A f s e a fəLSƏFƏ



Yüklə 5,4 Kb.
Pdf görüntüsü
səhifə59/82
tarix26.11.2017
ölçüsü5,4 Kb.
#12670
1   ...   55   56   57   58   59   60   61   62   ...   82

 
 
 
 
Milli-m
ənəvi dəyərlər 
 
 
 
Muğam fəlsəfəsi 
 
 
Müşfiq Şükürov

 
 
 
 
Muğam insan ekzistensiyasına səyahətin ən hikmətli və eyni zamanda 
son d
ərəcə  estetik  formalarından  biridir.  İnsani  mövcudluğun  mürəkkəb 
m
ənzərəsi burada musiqinin dili ilə özünün dərin təsvirini tapmışdır. Lakin 
bu musiqinin hikm
ətli olması təkcə onun dərinliyi təsvir imkanları ilə deyil, 
h
əm də aşkarladığı fəlsəfə və ekzistensial problemlərə verdiyi çözümlə şərt-
l
ənir. Və muğam bir daha çözümün dərinliklə dialektik  əlaqəsini də əyani 
sur
ətdə göstərmiş, sübut etmiş olur. 
Ekzistensial d
ərinliyi olmayan fəlsəfə heç bir həqiqi həll təklif edə bil-
m
əz. Bu baxımdan, muğam bir daha bu gün əhəmiyyətini layiqincə qiymət-
l
əndirə  bilmədiyimiz fəlsəfi dərinlik məsələsini gündəmə  gətirir. Dərinlik 
s
əviyyəsinə görə isə bəşər mədəniyyətində muğamla bir rəfə qoyula biləcək 
musiqi nümun
ələri elə də çox deyil. 
Q
ərb və  Şərq fəlsəfi  ənənələrinin  qarşı-qarşıya  qoyulması  bu  günkü 
qlob
allaşan mədəniyyətin başlıca baş ağrılarındandır. Bu problem uydurul-
ma deyil, real v
ə həllini gözləyən problemdir. Onun aydınlaşması bəşəriyyə-
tin sonrakı davamlı inkişafı üçün peal perspektivlər müəyyən edə bilər. Bu-
rada biz q
əsdən “həlli” əvəzinə “aydınlaşması” sözündən yararlandıq. Zira 
bir şərqli kimi düşünürük ki, insani problemlər mahiyyətcə şüur düyünlərin-
d
ən başqa bir şey deyillər. Və onların həlli məsələnin aydınlaşması, işığa çı-

 Ph.D., AMEA-
nın Fəlsəfə, Sosiologiya və Hüquq institutunun böyük elmi işçisi.  
 
- 134 - 
                                                 


Milli-m
ənəvi dəyərlər 
 
xa
rılması ilə həll olunur. Bu düyünlərin iskəndərcəsinə qılıncla “çözülməsi” 
ənənəsi düyünlərin  artmasına  səbəb oldu sadəcə. Nə  qədər ki, fərdi və 
ictimai şüurun qaranlıq, ziddiyyətli sahələri mövcuddur, gerçək həyat daxili 
ziddiyy
ətlərin görünən  metaztazları  ilə  dolu  olacaqdır.  Və  aydındır  ki, 
zahird
ə onlarla döyüşmək heç bir fayda verməyəcəkdir.  
Bel
əliklə, Şərq fəlsəfəsi ilə Qərb fəlsəfəsinin qarşı qoyulması uydurul-
ma problem deyil. Müasir f
əlsəfə dərsliklərinə nəzər salın. Şərq fəlsəfəsinin 
çözüml
əri onlarda qeyri-ciddi, əksər hallarda qeyri-professional (çox zaman 
açıqca  diletantcasına)  bir  şəkildə  işıqlandırılır.  Əgər  müasir  dünya  nizamı 
Q
ərbin texnologiyaları (istər texniki, istərsə də humanitar) ilə qurulursa, de-
m
əli, Şərq ciddi dialoq tərəfdaşı kimi nəzərdən atıla da bilər. Halbuki Şərq 
minillikl
ərlə dayanıqlı inkişaf edən sivilizasiyalara həyat vermişdir. Həyati 
modell
ər  yaratmışdır.  Son  bir  neçə  əsrdə  qərbin  insan  ekzistensiyasında 
aparmaq ist
ədiyi sonu şübhəli eksperimentlərə uymaq nə dərəcədə əsaslıdır?  
Şərq fəlsəfəsi isə bu günkü üzdəki texnoloji feyerverkə etina etməyə-
r
ək müasir sivilizasiyanı ruhani xəstəlik kimi dəyərləndirir. Qərbin bu xəstə-
likd
ən çıxmaq üçün reseptləri varmı? O, maddi problemləri həll etmək üzrə 
“ixti
saslaşmışdır”, əgər belə demək caizdirsə. Odur ki, Şərqlə Qərbin dialo-
qu yalnız ilk yaxınlaşmada narazı Şərqi sakitləşdirmək, onun bir növ “kön-

nü almaq” üçün lazımdır. Daha dərin yaxınlaşmada, əslində, bu dialoqun 
m
əsuliyyətsizcəsinə  bəşəriyyəti  arxasına  alıb  uçuruma  yüyürən Qərbin və 
son 
əsrlərin çaşqınlığından çıxa bilməyən Şərqin özünün xilası üçün gərəkli 
olduğunu aşkarlayır. Dialoqda bəşəriyyətin ayılmaq şansı var. 
Hesab edir
əm ki, bu haşıyə bizim tədqiqatımız üçün zəruridir. Çünki 
mu
ğamın  dərin və  həyəcanlandırıcı  fəlsəfəsini  olduğu  kimi  təqdim etmək 
üçün f
əlsəfi auditoriyanın gözləmələrinə refleksiya etməmək mümkün deyil. 
Mu
ğamın fəlsəfəsi qədim, ekzotik deyil, canlı, müasir və əbədi bir fəlsəfə 
ki
mi qavranılmalıdır. Zira rəssamlıqda da natürmort qurularkən əsas obyek-
tin düzgün v
ə əlverişli işıqlandırılmasına nail olmaq zəruri vəzifədir. 
Q
ərb fəlsəfi  ənənəsi  əsas  etibarı  ilə  rasional  ənənələrdə  inkişaf  edən 
f
əlsəfədir. Burada fəlsəfəyə qarşı qoyulan əsas tələblər subut metodikası və 
arqumentasiya yet
ərliyi ilə bağlıdır. Və şərq fəlsəfəsini də bu baxımdan, ta-
mamil
ə  ədalətsizcəsinə, spekulyativ mülahizələrə  əsaslanaraq zəif  inkişaf 
etmiş fəlsəfə kimi dəyərləndirirlər. (Bilirik ki, Qərbin dahi filosofu Hegel də 
bel
ə düşünürdü.) Halbuki şərq fəlsəfəsinin ən əsas və ən yetərli arqumenti 
 
- 135 - 


F
əlsəfə və sosial-siyasi elmlər – 2010, № 2 
 
 
h
əmişə bir şey olmuşdur – ekzistensial dərinlik! Fikrimizcə, böyük Nəsimi-
nin aşağıdakı misraları elə məhz bu arqumenti ortaya qoyur: 
 
“Kims
ə gümanü zənn ilə olmadı həqq ilə biliş, 
H
əqqi bilən bilir ki, mən zənnü gümanə sığmazam.” 
 
V
ə  muğam  öz  səslənmələrində  dinləyiciyə  aşıladığı  fəlsəfəsi ilə  bir 
da
ha Şərqin bu əzəli arqumentini nümayiş etdirir.  
Az
ərbaycan muğamının aparıcı alətləri tar və kamançadır. Səslənməsi-
n
ə görə tar hind sitarını, kamança isə qərbin skripkasını xatırladır. Tarın dis-
kret s
əslənməsi düşüncə prosesini imitasiya etmək üçün çox yararlıdır. Tarın 
pauzalarla növb
ələşən sirli səsləri dinləyicini silkələmək, düşündürmək və iç 
s
əslərin, ehtizazların vasitəsi ilə dərinliklərə dəvət etmək baxımından əvəz-
olun
mazdır. Tar musiqi motivini cümlələr, vergüllər, nöqtələr, suallar, nida-
lar  estetikasında  aşkarlayır.  Bu  məqam  tar  çalğısında  ən  qabarıq  cəhətdir. 
V
ə bu cəhət onun musiqinin ilk notlarından təfəkkürlə identifikasiyasını tə-
min etmiş olur. Dinləyici əyləncəyə deyil, fəlsəfi ünsiyyətə köklənmiş olur. 
Kaman is
ə  ağlamaq  üçündür.  Kanonik  olaraq  kamança  tarı  müşayət 
edir, arxasınca gəlir, tarın açdığı yolu özünəməxsus formada təkrarlayır. Ta-
rın müəyyən etdiyi təfəkkür trayektoriyasının emosional rəngini tamamlayır. 
“D
ərinliyə enmək bulvar səyahəti deyil”, – deyir muğam. 
Q
ərb fəlsəfəsində idrak prosesini müşayət edən emosionallıq ümumən 
r
ədd edilir; Nitşe, Berdyayev kimi bəzi istisnaları çıxmaq şərti ilə. Özünün 
avtobioqrafik 
əsərində N.Berdyayev yazırdı: “İdrakda Spinozanın təklif et-
diyi 
ehtirassızlıq mənə həmişə süni uydurulma bir şey kimi gəlirdi və onu 
heç Spinozanın özünə belə şamil etmək mümkün deyildi. Fəlsəfə müdrikliyə 
m
əhəbbətdir, məhəbbət isə  emosional və  ehtiraslı  haldır.”[1]  Rasionalizm 
f
əlsəfəni təbiətşünasığın aurasına salmışdır. Ehtirassız seyr kanonlaşmışdır. 
Emosionallıq subyektivliyin həyata çağırılmasıdır bu isə Qərbin stereotiplə-
rin
ə görə həmişə yalnız obyektivliyin itirilməsinə gətirib çıxarır. Şərq fəlsə-
f
əsində isə həqiqətə təbii, içdən gələn emosional reaksiya idrakın mərtəbəsi-
nin göst
əricisi olur. Məsələn, Quranda deyilir ki, həqiqət onu tanıya bilənlə-
r
ə oxunduğu zaman onlar “ağlayaraq saqqalları üstə yerə yıxılır və o (dinlə-
m
ə, zikr etmə prosesi – M.Ş.) onlarda təslimiyyəti artırır”[2] (17:109). Təbii 
ki,  h
ər zaman həyatda imitatorlara rast gəlinir. Insanın özünü aldatmağının 
min bir yolu var. Lakin yuxarıda gətirdiyimiz ayədə emosional reaksiya id-
 
- 136 - 


Yüklə 5,4 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə