A f s e a fəLSƏFƏ



Yüklə 5,4 Kb.
Pdf görüntüsü
səhifə57/82
tarix26.11.2017
ölçüsü5,4 Kb.
#12670
1   ...   53   54   55   56   57   58   59   60   ...   82

Elmşünaslıq 
 
İbn  Sinanın  nevroloji  sahədə  də  yenilikləri  olmuşdur.  Belə  ki  “ver-
mis”  v
ə  “tailed nucleus”  məfhumlarını  nevrologiyaya  bəxş  etmişdir.  J.R. 
Green-
ın fikrinə  görə müasir dövrümüzdə tez-tez istifadə olunan “nucleus 
caudate”  m
əfhumu məhs bu iki məfhumdan törəmişdir [11, s. 469]. Buna 
əlavə olaraq o, beyinə və onun iltihabına əsaslanan şiş (tumour) vasitəsilə 
meydana g
ələn meningiti, bədənin istənilən hissəsində formalaşa bilən mik-
rob hadis
ələrinin beyində yayılması nəticəsində meydana gələn meningitdən 
f
ərqləndirmişdir.  O,  sadəcə  onların  iki  fərqli  varlıq-patologiyası  olduğunu 
iddia etm
əklə qalmamış, eyni zamanda min il əvvəl artıq onu izah etmişdir 
[11, s.
470]. Bundan başqa, onun göz hərəkəti fiziologiyası ilə əlaqəli izahla-
rı müasir tibb sahəsini işıqlandırmışdır. O, optik sinirlər, göz bəbəyi, mərkə-
zi v
ə periferik üz iflici haqqında da çox qiymətli fikirlər söyləmişdir [12, s. 
352]. 
İbn Sinanın digər bir yeniliyi isə onun öz xəstələrinə müalicə müddə-
tind
ə tətbiq etdiyi metod idi. Bu metodun adı “təlqindir”. O, öz tibbi təcrü-
b
ələrinə  əsaslanaraq  qeyd  etmişdir  ki,  bioloji  baxımdan  xəstə  olan insan 
irad
ənin gücü ilə sağala bildiyi kimi, eyni zamanda sağlam insan da xəstəlik 
v
əsvəsəsinə qapılaraq həqiqətən də xəstələnə bilər. Məhz bu təlqin vasitəsilə 
o öz x
əstələrində sağalmağa doğru proqressiv nəticə əldə edə bilmiş və xəs-
t
ələrdə sanki iradi immunitet meydana gətirmişdir. Çünki bu metod xəstədə 
özün
ə  inamı  artırır  və  xəstəliyə  qarşı  psixoloji  immunitet  yaradır.  Müasir 
dövrd
ə  də  bu metod həkimlər  arasında  çox  yayğındır.  Belə  ki,  əgər xəstə 
özün
ə inamı itirmiş olsa, həqiqətən də xəstəliyə qarşı tibbi nailiyyət əldə et-
m
ək demək olar ki, qeyri mümkün olacaqdır. Təbiidir ki, belə halda həkim-
l
ər ilk növbədə ruhun sakitliyini əldə etmək üçün özünə inamı möhkəmlət-
m
əyə çalışırlar. Yeri gəlmişkən,  İbn Sina bunu da  qeyd etmişdir ki, qorxu 
kimi güclü h
əyəcanlar orqanizmin ahəngini poza bilər və hətta ölümə də sə-
b
əb ola bilər. Hissin və həyəcanın bu güclü təsiri inamın və qərarlılığın ruh-
da meydana g
əlməsi və  daha sonra  həzzin və  ağrının  onları  izləməsi ilə 
ortaya çıxır [13, s. 42-43]. 
İbn Sina bir müsəlman psixoloq kimi özünün “Risalə fi dəf`i ğami`l-
mevt
” (Ölüm qorxusundan nicat haqqında risalə) əsərində ölüm qorxusunun 
s
əbəblərini, onun təsirlərini və bu qorxudan uzaqlaşma  yollarını tədqiq et-
miş və özünəməxsus şərhlər vermişdir. Eyni zamanda o, iki fərqli əsərində: 

əl-Hüzn” (Kədər) və “Dəfu'l ğamm və'l həmm” (Qayğıdan və qorxudan xi-
las) adlı əsərlərində tibbi tədqiqatın və müalicənin metodları ilə əlaqəli tib-
 
- 129 - 


F
əlsəfə və sosial-siyasi elmlər – 2010, № 2 
 
 
bi-f
əlsəfi mülahizələr ortaya qoymuşdur. İbn Sinanın hisslər nəzəriyyəsi hə-
qiq
ətən də özünəməxsus orijinallığını qoruya bilmişdir. Burada o, hisslərin 
qisiml
ərindən və çalışma mexanizmlərindən bəhs etmişdir. Əvvəlcə qeyd et-
m
ək lazımdır ki, İbn Sina xəyal meydana gətirən qüvvəni, heyvani nəfsə aid 
beş daxili hissdən biri olaraq ələ almışdır. Beləliklə, İbn Sinaya görə daxili 
v
ə xarici hisslər vardır. Xarici hisslər beş duyğu orqanına aid olan hisslərdir. 
İbn Sina daxili hissləri təsnif edərkən isə aşağıdakı qüvvələri ələ alaraq beş 
qüvv
ədən bəhs edir: a) müştərək hisslər, b) təsəvvür  qüvvəsi, c) xəyal qur-
maq qüvv
əsi, d) təxmin qüvvəsi, e) hafizə və xatırlama qüvvəsi. Müştərək 
hissl
ər (hissi müştərək və ya qüvvəi bantasya): bütün bu hisslərin təəssürat-
ları (xarici hisslərdən başqa) bu müştərək hisslərdə toplanır və idraklar halı-
na dönür. T
əsəvvür və xəyal qüvvəsi (musavvira və ya xəyal): müştərək his-
si
n beş hissdən aldığı hissi təəssüratları, hiss edilən obyektlər yox olduğunda 
da mühafiz
ə edir.  Xəyalqurma qüvvəsi (mutəxəyyilə): təsəvvür qüvvəsində 
olan sur
ətləri birləşdirmə və ayırma işini görür. Təxmin qüvvəsi (vəhmiyyə 
v
ə  ya mutəvəhhimə): maddi olmayan fikirləri, mənaları  dərk edir. Bunlar, 
d
ərk edilən obyektlərin təbiətlərində mövcud olduğu sanılan və hiss edilən, 
lakin mühakim
ə əsnasında hisslərlə dərk edilməyən dostluq-düşmənlik, yax-
şılıq-pislik, nifrət-sevgi kimi mənalardır. Beləliklə də, bu hiss şəxsiyyətimi-
zin t
əməlidir. Daxili hisslərin sonuncusu olan hafizə və xatırlama (hâfiza-zâ-
kira) hissi: t
əxmin qüvvəsində yer alan məna və fikirləri hafizədə tutur. İbn 
Si
nanın vəhm (təxmin) qüvvəsi ilə əlaqəli görüşləri, canlı varlığın digərləri-
n
ə  göstərdiyi hissi münasibətləri izah edən və  bugünkü psixoloji elmi 
izahlara uyğun düşən fikirlərdir [14, s. 36-37; 15, s. 159-162]. 
İbn Sinanın insan iradəsi ilə əlaqəli görüşləri müasir psixologiyada öz 
əksini  tapmışdır.  Müasir  psixologiyaya  görə  insan  davranışının  meydana 
g
əlməsini təmin edən ən əsas faktor motivdir (motivasiya). Motiv istək, ar-
zu, ehtiyac, impuls v
ə maraqları əhatə edən bir məfhumdur. Motivlər orqa-
nizmi x
əbərdar edir və onu fəaliyyətə keçirir, orqanizmin davranışını müəy-
y
ən bir məqsədə istiqamətləndirir. Demək ki, davranışların təməlində motiv 
yer alır [16, s.230]. İbn Sina düşüncəsində insan feli müəyyən bir prosesdən 
sonra ortaya çıxır. Motiv onun düşüncəsində bir növ iradədir [bax:17]. 
Müasir dövrd
ə  son  əsrlərdə  Yunqun istifadə  etdiyi “əlaqə  testləri” 
vasit
əsilə  keçmişdə  mövcud olan sirləri və  yaşanmış  xatirələri  araşdırmaq 
mümkündür. B
əzi nüfuzlu elm xadimlərinə görə İbn Sina bu metodun banisi 
v
ə ilk tətbiq edənidir. O, “eşq və ehtiras” nəticəsində meydana gələn xəstə-
 
- 130 - 


Yüklə 5,4 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə