A f s e a fəLSƏFƏ


F əlsəfə və sosial-siyasi elmlər – 2010, № 2



Yüklə 5,4 Kb.
Pdf görüntüsü
səhifə76/82
tarix26.11.2017
ölçüsü5,4 Kb.
#12670
1   ...   72   73   74   75   76   77   78   79   ...   82

F
əlsəfə və sosial-siyasi elmlər – 2010, № 2 
 
 
 
376 
Qoy o, h
əyatda xeyirxah və davranışda doğru olsun. Onda sevinclə 
dolaraq o, 
əzaba son qoyacaqdır. 
377 
Vassika solmuş ləçəklərini tökən kimi siz də, ey bhikşular, ehtiras və 
nifr
ətdən eləcə azad olmalısınız. 
378 
O bhikunu sakit adlandırırlar ki, onun bədəni sakitdir, nitqi sakitdir, 
ağlı sakitdir, özü zikrdədir və dünya nemətlərindən imtina etmişdir.  
379 
Özün özünü mahmızla, özün özünü yoxla. Özünü nəzarətdə saxlayan
toparlanmış belə bhikşu xoşbəxt yaayacaq. 
380 
Zira özün özünün ağası, özün özünə pənahsan
1
. Bu s
əbəbdən də özünü 
ram et, tacır yaxşı atı ram edən təki. 
381 
Qoy, sevincl
ə dolu, Buddanın təliminə əmin olan bhikşu sakit yerə, 
s
əadətə, sankharaların kəsilməsinə qovuşsun. 
382 
G
ənc olmağına baxmayaraq, bhikşu Buddanın təliminə üz tutur, bu 
dünyanı buluddan qurtulmuş ay kimi işıqlandırır. 
 
XIII.
 
BRAHMANLAR 
(ARHATLAR) HAQQINDA FƏSIL 
 
383 
Axını durdur, irəli get, arzuları qov, ey brahmana! Sankharaların 
m
əhvini dərk etdikcə, yaradılmamışı tanıyacaqsan, ey brahmana! 
384 
Brahmana iki dhammada
2
 
qarşı sahilə çatırsa, ondan, bu “bilən”dən, 
bütün buxovlar açılır. 
385 
M
ən o kəsi brahmana adlandırıram ki, onunçün nə bu sahil var, nə o 
sahil, n
ə də ikisi birlikdə, o kəs ki, qorxusuzdur və bağlılıqlardan azaddır. 
1
 160-
cı ayə ilə müqayisə et. 
2
 Söhb
ət özünüməhdudlaşdırmadan və zikr nəticəsində yaranan bəsirətdən gedir. 
 
- 188 - 
                                                 


T
ərcümələr 
 
386 
M
ən o kəsi brahmana adlandırıram ki, o düşünür, ehtiraslardan 
azaddır, sakitdir, öz işini görür, arzuları dəf edir, o kəs ki, ali xeyirə 
qovuşmuşdur. 
387 
Gün
əş gündüz parlayır, ay gecə işıqlanır. Döyüşçü zirehdə işıq saçır, 
brahmana zikrd
ə. Lakin gecə də, gündüz də parlaq işıq saçır nurlanmış. 
388 
Zülmün daşını atan brahmana adlanır; sakitlikdə yaşayan – zahid; öz 
çirkini atmış “təmizlənmiş” sayılır. 
389 
Brahmananı vurmaq olmaz, lakin brahmana da qoy öz qəzəbini 
zülmkarın üzərinə tökməsin. Brahmananı vurana ayıb olsun, lakin qəzəbini 
zülmkarının üzərinə tökmüşə daha böyük ayıb olsun. 
390 
Brahmana üçün a
ğlını xoşagələn şeylərdən çəkindirməkdən daha 
yüks
ək heç nə yoxdur. İncitmək arzusu yoxa çıxan yerdə əzab da qurtarır. 
391 
M
ən o kəsi brahmana adlandırıram ki, o nə bədəni ilə, nə sözü ilə, nə 
d
ə fikri ilə zülm etməmişdir – özünü bu üç şeydə nəzarətdə saxlayanı. 
392 
Kamil nurlanmış birisindən dhammanı öyrəndiyimiz zaman, o kəsə 
g
ərəkən sayğılar göstərmək lazımdır, brahmana qurbangahın oduna sayğı ilə 
yanaşdığı kimi. 
393 
Dolaşıq saçlara, əsil-nəcabətə yaxud doğuluşuna görə brahmana ol-
murlar. H
əqiqət və dhamma kimdədirsə, o kəs xoşbəxtdir və o – 
brahmanadır. 
394 
Dolaşıq saçlardan sənə nə fayda var, ay axmaq! Dəridən paltarda sənə 
n
ə fayda var! Axı daxilində cəngəllik var, sənsə yalnız xarici görkəmin 
bar
ədə düşünürsən. 
395 
Tozlu paltarlar gey
ən, arıqlığından damarları üzə çıxmış, meşədə zikr 
ed
ən tənha insanı mən brahmana adlandırıram.  
 
 
- 189 - 


F
əlsəfə və sosial-siyasi elmlər – 2010, № 2 
 
 
 
396 
Lakin m
ən insanı yalnız doğuluşuna görə və ya anasına görə brahma-
na adlandırmıram. Bağlılıqları olanın adı “bho deyən”dir
1
. M
ənsə o kəsi 
brah
mana adlandırıram ki, bağlılıqlardan azaddır və fəqirdir. 
397 
M
ən o kəsi brahmana adlandırıram ki, o, buxovları qırmış və o həqi-
q
ətən də qorxudan əsmir, bağlılıqları aşmış və tərki-dünya olmuşdur. 
398 
M
ən o nurlanmışı brahmana adlandırıram ki, o, maneələri aradan 
qaldırmış və kəməri, qamçını və zəncirli yüyəni qırmışdır
2

399 
O k
əsi mən brahmana adlandırıram ki, o, günahkar olmaya-olmaya 
iradlara, c
əzalara, həbslərə səbr edir, o kəsin ki, səbri – gücdür, güc isə – 
qoşundur. 
400 
O k
əsi mən brahmana adlandırıram ki, o, qəzəbdən azaddır, əhdinə 
sadiqdir, xeyirxahdır və şəhvətsizdir, o kəs ki, çəkingəndir və onun üçün bu 
b
ədən axırıncıdır.  
401 
O k
əsi mən brahmana adlandırıram ki, o, hissi həzlərə yapışmır, su 
şanagüllə yarpağına yaxud xardal toxumu bizin ucuna yapışmayan kimi. 
402 
O k
əsi mən brahmana adlandırıram ki, o, yükü yerə qoymuş və sarsıl-
mazdır, o kəs ki, hətta bu dünyada öz əzablarının sonunu bilir. 
403 
O k
əs ki, müdrikdir, bilikləri dərindir, doğru yolu və yanlış yolu bilir 
v
ə ali xeyirə qovuşmuşdur,- məhz onu mən brahmana adlandırıram. 
404 
O k
əs ki, arzusuzdur, evi yoxdur, nə ev sahibləri, nə evsizlərlə bağlı 
deyil, – onu m
ən brahmana adlandırıram. 
1
  Bho dey
ən  –  bhovadin  ,  brahmanaları  belə  adlandırıdılar.  Zira  Buddanın  hüzuruna 
g
ələndə onlar bərabərliklərini nəzərə çarpdıran bho kəlməsi ilə salamlayardılar Müəllimi. 
2
 Bu ay
ədə sözlərin iki mənası diqqət çəkir: nandi – “kəmər” və “düşmənçilik”, “ikrah”; 
varatta  – 
“qamçı” və “bağlılıq”; sandana – “zəncir” və “skepsis”; paligha – “maneə” və 
“c
əhalət”.
 
 
- 190 - 
                                                 


Yüklə 5,4 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə