təfsirçi və onun təfsiri barədə müxtəlif fərziyyələr irəli 
sürdüm. Ümid edirdim ki, bu t
əfsirçi ənənəçilər, hüquqşünaslar və natiqlə-
rin, filosoflar, sufil
ər və ədəbiyyatçıların, qrammatika mütəxəssisləri və İbn 
Rav
əndi və b. kimi kafirlərin yazdıqları təfsirlərdən sonra bu mövzuya, nə-
hay
ət ki, ədalətlə  yanaşıb, həqiqəti üzə çıxarıb və əsas məqsədə nail olub. 
Lakin o, h
əm Şərq, həm də Qərb yazarlarının ideyalarını davam etdirmişdi. 
M
ən  düşünürdüm  ki,  bu  təfsirçi, müdrikliyin tələb etdiyi kimi, təfsirinə 
yazdığı girişdə öz toplumunun tərəqqisi naminə dinin mahiyyətini və həqiqi 
simasını açıqlamışdır. Ümid edirdim ki, o, dinin bəşəriyyət üçün vacibliyini 
rasional d
əlillərlə nümayiş etdirmiş, həqiqi və batil dinləri ayırd etmək üçün 
insan  ağlını  da  qane  edən ümumi bir qayda irəli  sürmüşdür.  Bu  şərhçinin 
mütl
əq əvvəlki batil dinlərin sivilizasiyaya, sosial nizama, həmçinin insanla-
rın şüur və qəlblərinə göstərdiyi təsiri açıqladığını güman edirdim. Düşünür-
düm ki, o, dinl
ərin bir çox təlimlərdə ortaq mövqeyə malik olduqları halda, 
b
əzi məsələlərdə fərqli mövqe tutma səbəbini, həmçinin hər bir dövrdə mü-
əyyən bir dinə və peyğəmbərə xüsusi bir münasibət olması səbəbini fəlsəfi 
metodla açıqlamışdır. 
T
əfsirçi bu təfsiri müsəlman icmasının tərəqqisi üçün yazdığını iddia 
etdiyind
ən, mən kitabın giriş hissəsində ərəblərin bütün bəşəri üstünlüklərə 
yiy
ələnməsinə səbəb olan ilahi qanunların və Quran əxlaqının yeni bir üs-
lubda, müdr
iklik işığı ilə təsvir edilib açıqlandığına əmin idim. İnanırdım ki, 
o, sonsuz münaqişələr, vəhşilik və zillət bataqlığında olduqları zaman ərəb-
l
ərin birləşməsinə, onların düşüncələrinin dəyişilməsinə, şüurlarının aydın-
laşmasına və ruhlarının  saflaşmasına səbəb olan dini hökmləri də kitabına 
yaz
dığı girişə daxil etmişdir. 
T
əfsiri oxuduqdan sonra təfsirçinin nə bu məsələlər, nə də ilahi qanun-
lar bar
ədə bir kəlmə belə  yazmadığını  gördüm.  Quran əxlaqı heç cür şərh 
edilm
əmişdir. O, ərəblərin süurlarının aydınlaşmasına və qəlblərinin paklaş-
ma
sına səbəb olan o böyük hökmlərdən qətiyyən söz açmamışdır. Təfsirçi 
yüks
ək əxlaqi dəyərlərin və gözəl vərdişlərin yayılmasına xidmət edən, evdə 
v
ə  cəmiyyətdə  ünsiyyəti düzgün yönləndirən və  süurların  aydınlaşmasına 
xidm
ət edən ilahi qanunlardan bəhs edən ayələri  şərhsiz  buraxmışdır.  O, 
yal
nız  təfsirin  əvvəlində  “surə”, “ayə” kimi kəlmələrin mənaları  və  bəzi 
 
- 197 - 


F
əlsəfə və sosial-siyasi elmlər – 2010, № 2 
 
 
 
sur
ələrin  əvvəlindəki  ayrıca  hərflər barədə  cüzi  qeydlər etmişdir.  Bundan 
sonra is
ə təfsirçinin bütün səyləri mələklərdən, cinlərdən, müqəddəs ruhdan 
[C
əbrayıl], vəhydən, cənnət və cəhənnəmdən, peyğəmbərlərin möcüzələrin-
d
ən bəhs edən bütün ayələri seçərək onların zahiri mənalarından daha dərinə 
getm
əyə və keçmiş İslam dövrü kafirlərinin yanlış alleqorik təfsirinə əsasla-
naraq bu ay
ələri izah etməyə yönəlmişdir. 
F
ərq bundadır ki, keçmiş İslam əsrlərində yaşamış kafirlər alim idilər, 
halbuki  bu  uğursuz  təfsirçi çox cahildir. Bu səbəbdən də  onların  sözlərini 
düzgün d
ərk edə bilməmişdir. O, insan təbiəti anlayışını özünə mövzu seçə-
r
ək heç bir məntiqli sübut və ya təbii dəlil göstərmədən, bir neçə anlaşılmaz 
v
ə  mənasız  söz  deməklə  kifayətlənir. Belə  məlum olur ki, təfsirçi  insanın 
t
əhsil aldıqca əsl insana çevrildiyini, məziyyət və vərdişlər qazandığını bil-
mir. Öz t
əbiətinə ən yaxın olan insan sivilizasiyadan və qazanılmış məziyyət 
v
ə adətlərdən ən uzaq olan insandır. Əgər insan böyük çətinlik və zəhmətlə 
qa
zanmış olduğu hüquqi və əqli keyfiyyətləri tərk edər və nəzarəti təbiətin 
əllərinə  tapşırarsa,  şübhəsiz ki,  heyvanlardan  daha  aşağı  səviyyəyə  enmiş 
olar.
 
Ən təəccüblüsü isə odur ki, təfsirçi ilahi, müqəddəs peyğəmbərlik mə-
qa
mını islahatçı

 s
əviyyəsinə endirir. O, peyğəmbərləri Vaşinqton, Napole-
on, Palmerston, Haribaldi, c
ənab Qladston və cənab Qambetta kimi şəxslər-
l
ə bərabər tutur. 
T
əfsirin bu şəkildə olduğunu gördükdə məni heyrət bürüdü, təfsirçini 
bel
ə bir təfsir yazmağa nəyin sövq etdiyini düşünməyə başladım. Əgər təf-
sirçinin m
əqsədi, özünün də  qeyd  etdiyi  kimi,  öz  icmasını  irəli aparmaq-
dırsa, nə üçün o, xüsusən də başqa dinlərin İslamı udmaq üçün ağızlarını aç-
mış olduğu bir zəmanədə, müsəlmanların İslam dininə olan imanlarını yox 
etm
ək istəyir? 
M
əgər təfsirçi başa düşmürmü ki, müsəlmanlar indiki gücsüz və mis-
kin  durumlarında  möcüzələrə  və  cəhənnəm  oduna  inamlarını  itirsələr və 
pey
ğəmbərin Qladston səviyyəli bir adam olduğunu düşünsələr, şübhəsiz ki, 
öz z
əif və məğlub edilmiş düşərgələrini tezliklə tərk edər və qüdrətli işğal-
çının tərəfinə keçərlər? Axı o halda onları bunu etməkdən çəkindirə biləcək 
heç bir şey, nə bir qorxu, nə də bir təlaş qalmayacaq. Başqa bir tərəfdən isə, 

 Orijinalda ingilis dilind
ədir. 
 
- 198 - 
                                                 


Yüklə 5,4 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə