A f s e a fəLSƏFƏ



Yüklə 5,4 Kb.
Pdf görüntüsü
səhifə63/82
tarix26.11.2017
ölçüsü5,4 Kb.
#12670
1   ...   59   60   61   62   63   64   65   66   ...   82

 
  
 
 
 
Elmi-f
əlsəfi həyat  
 
 
 
“Fəlsəfə və sosial-siyasi elmlər” jurnalı 
Beynəlxalq “The Philosopher’s Index” Mərkəzinin  
siyahısına daxil edilmişdir 
 
Bu günlərdə ölkəmizə ictimai elmlərin böyük uğuru hesab edilə bilə-
cək şad xəbər gəlmişdir. Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Asso-
sia
siyasının  (AFSEA)  2003-cü  ildən  başlayaraq  nəşr  etdirdiyi  "Fəlsəfə  və 
sosial-
siyasi elmlər" jurnalı baş ofisi ABŞ-da yerləşən Fəlsəfi Jurnal və Ki-
tab
ların Beynəlxalq İndeks Mərkəzinin (The Philosopher's Information Cen-
ter.  An International Index to Philosophical Periodicals and Books) siya-
hısına daxil edilmişdir.  
Bir il əvvəl elmi jurnalların indeksləşdirilməsi üzrə beynəlxalq İndex 
Copernicus'un siyahısına daxil edilən jurnal bu dəfə də ictimai və humanitar 
elmlər üzrə ilk dəfə olaraq belə bir uğura imza atmışdır. 
Bu hadisə Azərbaycan fəlsəfi fikrinin beynəlxalq miqyasda yayılması 
isti
qamətində mühüm addımdır. Bundan sonra jurnalda çıxan bütün məqalə-
lərin ingilis dilində xülasəsi bütün dünya ölkələrinə yayılacaqdır. Digər tə-
rəfdən, The Philosopher's Index-in bütün nömrələri Azərbaycan kitabxana-
la
rına da göndəriləcəkdir. Bu isə respublikamızın fəlsəfə ictimaiyyətinə xa-
rici ölkələrdə aparılan ən son fəlsəfi tədqiqatlar  barədə məlumat almaq  və 
müvafiq sahələr üzrə jurnal və kitabları sifariş vermək imkanı yaradacaqdır. 
Xatırladaq ki, jurnalın Redaksiya Şurasına dünyanın bir sıra ölkələrini 
təmsil edən görkəmli elm adamları daxildir. Redaksiya Şurasının sədri aka-
de
mik Ramiz Mehdiyev, jurnalın baş redaktoru – AMEA-nın müxbir üzvü 
Səlahəddin Xəlilovdur. Jurnalda Azərbaycanın və xarici ölkələrin tanınmış 
filo
soflarının, politoloq və sosioloqların elmi məqalələri dərc olunmaqla ya-
naşı,  klassik  fəlsəfi  irs  də  dilimizə  tərcümə  edilir,  türk  dünyasının  müasir 
 
- 145 - 


F
əlsəfə və sosial-siyasi elmlər – 2010, № 2 
 
 
düşüncə sahibləri oxucularımıza müntəzəm surətdə təqdim olunur, qabaqcıl 
elmi-
fəlsəfi  məktəblərin  iş  təcrübəsinin  yayılması  məqsədi  ilə  AFSEA-nın 
və jurnalın təşəbbüsü ilə beynəlxalq forumlar keçirilir, Azərbaycan alimləri-
nin beynəlxalq elmi miqyasda fəaliyyəti və çağdaş fəlsəfi proseslərin ölkə-
miz
də işıqlandırılmasına geniş yer verilir. 
Heç  şübhəsiz  ki,  Azərbaycanda  çıxan  jurnalın  beynəlxalq  elmi  icti-
maiy
yət tərəfindən maraqla qarşılanması ölkəmizdə gedən ictimai-siyasi və 
iq
tisadi inkişaf proseslərinin daha bir təzahürüdür

 
                                                
AzərTAc 
 
 
XVII Ümumdünya Sosiologiya Konqresi  
(
İsveç, Qöteburq şəh. 09 iyul 2010-cu il) 
 
Sosiologiya Hərəkətdə 
 
11-17 iyul  2010-
cu  il  tarixlərində  İsveçin  Qöteburq  şəhərində  XVII 
Ümumdünya  Sosiologiya  Konqresi  keçirilmişdir.  Beynəlxalq  Sosiologiya 
As
sosiasiyası (ISA) və İsveç Sosiologiya Assosiasiyasının birgə təşkil etdik-
ləri konqresin işində dünyanın müxtəlif ölkələrindən 5007 elm adamı iştirak 
edirdi. 
 
Konqresin  əsas  mövzusu  kimi  təşkilatçılar  tərəfindən  “Sosiologiya 
Hərəkətdə” adı seçilmişdi. 
Beynəlxalq  Sosiologiya  Assosiasiyasının  nəzdində  daimi  fəaliyyət 
gös
tərən əlliyə yaxın elmi-tədqiqat qruplarının sessiyalarında dinlənilən mə-
ru
zələr arasında müasir cəmiyyətdə baş verən sosial və mədəni dəyişikliklər, 
mədəni plüralizm və relyativizm, müasir cəmiyyətlərin struktur-funksional 
sis
temlərinin və əhalisinin yaşlanması problemləri, qloballaşma kontekstin-
də  sağlamlıq  və  xəstəlik  mövzusu,  qloballaşma  və  qlo-lokal  münasibətlər, 
mədəni  müxtəliflik  və  dialoq  mövzusu,  modernləşmə  və  post  modernizm, 
miq
rasiya proseslərinin etnik və mədəni müxtəlifliyə təsiri problemləri, təh-
sil islahatları və ekoloji problematika üstünlük təşkil edirdi. Xüsusilə ekoloji 
prob
lemlər gündəmin ilk sıralarına yüksəldi. Konqresin həm plenar iclasla-
rında, həm də tədqiqat qruplarının sessiyalarında tədqiqatçılar əgər qabaqla-
yıcı tədbirlər vaxtında görülməzsə dünyanın təsisatlanmış canlı mühitini də-
 
- 146 - 


Elmi-f
əlsəfi həyat 
 
yişdirə  biləcək  mega-risklər  və  təhlükələr  astanasında  olduğu  qeyd  olun-
muşdur. 
Konqresin  işində  azərbaycanlı  alimlər  (Süleymanlı  Ə.,  Quliyev  R., 
Qu
liyeva S.) də iştirak etmişlər. Şərq-Qərb Tədqiqat Mərkəzinin əməkdaşı, 
AMEA  Fəlsəfə,  Sosiologiya  və  Hüquq  İnstitutun  aparıcı  elmi  işçisi, 
Azərbaycan Sosioloqlar Birliyinin icraçı direktoru Əbülfəz Süleymanlı “23-
cü  elm  və  texnolologiya  sosiologiyası”  tədqiqat  qrupunun  sessiyasında 
“Liberallaşma kontekstində müasir cəmiyyətlərdə elm adamları, tələbələr və 
universitet  arasında  qarşılıqlı  münasibətlər”  məruzəsi  ilə  çıxış  etmişdir.  
Kon
qresdə bir sıra təşkilati məsələlər də müzakirə edilmişdir. Növbəti dörd 
il üçün həm tədqiqat qruplarında, həm də Beynəlxalq Sosiologiya Assosiasi-
ya
sının  idarə  heyətinə  yeni  seçimlər  keçirilmişdir.  Amerikalı  sosioloq 
Maykl Buravoy növbəti dörd il üçün Beynəlxalq Sosiologiya Assosiasiyası-
nın prezidenti postuna seçilmişdir. Növbəti konqresin Yaponiyanın Yakoha-
ma şəhərində keçirilməsi qərarlaşdırıldı. 
 
 
60-
cı Beynəlxalq Fenomenologiya Kongresi 
(Norveç, Bergen, 10-13 avqust, 2010-cu il) 
 
Antik f
əlsəfənin canlanması 
 
10-13 avqust 2010-cu il tarixind
ə Norveçin Bergen şəhərində tanınmış 
filosof Anna-
Teresa Tymienieckanın rəhbərlik etdiyi Dünya Fenomenologi-
ya İnstitutu Norveçin Bergen Universitetində “Fenomenologiya / Ontopoe-
sis, Antik f
əlsəfənin canlanması” mövzusunda 60-cı Beynəlxalq Fenomeno-
logiya Kongresi 
keçirmişdir. 
Üç gün davam ed
ən kongresdə  dünyanın  10-a  yaxın  ölkəsindən ta-
nınmış filosof və tədqiqatçılar iştirak edirdilər. Seksiyalar üzrə işini davam 
etdir
ən kongresdə fenomenologiyanın bir sıra problemləri haqqında maraqlı 
m
əruzələr dinlənildi, problemlər  ətrafında  elmi  diskussiyalar  və  fikir 
mübadil
ələri aparıldı. 
Az
ərbaycandan olan professor Səlahəddin Xəlilovun  “Aristoteldən 
Pla
tona qayıdış  yolunda nurlanma effekti” və  f.e.d. Könül Bünyadzadənin 
“Pla
ton  ideyalarına  qayıdış”  mövzusundakı  məruzələri proqrama daxil 
edilmişdi. 
 
- 147 - 


Yüklə 5,4 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə