A f s e a fəLSƏFƏ



Yüklə 5,4 Kb.
Pdf görüntüsü
səhifə69/82
tarix26.11.2017
ölçüsü5,4 Kb.
#12670
1   ...   65   66   67   68   69   70   71   72   ...   82

 
 
 
 
F
əlsəfi esselər 
 
Yük 
 
Biz 
əmanəti göylərə, yerə  və  dağ-
la
ra verdik, onlar onu daşımaq istəmədi-
l
ər, ondan qorxdular. İnsan onu götürdü 
(yükl
əndi), o, zalım və cahil idi.  
Quran 33/72. 
 
Yük daşınmalıdır. Bu aksiomdur. Sənin yükünü sən daşımalısan. Bu 
da  aksiomdur.  Yükünü  rahat  daşımaq  üçün  özün-özünə  yük  olmamalısan. 
Bunu da aksiom hesab el
əmək olar.  
Yük var müv
əqqətidir. Bu gün var, sabah yox. Bu gün ağırdı, sabah 
kims
ə bir qulpundan tutur, sənin də işin yüngülləyir. Bir gün, lap bir il çə-
kirs
ən bu yükü, sonra dincəlirsən. Yükün yeməli idisə, ləzzətlə yeyirsən, ge-
yinm
əli idisə, sevə-sevə geyinirsən, yorğunluğun da çıxır. Daşıdığın yükün 
əvəzi bir qara qəpik olanda da, zəhmətinin əvəzi kimi gözündə qızıla bəra-
b
ər olur, xəyalında onu hər şeyə çatdırırsan… və beləcə arzularla, xəyallarla 
yükl
ənirsən.  
V
əzifə  də  müvəqqəti yükdür. Zəhmət çəkib, qan-tər töküb, min-bir 
əziyyətə qatlaşıb, neçə-neçə yüklərin altına girib vəzifə tutursan: müdir, işçi, 
valideyn, övlad, 
ər, arvad, dost daha nələr. Bir yükü daşıyırsan o birinə ye-
tişmək üçün. Hərdən bu yükdən bezib ondan silkinənlər olur və ona elə gəlir 
ki, quş kimi azaddır. Vəzifəsini icra etməyən müdirlər, tapşırılan işlərin mə-
suliyy
ətini dərk etməyən əhli-kef işçilər, övladını taleyin hökmünə buraxan 
valideynl
ər və beləcə yükünü öz çiyinlərindən ondan aşağıda dayananların 
ba
şına salanlar. Aşağıdakı bu yük üçün yetişmədiyi, üstəlik öz yükü olduğu 
üçün ya 
əzilib məhv olur, yaxud o da özündən əvvəlkindən dərs götürüb yü-

nü  atır  kiminsə  boynuna. Beləcə  yüklərini ata-ata vicdan əzabları  ilə 
yükl
ənirsən.    
B
əzən ad da yükə  çevrilir. Nəsillərin verdiyi əzəmətlə, böyüklüklə 
yükl
ənmiş bir ad verilir bir uşağa. Öz “halal” yükünü çəkə-çəkə illərin, nə-
 
- 164 - 


F
əlsəfi esselər 
 
sill
ərin, tarixin də yükünü çəkməli olur.  
Ya  da  qazanmadığı,  əziyyətini çəkmədiyi və  deməli bu yük üçün 
çiyinl
əri hələ bərkiməmiş birinə təmtəraqlı bir ad – fəxri ad – verilir və o, bu 
yükün altında itib-batır. Özündən on dəfə böyük yükü daşıyan qarışqa kimi: 
yük-ad görünür, sahibi is
ə yox.    
Yük d
ə var səninlə doğulur, səninlə ölür.  
Doğulanda Allah sənin ruhunu maddi bədənə şərəfli bir yük kimi verir 
v
ə  sən  çiyinlərini  insanlıq  adında  möhtəşəm  bir yükün  altına  verirsən. Bu 
yükün içind
ə iman da var, əqidə də, ağıl da, şüur da, müqəddəslik duyğusu 
da, ilahi al
əmə bağlılıq da. Yaman ağır yükdü! Yük yükdür və qeyri-şüuri 
ondan xilas olmaq ist
əyənlər tapılır. İmanını unudur, müqəddəslik duyğusu-
nu tapdalayır, ağlını dumanlandırır, şüurunu korşaldır, ilahi aləmlə haqq-sa-
la
mı kəsir və olur quş kimi, ya da qurd kimi. Şir kimi olan da var, çaqqal ki-
mi olan da. Bir sözl
ə, olur sadəcə canlı. Amma o biri yüklərdən fərqli olaraq 
bu yük n
ə atılır, nə satılır. Quş olub göyə çıxsan, anidən özünü xatırladır və 
s
ən daş kimi gəlirsən yerə.  
İnsanlıq yükünü atmağa çalışanda insan olur yarımçıq: nə insandan in-
san
dı,  nə  heyvandan heyvan. Belə  olanda onun hər  şeyi  ayrı-ayrılıqda  bir 
yük
ə  çevrilir. Birinə  sərsəmləyən dili yük olur, birinə  lazım  olandan  artıq 
şey dinləyən qulağı, birinin əli “əyilir”, digərinin ayağı “sürüşür”, birinin isə 
ümumiyy
ətlə  başı  bədəninə  artıqlıq  edir.  Beləcə  yüklərini  yığıb-yığışdıra 
bilm
əyənin yükləri civə kimi dağılır ətrafa, düşdüyü yerə zərər verir.      
O biri yükl
ərin sahibi ya özün olursan, ya bir başqa bəni-adəm. Ona 
gör
ə rahat-rahat atıb-tutursan. Amma sonuncu yükün – insanlığın sahibi Al-
lah
dır və hər kəsə çəkdiyi qədər verir: nə bir damcı artıq, nə də əskik. Bu 
sonuncu yükünü daşıya bilsən, o biri yüklərin ağırlığını heç duymazsan. 
 
 
Nöqt
ə 
 
Nöqt
ə  qoymalısan  ki,  yeni  cümlə  başlaya  biləsən. Nə  qədər  gözəl 
cüml
ə  olursa  olsun,  nə  qədər  gözəl  mətləb  anladırsa  anlatsın,  cümlə  çox 
uzananda oxucunu bezdirir, m
əna itir, ağırlaşır. Oxucu həsrətlə nöqtənin nə 
vaxt 
qoyulacağını gözləyir. Gözləri cümlənin bəlkə də ən maraqlı yerlərinin 
üstünd
ən atlayaraq nöqtəni axtarır.  
 
- 165 - 


F
əlsəfə və sosial-siyasi elmlər – 2010, № 2 
 
 
Var üç nöqt
ə – bu, müəmmadır… 
Var iki nöqt
ə – bu, tələbdir: de, söylə, danış. 
Var  bir  nöqt
ə – bu, sondur. Amma hər son həm də bir başlanğıcdır. 
Bunu bil
əndə nöqtə qoymaq asan olur.  
… 
H
əyatda da belədir. Həyatının bir səhifəsini tamamlamaqdan qorxur-
san. Bu h
əm yaxşı bir şeyin bitməsini istəməməkdən, həm də yeni səhifənin 
h
ələ qaranlıq olmasından irəli  gəlir.  Amma nöqtə labüddür.  Qoyulmalıdır. 
Son 
olmalıdır ki, yeni bir “cümlə” başlasın.  
  
 
F
əl.e.d. Könül BÜNYADZADƏ 
 
- 166 - 


 
 
 
 
T
ərcümələr 
 
 
Dhammapada
1
 
 
 
I.
 
NURLANMIŞ BARƏDƏ FƏSIL 
 
179 
Bu cığırsızı, nurlanmışı, sonsuz sferaların sahibini, qələbəsi məğlubiy-
y
ətə çevrilməyəni və təslim olmuş ehtirası bir daha bu dünyada davam elə-
m
əyəcək birisini siz hansı cığırla aparacaqsınız? 
180 
Bu cığırsızı, nurlanmışı, sərhədsiz sferalar sahibini, onu tələyə salacaq 
bağlılığı, yoldan çıxaracaq arzusu olmayan birisini siz hansı cığırla apara-
caq
sınız? 
181 
D
ərin fikirlərlə dolu olan nurlanmışlara hətta tanrılar belə həsəd apa-
rırlar, azadlığın sakitliyindən həzz alanlara, zikrə qapılanlara, müdriklərə. 
182 
İnsan olmaq çətindir; ölümlülərin həyatı çətindir; həqiqi dhammanı 
dinl
əmək çətindir; nurlanmışın doğulması çətindir. 
183 
Zülm etm
əmək, xeyirə nail olmaq, ağlını təmizləmək – nurlanmışların 
elmi bundan ibar
ətdir. 
184 
Dözüm, s
əbr – ali zahidlik, ali Nirvanadır, – deyirlər nurlanmışlar, – 
zi
ra başqalarına zərər verən – tərki-dünya deyil, başqasını incidən – zahid 
deyil. 
185 
Praktimokşaya
1
 müvafiq olaraq t
əhqir etməmək, zərər verməmək və 
1
 Pali dilind
ə Budda Sakyamuninin müxtəlif hadisələrlə bağlı söylədiyi kəlamlar toplusu.  
 
- 167 - 
                                                 


Yüklə 5,4 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə